Ordan-burdan 93
Suallar və suallara da cavablar
S. – Dünyada hamıdan çox hürriyyətpərvər və azadlığı sevən adam kimdir?
C. – Rusiyanın baş vəziri Stolıpin və onun yoldaşlarıdır. Çünki bunların bütün əlləşib-vuruşduqları odur ki, millət onların işinə qarışmayıb, azadə dolanıb, bildiklərini eləməyə xələl yetirməsinlər.
S. – Dünyada hamıdan az dərd çəkən adamlar kimdir?
C. – Zəngəzur acları, çünki onların hər biri bir millətin qeydinə qalıb, bir dərd çəkirlər. Amma, məsələn, Bakı milyonerləri milyon manatın qeydinə qalıb, milyon dərd çəkirlər.
S. – Dünyada İran məmləkətlərinin ən yavuq xeyirxahları kimdir?
C. – İran xanları və hakimləri. Çünki bunlar çox yaxşı bilirdilər ki, İran həmişəki halında qaldığı vaxt kafir əcnəbilər gəlib onların vətənini istila edəcəkdirlər, ona görə, bunlar da səy eləyirdilər ki, vətəni kafir əlinə verməkdənsə, eylə hazır özləricə soyub, dağıdıb kafirləri “damaq” qoysunlar.
S. – Rusiyada hamıdan artıq sair tayfaların yaxşılığını arzu eləyən kim idi?
C. – Pobedonossev adında bir urus idi, amma nə fayda ki, kişi, canınıza sağlıq, bir neçə gün bundan irəli sağ-salamat durduğu yerdə vəfat elədi... Çünki bu kişi elə bilirdi ki, dünyada hamıdan yaxşı adam urusdur. Ona görə sair tayfaları də urus edib, “yaxşı adam” olmaqlarına çalışırdı.
S. – Dünyada rus hökumətinin lap bərk dostu kimdir?
C. – Dövlət dumasının “sol” firqələri, çünki, bunlar əvvəldən indiyə kimi hökumət əhlinə deyirlər ki, ay balam, ta, siz yorulubsınız, az iş görün, çıxın, gəlin oturun bir yerdə, qoyun qalan işləri də biz özümüz görərik.
S. – Nə vaxt adam öz evində qonaq kimi olur?
C. – Evini qaradavoylar “obısk” eləyəndə!
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-ordan-burdan-93
Use ← → keys to move, R for a random poem
More by this author
(Yenə vaqe olur həmən otaqda. Söhrab bidamağ anasının qabağında durub, şüştər oxuyur.)*Söhrab**
Üçüncü məclis(Vaqe olur Keykavusun bargahında; təxtə əyləşmiş, vəzirlər yanında, musiqi çalınıb bazəndələr oynayırlar. Bir qədərdən sonra xor daxil olub təzim edir.)*Keykavus**
Dördüncü məclis(Vaqe olur dava meydanında. Söhrab Hüceyri çəkib gətirir.)*Söhrab**
Pristav ağaM... kəndində bir qəribə halətdir. Əhali bir-bir komalarından dışarı çıxıb, guya xof və vahimədən nəşət edən bir iztirab ilə o tərəfə bu tərəfə baxaraq, kəndin gen bir küçəsinə doğru gedirlər və burada toplaşıb dururlar. “Allah özü sovuşdursun” – deyirlər. Hər kəsin üzündə bir nişanəyi-xof, hərəkətində bir cürətsizlik, danışığında bir ehtiyat müşahidə olunur. Bunlar insanı bilaixtiyar titrəməyə məcbur edəcək mərtəbədə müdhiş bir hadisə vüquinə və yaxud mütəqəddim bir şəxsin vürudinə müntəzir idilər. Vaqiən belə idi: M... kəndinin əhalisi (Allah göstərməsin) pristav ağanın təşrifini gözləyirdilər. Dünən İran sərbazına müşabəhəti olan bir strajnik “bəy” kəndə gəlib, qabağına çıxan ağsaqqalları xubunca döyüb-söyəndən sonra, “sabah pristav ağa gələcək” dedi və gecə, döydüyü ağsaqqalların birinin evində qalıb, səhər atına minib, geri qayıtdı.Şayani-diqqət burasıdır ki, strajnik bəyin kəndə gələndə cibində beş-altı qəpik pulu var idi. Lakin gedəndə bu beş-altı qəpik bir gecənin içində beş-altı manata “istihalə” etmişdi. Bu “möcüzənin” sirri ev sahibi ilə cib sahibinə məlum idi.
Poems by other poets · Satire
Millətinin halı pərİşan ola,Hor bir işi nifrətə şayan ola,
DərvişAy Molla, bizə mərhəmətinlə nəzər eylə,Yaz jurnala elanımı, xalqa xəbər eylə.
Xoş ol zaman ki, xalq yatıb bizəban idiXoş ol zaman ki, xalq yatıb bizəban idi,Bəzmim pilov, çay ilə rəşki-cinan idi,
Truppa deyirQoy törənsin min cürə yersiz rəzalət səhnədə,Eylərik zira bununla biz ticarət səhnədə.