Bazar söhbəti
– Məşədi Səməd, bir bura bax! Vay Məşədi Səməd! Bura bax, söz deyirəm!
– Bu saat! Qoy bir bu çuxanın burasını tikim! Yiyəsi gözləyir.
– Əşi, bir bura bax, sonra tikərsən. Sənə bir yaxşı əhvalat deyəcəyəm.
– Sən de, mən qulaq asıram!
– Bura bax, rəhmətlik Əliqulu bəyin dayısı Kərbəlayı Hüseynəli bəyi tanıyırdın?
– Yox, necə Əliqulu bəyin?
– Əşi, nə deyirsən, dostun Mirzə Cəfərin aşnası Əliqulu bəyi tanımırsan?
– Hə, keçəl Əliqulu bəyi tanıyırdım.
– Onun dayısı Kərbəlayı Hüseynəli bəyi tanıyırdın?
– Tanıyırdım, necə?
– Axı, Kərbəlayı Hüseynəli bəyin bir nökəri var idi. Adına Yırtıq Səfi deyərdilər, bir arvadı da var idi, neçə ildi ki, doğmurdu, sonra gedib Qarabasan kəndindən bir qız aldı, özü də deyirlər ki, bəy qızıdır, ondan da Yırtıq Səfinin bir oğlu oldu ha!
– Hə, necə?
– Ta nə hə, haman o oğlan indicə bir rus qızı ilə gəlib bizim dükanın qabağından keçdi.
– Əşi, nə deyirsən?
– Sən öl, and olsun Allaha, özüm ölüm ki!..
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-bazar-sohbeti
Use ← → keys to move, R for a random poem
More by this author
Vaqe olur həmin otaqda. Pərdədən qabaq musiqi çalınır; sonra pərdə qalxır. Səfi tək.*(Musiqi)*
Üçüncü pərdəHəmin otaqda. Bu dəfə otaq bəzənib. Çox qonaqlar vardır. Bir tərəfdə tarzən və xanəndə oturub, musiqi çalınır. Pərdə qalxdıqda Mərcan bəy fəxir libas geyinmiş daxil olur. Onu görcək oxuyurlar.*(Musiqi)*
Harun və LeylaBeş pərdəli opera*İştirak edirlər
Birinci pərdəƏmirin bağçası: sağ tərəfdə Əmirin imarəti görünür, bağçaya yolu vardır. Sol tərəf ilə dal tərəf ağaclıqdır. İçlərindən xiyabanlar çəkilibdir, hər tərəfi gülzardır. Ortada bir hovuz vardır ki, su fəvvarə vurur. Qabaq tərəfdə bir ağacın dibində açıq yerdə fərş salınıb, vəzir əlində kitablar əyləşib, qabağında düzülmüş olan qızlara dərs verir və nəsihətlər edir. Əmirin qızı Leyla dəxi bunların içindədir; lakin bütün qızlar kamali-huş və guş ilə dərsə və pənd və nəsihətə qulaq asdıqları yerdə, Leyla bir növ pərişan-hal görünüb, fikri özgə yerlərdə olduğunu izah edir. Bilaxirə üzünü əli ilə tutub ağlayan kimi görünür.*Vəzir**
Poems by other poets · Satire
Ey “Kəlniyət!” Ey xatirimin zövqü səfası,Yalnız demə kim, mollaların boşdu qafası,
Allahu-ələmOlmuşdur Iran,Qaynar bir qazan.
Gərəkdir şahsevənlər daima bir şah sevsinlərGərekdir şahsevənlər daima bir şah sevsinlər,Nəinki binədayə rəhm edib, Allah sevsinlər.
Körpə nişanlıQundaqda ikən bir qızı ad eyləmişəm mən,Nazlı bəbədən könlümü şad eyləmişəm mən.