Pasxa bayramları olduğu münasibətilə duma bu zaman tətil edib, üzvlərin bir çoxu öz evlərinə getmişlər. Bunların evə getməkdən məqsədləri bir qədər dinc almaq ilə bərabər, məbusları olduqları əhali ilə də bilavasitə görüşüb, danışmaq və onlara duma xüsusunda şayaniəhəmiyyət xəbərlər vermək idi. Lakin bunu qabaqca anlamış olan hökumət üzvləri camaat içinə arzu ilə buraxmır. Hər yerdə onların dalınca nəzarət təyin edib, gözlədirdi ki, üzvlər tərəfindən mitinqlər və ictimai yığıncaqlar qurulmasın və camaat dəxi bundan naşi, mütəhəyyic olmasın. Amma bainhəmə sol üzvlər camaatla bilavasitə görüşüb danışmağı özləri üçün mühüm bir vəzifə bildiklərindən, polis nəzarətinə etina etməyib, mitinqlər qurmuşdular. O səbəbə görə hökumət bu üzvlərin birisini tutub, həbs etmişdi və buraxmamışdı. Duma üzvlərinin belə bir təhqiri və amanda olmadıqları baxüsus sol firqə vəkillərə artıq sui-təsir edib, onlardan bayram əsnasında Peterburqda olanlar söz qoymuşdular ki, bu barədə dumaya ərizə verib, hökumətin bu emalına qarşı etiraz, protest izhar etsinlər. Gələcəkdə dumada bu məsələlər mütaliə olunacaqdır.

May ayı daxil olar-olmaz, bayramlar qurtardı və duma üzvləri yavaş-yavaş yığılmağa başlayıb, yenə məclislər quruldu. Birinci məclisdə duma sədri tərəfindən əzalara elan olundu ki, duma ilə həmixtiyar olan Dövlət şurası duma tərəfindən bir çox müzakirələrdən sonra tərtib edilmiş iki qanun layihəsini qəbul edib, bu layihələr padşah həzrətləri tərəfindən təsdiq oludur. Layihələrin birisi əhali möhtaclarına kömək üçün altı milyon manat buraxmaq və digəri isə yeni saldatların miqdarı xüsusundadır ki, bu axırıncı layihənin müzakirəsi dumada örtülü qapı üzrə vaqe olub, müzakirə əsnası üzvlər arasında bir münaqişə dəxi əmələ gəlmişdi. Belə ki, bütün ifrat sollar, yəni ictimaiyyun firqələri yeni saldat miqdarına dair layihəni qəbul etmək istəməyib, onun rəddinə çalışırdılar. Sağ və baxüsus orta kadet firqəsi bu layihənin qəbuluna guşiş edirdi. Müsəlman fraksiyasının və Polşa “Kolo”sının gücü ilə kadetlər ifrat sollara qarşı əksəriyyət təşkil edib, layihəni yeritdilər və qürət nəticəsində duma haman məsələni qəbul etmiş oldu.

Divani-hərblərin fəsxi xüsusunda duma tərəfindən hazırlanmış layihə isə Dövlət şurasında qəbul edilməyib, əksəriyyət rəy ilə rədd olundu.

Əfsərlərin miqdarı məsələsi ifrat sollar ilə kadetlərin arasında pozğunluğa səbəb oldu. Sollar kadetləri ikiüzlülükdə zəmm və töhmət edirdilər və məsləkcə kadet olan duma sədrini də tərəfgir sayırlar. Doğrudan da kadet firqəsinin hərəkəti bu əsnalarda zəmmə layiqdir. Bu firqənin əqidə və məsləkcə əsası çox boşdur. Əvvəllərdə sol görünən kadetlər, indi sağlaşmağa üz qoyublar. Gələcəkdə nə olacaqlarını dəxi indidən anlamaq olar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ordan-burdan 94

– Qırırlar. – Tərifləyirlər.– Kimi? – Kimi?

1 min
Müalicə

Bir pərdəli komediyaƏ h l i - m ə c l i s:

3 min
Ordan-burdan 95

Şuşa uyezdinin Ağdam və Xan kəndi adlı kəndlərindən yazıb, orada olan pristavların əməllərindən şikayət eləyirlər ki, bəli, aldığı şeyi geri vermir.İdarədən: Heç görün dəxli var! Necə yəni aldığı şeyi geri vermir? Yaxşı, bəs, deməli pristav dəlidir ki, məsələn, Kərbəlayı Bünyadqulunun 4 arşın bir palazını alıb sonra desin ki, a balam, ala verim özünə, yazıqsan? Onu eşidən-bilən nə deyər?

1 min
Stolipin və divani hərb

Duma üzvlərinin Rusiyada qurulmuş divani-hərblər barəsində hökumətə qarşı idareyi-lisan etməsinə cavab olaraq, baş vəzir Stolıpin cənabları uzun bir nitq söylədi, hərçənd belə danışırlar ki, baş vəzirin bir nitqi onun hazırcavablığına dəlalət edəməz, çünki bu nitq ən qabaqlarda hazırlanıb, əzbər edilmiş idi. Amma hər halda Stolıpin bu nitqi söyləyib də özünün həm natiqi-bəliq və həm də köhnə bir politikan olduğunu isbat etdi. Vəxta ki, duma üzvləri hüzura çıxıb divani-hərb qaydalarını pisləməyə başladılar. Stolıpin onlara rəddiyyə etmədi. Bəlkə, onların sözlə müvafiq olduğunu anlatdı. O dedi ki, mən mahir bir yurist ilə mübahisəyə girib divani-hərb xüsusunda danışa bilmərəm, çünki bizim ikimizin də isbat edəcəyi bir şey olacaqdır ki, o da divani-hərbin pisliyindən və onun fəsxi lüzumundan ibarətdir.Stolıpin bəhs etməyir, mütləq divani-hərb tərəfdarı deyildir. Lakin divani-hərb məhkəməsinə hökm etmək ondan ötrü ağızda bir söz deyib, sonra əməl etməmək adi bir şeydir. Bainhəmə Stolıpin özünü heç itirməyir. Divani-hərbləri pisləyir. Ancaq hər yerdə qurulmasına əmr edir ki bunu da onunla bəyan edir ki, bəli nə etməli idim, bir vaxt baxıb görürəm ki, dövlətin əsasları titrəyib, daha bir az uçmağa qəribdir. Ona görə bu təhlükəni, yəni dövlət təhlükəsini divani-hərb vasitələrilə dəf etməyə məcbur oluram; bu cürə sözlə səthi bir nəzərlə baxılsa, səhih görünər, lakin görək əslində də səhihdirmi, yoxmu?

2 min

Poems by other poets · Satire