İkinci pərdə
Əmirin sarayıdır. Otaq ərəb əmirlərinə məxsus gözəl bir surətdə döşənib, bir tərəfdə dəxi Əmirin öz təxti vardır. Otaqda tək bir Leyla oturub, öz-özünə eşqdən danışır.
Leyla
Çünki bildin təmini eşqin şərabi-nabinək,
İstərəm bir cam daha, ver saqiya, sərməst olam.
(Musiqi)
Bu həqiqi aləmin qeydü qəmindən büsbütün,
İstərəm kim, aləmi-məstdə mən sərməst olam.
(Musiqi)
Yarımın bir gün fəraqi bir ilin dərdin verir,
İstərəm kim, yar ilə mən daima həmdəst olam.
(Musiqi)
Yarü əğyar tənəsi təqib edər hərdəm məni,
Varmı bir kani-müqəddəs, istərəm mən bəst olam.
(Musiqi)
Bu halda Zeyd daxil olur, Leylanı görür və ona müraciətlə deyir:
Zeyd
Leyla, sənə sözüm var,
Etmə yenə məni xar.
Rəhm etsən nə olar?
Rüsxət ver! (2 dəfə)
Sevdim, billah!
Səni, Leyla!
Oldum mən sənə aşiq! (2 dəfə)
Leyla, Leyla!
Sevdim billah!
Ah! Sevdim!
Sevdim səni, Leyla!
Leyla
Cürətin, Zeyda, təəccübdür sənin!
İstəyirsən kim, əmirin düxtərin
Yar qılasan özünə? Öyləsə bəs,
Xam xəyaldır kim, edirsən sən əbəs!
Zeyd
Gəl sən mənə kərəm et,
İnsaf yolu ilə get,
Bir dəm rəhm eylə,
Yandırma böylə. (2 dəfə)
Sevdim billah!
Səni, Leyla! (2 dəfə)
Oldum mən sənə aşiq!
Leyla, Leyla!
Sevdim, billah!
Ah, sevdim!
Sevdim səni, Leyla!
Leyla
Ahü nalən etməyir heç bir əsər,
Sözlərin, bil kim, sənə verməz səmər.
Qismətin axtar sən özgə yardan,
Lütfü ehsan gözləmə mən sarıdan.
Zeyd
Rədd etmə, Leyla!
İncitmə, Leyla!
Bir nəzər lütf et!
Bir əsər lütf et! (2 dəfə)
Sevdim, billah!
(Musiqi)
Sevdim, billah!
Səni, Leyla!
Oldum mən sənə aşiq! (2 dəfə)
Leyla, Leyla!
Sevdim, billah!
Ah, sevdim!
Sevdim səni, Leyla!
Leyla
Bunca zəhmət bəs edər, Zeyda, mənə
Artığın, insaf qıl, görmə rəva!
Zərrə qədri meyl etməm mən sənə!
Get, mənə vermə daha bir də cəfa!
Zeyd (qəzəblə)
Bildim, sən Haruna aşiqsən!
Leyla
Bəli! Mən Haruna aşiqəm!
Zeyd
Leyla! Yandırma məni!
Leyla
Sevdiyim yalnız bir Harundur!
Zeyd
Leyla, Leyla! Zalım olma!.. Bildim, sən Haruna aşiqsən!
Leyla
Bəli! Mən Haruna aşiqəm!
Zeyd
Leyla! Yandırma məni!
Leyla
Sevdiyim yalnız bir Harundur!
Zeyd
Leyla, Leyla! Zalım olma!
(Musiqi)
Zeyd bihalət bir surətdə miz üzərinə yıxılıb, üzünü əli ilə tutur; Leyla isə məğruranə bir surətdə ona baxıb qalır.
Zeyd (yalvara-yalvara)
Olma zalım, rəhm qıl, sən mən fəqirə, Leyla!
Xoş nəzərlə bir kərə bax mən fəqirə, Leyla!
Gör, əlində dönmüşəm mən əsirə, Leyla!
Bir də etmə sən nişanə seyfi-tirə, Leyla!
(ƏLAVƏ)
Allaha bax, rəhm elə!
Zalım olma bir belə! (2 dəfə)
İstəmə sən Zeyd axır
Eşq dərdindən ölə!..
(Musiqi)
Olma zalım, rəhm qıl, sən mən fəqirə, Leyla!
Xoş nəzərlə bir kərə bax mən fəqirə, Leyla!
Gör, əlində dönmüşəm bir əsirə, Leyla!
Bir də etmə sən nişanə seyfi-tirə, Leyla!
Leyla
Əbəsdir naleyi-zarın,
Xəyalın, xam əfkarın.
Yəqin et qətiyyən, Zeyda!
Deyil Leyla sənin yarın!
Zeyd
Rəhm eylə, Leyla!
Leyla, rəhm eylə!
Allaha bax, rəhm eylə! (2 dəfə)
(Yaxınlaşır) Zalım olma bir belə!..
Leyla (acıqla). Əl çək məndən! (Tez çıxıb gedir.)
(Musiqi)
Bu məqamda Harun daxil olub, Zeydə tərəf yaxınlaşır. Zeyd onu görüb, bu səfər dəxi ona yalvarır.
Zeyd
Harun, sənə sözüm var!
Etmə yenə məni xar,
Rəhm etsən nə olar?
Rüsxət ver! (2 dəfə)
Sevdim, bil sən,
Leylanı mən;
Oldum Leylaya aşiq! (2 dəfə)
Harun, Harun,
Leyla yarım!
Ah! Sevdim, sevdim Leylanı mən!
Harun
Cürətin, Zeyda, təəccübdür sənin.
İstəyirsən özgə şəxsin dilbərin
Yar qılasan özünə! Öylə isə bəs,
Xam xəyaldır kim, edirsən sən əbəs!
Zeyd
Gəl sən mənə kərəm et,
İnsaf yolu ilə get;
Bir dəm rəhm eylə,
Yandırma böylə! (2 dəfə)
Sevdim, bil sən,
Leylanı mən,
Oldum Leylaya aşiq! (2 dəfə)
Harun, Harun,
Leyla yarım.
Ah! Sevdim, sevdim Leylanı mən!
Harun
Ahü nalən etməyir heç bir əsər,
Sözlərin, bil kim, mənə verməz səmər.
Qismətin axtar sən özgə yardan,
Heç dərd, qəm çəkmə Leyla sarıdan.
Zeyd
Rədd etmə, Harun!
İncitmə, Harun!
Bir nəzər lütf et!
Bir əsər lütf et! (2 dəfə)
Sevdim, bil sən.
(Musiqi)
Sevdim, bil sən,
Sevdim, bil sən, (2 dəfə)
Leylanı mən,
Leylanı mən,
Oldum Leylaya aşiq!
Harun, Harun!
Leyla yarım!
Ah! Sevdim, sevdim Leylanı mən!
Harun
Bunca zəhmət bəs edər, Zeyda, mənə!
Artığın, insaf qıl, görmə rəva!
Candan artıq sevdiyim cananımı,
Sən alınca, alginən bu canımı!
Zeyd (qəzəbnak)
Harun! Qorx məndən!
Harun
Boş və bihudə danışma!
Zeyd
Harun, əl çək Leyladan!
Harun
Candan, başdan əl çəkərəm!
Zeyd
Harun, Harun! Olma bais!.. Harun! Qorx məndən!
Harun
Boş və bihudə danışma!
Zeyd
Harun! Əl çək Leyladan!
Harun
Candan, başdan əl çəkərəm!
Zeyd
Harun! Harun! Olma bais!
Deyib qılıncını çəkir; Harun dəxi qılınc çəkir və hər ikisi qalxan götürüb dava edirlər; bu halda vəzir daxil olub bunları görür.
Vəzir. Allahü əkbər! (Aralarına girir.) Siz nə işdəsiniz?! Bu saat Əmir buraya gəlir. Qasid gəlibdir ki, üstümüzə düşmən qoşun çəkib gəlməkdədir; siz nə ilə məşğulsunuz?!
Zeyd və Harun davadan əl çəkib, qılınclarını qınına qoyurlar. Bu halda Əmirin əyanları, oğlanlar və qızlar cərgə-cərgə gəlib düzülürlər və bədə Əmir daxil olduqda oxuyurlar:
Hamı
Şanü şövkət, ey Əmir, səndən artıq kimdə yox.
Həm ədalət, həm səxavət, həm şücaət səndə çox! (2 dəfə)
Şanü şövkət, ey Əmir, səndən artıq kimdə yox.
Həm ədalət, həm səxavət, həm şücaət səndə çox! (2 dəfə)
Canü başdan keçməyə hazırıq biz, bil,
Ömr versin Allahım, çox yaşasın il.
Həm ədalət, həm səxavət, həm şücaət səndə çox! (2 dəfə)
Vəzir məktub pişnəhad edir, Əmir mütaliə edir. Musiqi çalır, bədə yenə hamı oxuyur:
Hamı
Şanü şövkət, ey Əmir, səndən artıq kimdə yox!
Həm ədalət, həm səxavət, həm şücaət səndə çox! (2 dəfə)
Əmir. Allahın mərhəməti cümləmizin üzərində olsun.
Hamı. Amin!
Əmir. Üzərimizə düşmən gəlir. Bizi qırmaq və müqəddəs məkanlarımızı əlimizdən almaq istəyir. Nə etmək lazımdır?
Harun və Zeyd (irəli durub). Düşmənə müqabil durub, onu məğlub və pərişan etmək!
Əmir. Əmr edirəm: qoşun bu gün hazır olsun! Harun və Zeyd, Zeyd və Harun! Qoşun çəkib gedirsiniz, düşmən ilə dava edirsiniz, eşidin! Hansı biriniz davadan müzəffər gəlsə, əmir sözü verirəm ki, məndən hər nə istəsə, təxtü-tacımdan başqa, – onu əmələ gətirərəm. Amma məğlub olsa, daha bir də gözümə görünməsin! Eşitdinizmi?
Harun və Zeyd. Əlbəttə, Əmir sağ olsun!
Əmir. Mürəxxəssiniz, gedin qoşun tədarük edin. Allahın mərhəməti cümləmizin üzərinə olsun!
Hamı. Amin!
Harun və Zeyd gedirlər, dallarınca Bəkir, Rəhman və sairə.
Vəzir. Əmir sağ olsun! Səxavətiniz aləmə əyandır! Lakin, xudanəkərdə, sui-istifadə edən olmasın!
Əmir. Vəzir, bilirsənmi ki, bir söz ki, Əmirin ağzından çıxdı, o hökmü-qanundur!
Vəzir. Şübhəsizdir, Əmir sağ olsun! (Deyib çəkilir.)
Bədə Əmir işarə edir, sazəndə və bazəndələr gəlib, çalıb oynayırlar; ondan sonra Əmir durub gedir, dalınca qızlar və oğlanlar.
(Musiqi)
Hamı
Şanü şövkət, ey Əmir, səndən artıq kimdə yox!
Həm ədalət, həm səxavət, həm şücaət səndə çox! (2 dəfə)
(Musiqi)
Hamı gedir, Leyla qayıdır.
Leyla
Neyləmişdim, ey fələk, hicran qəmin verdin mənə,
Bir bu qədri ahü naləm heç əsər etmir sənə.
Gəl muradın canımı almaqsa, billah, alginən,
Bir kərə öldür məni, qurtar əzabi-hicrdən! (Ağlayır.)
Harun (daxil olur)
Ayrılıq, Leyla, pərişan eylədi əhvalımı,
Yandırıb yaqmaqdadır suzi-ciyarlə canımı.
Heç ümidim yox bu firqət dərdinə tab eyləyim,
Fikrimə gəlməz ki, bir gün görməyim mən yarımı.
(Musiqi)
Beylədir, əmri qəzanın kim, gərəkdir ayrılaq,
Məhv qıl, pərvərdigara, zülm ilə həm zalımı.
Leyla
Sən gedirsən, söylə, Harun, mən nasıl tənha qalım,
Kim səda versin sədamə, kim eşitsin zarımı.
(Musiqi)
Leyla ağlayır, Harun durub gedə-gedə oxuyur.
Harun
Əlvida, Leyla, yetişdi çün zamanım, əlvida!
Bax, unutma cəngdə fovt olsa canım, əlvida! (Gedir.)
Leyla
Ax, Harun getmə, getmə! (Ağlaya-ağlaya dalınca çıxır.)
(Musiqi)
Zeyd (daxil olur)
Dedi: hər kəs müzəffər gəlsə,
Hər nə istəsə verərəm.
Bunca möhnət, bunca zillət
Səndədir, Leyla! Ax, Leyla, Leyla, gedirəm!
Bunca zillət səndən, Leyla! Getdim! (Tez çıxır.)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-harun-ve-leyla-ikinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Budur, bir neçə ildir ki, bütün aləmi zəlzələ-vəlvələyə salan rusyapon davası və onun dalınca qucağa sığmaz olan Rusiyanı qucaqlayan bu azadlıq hərəkatı bizim bu xabi-qəflətə aludə olmuş aləmi-islamı dəxi titrətdi. Əzon cümlə bizim Bakını da titrətdi.Aləmi-islamın gözünü açdı; əzon cümlə bizim Bakının da gözünü açdı. Aləmi-islamda neçə-neçə firqələr, üzviyyətlər, “orqanizasiya”- lar, məclislər qurulmağa başladı. Əzon cümlə bizim Bakıda da həmin işlər vaqe olmağa başladı, yəni, bu bir iki ilin ərzində Bakımızda və “Hümmət” və “İttifaq” və “Hidayət” və “İxvani-səfa” və “Sədayimillət” və “Bəydəqi-nüsrət” və “Şəms” kimi cəmiyyətlər təşkil olunub, öz “ziyabəxş” və “tərəqqigöstər” və “mədəniyyətpərvər” və “maarifpərəst” olan əməlləri ilə Bakını bir hala qoydular ki, indi görən and içir ki, bu Bakı keçmiş Bakıya oxşamır. Belə ki, “Hümmət” öz hümmətilə, “İttifaq” öz ittifaqilə, “Hidayət” öz hidayətilə, “İxvanisəfa” öz səfasilə, “Sədayi-millət” öz sədasilə, “Bəydəqi-nüsrət” öz bəydəqilə və “Şəms” də öz tülui ilə Bakı camaatını hər bir pis və murdar hərəkətlərdən təmizləyib lap büllur kimi eləyibdirlər. Oğurluq, adam öldürmək, filan yoxdur, hər kəs desə ki var, yalandır, qulaq asmayın!
Ordan-burdan 80– Salaməleyküm, yoldaş!– O... Əbdülkərim... Əleyküməssalam... Necə varsınız? Keyf, əhval!.. Uşaqlar və kənd əhli necədirlər?
Halımıza dair 2Keçmiş məqalələrimdə yazdığım kimi, indi dəxi həmin o məsələ barəsində bir neçə söz demək istəyirəm ki, sairələr əjdaha qədəmi ilə irəliyə çapdığı halda, bizim “tısbağa addımı” ilə qabağa sürünüb bəzi vaxt dəxi qırxayaq (xərçəng) kimi geri getməyimizin ümdə səbəbi bu bizim bilamülahizə və fikir meydana atılıb, yalançı pəhləvan kimi oyun çıxartmağımızdır.Mən, öz vicdanım sarıdan heç bir töhmət gözləməyib açıq-açığına qəti surətdə deyirəm ki, bizim bu camaat işinə qatışanlarımızdan heç biri öz tutduğu işi barəsində heç bir vaxt dərin fikir və mülahizələrdə bulunmayır, bu işi özü üçün ya bir oyuncaq, ya da ki, “ad-san” çıxartmağa bir vasitə bilir!
Ordan-burdan 81Uyma dünyaya ey dili-qafil Nə olur bu əcuzədən hasil!*Pəh-pəh nə gözəl sözdür və nə ali fikirdir ki, İranın hakimləri və bəzi üləma və ruhaniləri camaata oxuyub haqqın əl və ya ayağını yerdən-göydən üzürlər.
Poems by other poets
Boynuma kakilin, ey şux, kəmənd eyləmisən,Bir uzun fikrə mənim başımı bənd eyləmisən.
The Treasury of Mysteries, chapter 29Somewhere in Syria lived an old man who, like a fairy, shunned mankind.He wove his shirt of grass. He made bricks and earned a livelihood thus.
Mənim sevdiyimZulflərin sunbuldur, yanağın lalə,Baxışı tə’n edir vəhşi qəzalə,
Ramazan, Novruz və MəhərrəmHər rəngə desən girməyə amadəyik, əl’an,Üç rəngə girər ildə bu qayilçə müsəlman: