– Qırırlar. – Tərifləyirlər.
– Kimi? – Kimi?
– Yəhudiləri. – Stolıpini.
– Harda? – Harda?
– Hər yerdə. – Öz evində.
– Qorxuzurlar. – Bərəkalla deyirlər.
– Kimi? – Kimə?
– Müsəlmanları. – Kuropatkinə.
– Harda? – Harda?
– Hər yerdə. – Öz ürəyində.
–................. – “Buyur, buyur”, deyirlər. – Qapazlayırlar və qapazlayacaqlar. – Kimə?
– Kimi? – Pobedonossteva.
– İranlıları. – Harda?
– Harda? – Cəhənnəmin qapısında. – Hər yerdə.


– Gəldi. – Getdi.
– Kim? – Kim?
– Dumanın Bakı vəkili. – Bakı vəkili.

– Hardan? – Haraya?

– Tiflisdən. – Tiflisə.

Biz uşaq olanda bizə deyirdilər: “Bala, saldat gəldi, qaç! Saldat gəldi, qaç!” Sonra böyüyüb gördük ki, əşi, elə indi saldatın özünə deyirlər ki: “Ədə, yapon gəldi, qaç! Yapon gəldi, qaç!”


Biz uşaq olanda bizə deyirdilər: “Bala, küçəyə çıxma, cuhud gəlib qanını içər!” Böyüyüb gördük ki, əşi, elə yazıq cuhudların özlərinin qanını içirlərmiş.


Biz uşaq olanda bizə deyirdilər: “Ədə, düz otur, “əcnəbi” hərəkəti çıxarma!” Sonra böyüyüb gördük ki, əşi, elə əcnəbilərdən yaxşı hərəkət çıxardan yox imiş, indi hamı istəyir ki, əcnəbi kimi olsun.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü dəllək

Bizim Qarabağda cürbəcür dəlləklər var. Bunların içində eləsi var ki, həmi sənin başını qırxar, həmi hansı dişini desən çəkər, həmi boynunun ardına zəli qoyar, həmi istəsən oğlunu sünnət eylər. Amma “adikalon-madekalon” bilməz və o cürə murdar şeyə heç əlini də vurmaz, bainhəmə üstündən bərk “ətir” iyi gələr ki, ona “quyruq yağı” deyirlər.Eləsi var ki məsələn, bu gün yaxşı urusu baş vurar, buğlarını da hatərəfə desən o tərəfə eşər və bir az-maz da urus dili bilər. Stolunun üstündə də həmişə cürbəcür içi su ilə dolu “adekolon” şüşələri olar, güzgüsü də adamı “xortdan”a oxşadır.

3 min
Məşədi Kabilin Təbriz səfəri

Məşədi Kabilin başı çox qarışıq idi, cürbəcür “vajnı” işləri var idi ki, bunların hamısını bir-bir düzəltmək lazım idi. Bir işi o idi ki, gərək oğlunu işkolaya qoysun, ondan sonra qızını köçürsün və bunlar hamısı keçəndən sonra Təbrizə gedib mal gətirsin və dükanını olduğu yerdən ayrı bir yerə köçürsün və bundan başqa o qədər xırda işləri var idi ki, bəzi vaxt heç başını qaşımağa da macalı olmurdu.Məşədi Kabilə məsləhət gördülər ki, əvvəlcə Təbrizə gedib dükan işlərini düzəltsin, sonra o biri işlərinə şüru etsin.

2 min
Bazar söhbəti

– Məşədi Səməd, bir bura bax! Vay Məşədi Səməd! Bura bax, söz deyirəm!– Bu saat! Qoy bir bu çuxanın burasını tikim! Yiyəsi gözləyir.

1 min
Hara qaçacaqlar?

Ravi belə rəvayət eləyir ki, Eynüddövlə, Şüca Nizam, Rəhim xan, Mir Haşım, Mirzə Həsən, Mirzə Kərim və qeyriləri – bunlar hamısı Təbrizdən çıxıb qaçarkən şaha belə bir məktub yazıblar:“Salam-duadan sonra yazıb məlum edirik ki, “ma səd nəfər budim tənha, onha, yek nəfər budənd cəm”, ona binaən Təbrizdən qaçdıq, vəssalam.”

2 min

Poems by other poets · Satire