Hökumət və millət
Bəşəriyyətin tarixinə, tarixi-tərəqqi və təkamülünə bir nəzər atarsaq və hökumət ilə millət arasında törənmiş və getdikcə təqviyə tapmış münasibatına diqqət yetirərsək, bunu müşahidə edərik ki, millət və hökumətin bu münasibatı üç dövrə bölünür.
Ən əvvəllərdə, demək olar ki, hökumət yox idi, onu icad edən millətin özü oldu, həmrəy və həmrahlıqla dolanmağın vəfaq və ittifaq ilə iş görməyin mənfəətini və gözəlliyini anlayacaq dərəcə ağıl və kəmalə malik olmayan millət özünün onun üçün rəhbər ola bilən və onu idarə edə bilən bir başçıya möhtac olduğunu görüb, öz arasından bir hakim seçdi. Daha doğrusu, hakim özü seçildi və bununla hökumətin əsası qurulub, getdikcə münazzəm və qəvi bir şəklə girdi.
Ən əvvəl, hökumətin ixtiyaratı bir o qədər geniş olmayıb, millətin hər bir xüsusda və hər bir surətdə işə iştirak etməsilə məhdud idi. O vaxtlar hökumətə, özgə nəzərilə dəxi baxılırdı. Hökumət dəxi öz vəzifəsini özgə cürə anlayırdı. Millət hökuməti öz arasında vaqe olan mübarizat və mücadilati-daxiliyyəni rəf edə bilən bir hökm və xarici düşmənlərin hücumunu dəf etməyə borclu olan bir gözətçidir. Ümuriidarəyə qalırsa bu babdə də hökumət millətə, nəinki millət hökumətə köməkçi idi.
Lakin sonralarda müruri-zaman ilə hökumətin əvvəlki şəkli təğyir tapıb, millət getdikcə hökumətə hər bir işlərdə hazır olmağa məcbur oldu. Hökumət də millət üstündə hökmfərma olmağa başlayıb, bir zaman yetişdi ki milləti özünə qul və nökər edib özü də hakimi-mütləq olsun və getdikcə iş o yerə çatdı ki, hökumət öz əvvəlki hakimlik və gözətçi və pasbanlıq vəzifəsini tamam yaddan çıxardıb, öz millətini təzyiqə başladı. Və bundan naşi olaraq, millətin öz işində cürbəcür siniflər, silklər və ayrılıqlar törənib, hamısı hökumət əlində müztər qaldılar. Orta əsrdə hökumət mütləqiyyəti və milləti übudiyyəti son dərəcələrədək varib, hər bir yerdə hökm sürmək və hökmə tabe olmaq qanuni bərpa oldu. Tərəqqi və təkamüldən layiqincə bərpa olan millətlər indi haman qanuna tabe olub yaşamaqdadırlar.
Əgər ülum və fünunca tərəqqi olmasaydı, Allah elə bilir ki, millətlərin hökumət əlində halı necə ola bilərdi? Lakin milləti hökumət mütləqiyyətindən xilas edən tərəqqi və təkamül oldu. Bunların bərəkəti sayəsində millət ağıl və kamal qazanıb, məişətin gözəl yollarını tanıdı və tanıyıb da ən əvvəl özünü hökumət çəngalından qurtarmağa səy etdi.
Tərəqqi və təkamülün parlaq bir dövrünə çatmış olan Yevropa millətləri hökumət ilə millət mübarizəsindən ibarət olan “inqilab”ın ibtidasını qoydular və mübarizələrdə qanlar töküb və canlar fəda etməklə, mütləqiyyətə qalib oldular. Və hökumətin ixtiyaratını məhdud edib, ümuri-idareyi məmləkətdə onu özlərinə köməkçi etmədilərsə də fəqət özləri ona köməkçi, həm də nazir oldular.
Əlan bizim bu Rusiyada vaqe olan inqilab dəxi rus milləti və rus hökuməti arasında iki min ildən bəri davam edən münasibatın üçüncü və axırıncı dövrüdür ki, burada millətin qalib olacağı şübhəsizdir.
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-hokumet-ve-millet
Use ← → keys to move, R for a random poem
More by this author
Millətpərəstlik sözü bir neçə zamandan bəridir ki, bizim ağzımıza düşüb yerli və çox vaxt yersiz yerə işlədirik. Görünür ki, millətpərəstlik nə olduğunu bir çoxumuz anlamır və ya tərsinə anlayır. Millətpərəst olmaq, yəni millətin xeyirxahı olmaq, millətin xeyirxahı isə millətin hər bir barədə tərəqqisini arzu edər; o tərəqqi ki, onun sayəsində Yevropa əhli dünyanın hər bir maddi, mənəvi, ruhani nemətlərinə naildirlər. Bundan başqa, həmişə biz kimilərə də ağa və sahibdirlər. Millətin tərəqqisini arzu edən şəxs, şübhəsizdir ki, yalnız bir arzu ilə iktifa etməyib, bu yolda iş də görməlidir. İş isə cürbəcürdür və bu işi bir adam da görə bilər, bir cəmiyyət dəxi görə bilər.Götürək bir adamı. Bu adam millətə hər nə cür xidmət edəcəksə, etsin, o adam bir köməyə, bir dayağa möhtacdır. Fərz edəlim ki, birisi millət yolunda can fədakarlığında bulundu, yəni öz canını millətin xeyri yolunda fəda etdi. O halda millət əfradına borcdur ki, bu adamın əhli-əyali varsa, ona himayət etsin, qeydinə qalsın. Bir ayrısı millət xeyri üçün mal fədakarlığında bulunur. Millət əfradı buna da bir kömək göstərməlidir. Yəni fəda etdiyi malı düz və dürüst yoluna sərf edib də bundan naşı millətə görkəmli bir xeyir olduğunu bildirməkdir. Bir qeyrisi məlum bir istedad və qabiliyyət sahibidir, məsələn, ədibdir, yaxşı müəllimdir, istedadlı bir rəssamdır, alimdir, bəs bunların millətə etdiyi fədakarlıq və xidmət nə ola bilər? Əlbəttə, sənətlərindəki məharət! Lakin məharət elə bir şey deyildir ki, hər bir vaxt ibraz oluna bilsin. İbrazi məharət üçün müəyyən şərtlər lazımdır. O şərt isə məharət sahiblərinə vüsət verməkdir, yəni məharətin biruzinə mane olacaq şeylərin rəf və dəf edilməsidir.
Müəllimlərimiz və mətbuatKeçən sənələrdə yenə də heç olmasa bir para müəllimlərimiz qəzetələrdə nafe məqalələr yazmaqla oxuyanlara bir növü mənfəət yetirirdilər. Lakin bir neçə zamandan bəridir ki, müəllimlərimizdən heç bir səs və səmir yoxdur. Guya müəllimlərimiz ümumi işlərə daha müdaxilə etmək istəmirlər. Guya bunların mətbuat səhifələrində müzakirə olunacaq heç bir ehtiyacları, mühüm məsələləri yoxdur. Və guya oxucularımızın bunların məqalələrinə heç bir möhtaclığı dəxi yoxdur, halbuki həqiqətdə belə deyildir. Müəllimlər əhalimizin savadlıları və əhalimizə savad öyrədən olduqlarından onlar mətbuata daha artıq əhəmiyyət verməlidirlər. Əhalimizin övladı, mütəəllimlərimizin bilavasitə ağızdan söylədiyi sözlərə möhtac olduqları kimi övladların ataları da müəllimlərin onlara dair söyləyəcək olduğu sözlərə möhtacdır. Bu sözləri də ancaq mətbuat vasitəsilə söyləmək mümkündür. Bir çox məsələlər vardır ki, təlim və tədrisə dair bir müəllim bilən şeyi çox vaxt o biri müəllimlər bilmirlər. Bir çox məsələlər vardır ki, o barədə müəllimlərin fikri lazımdır. Ümum müəllimləri bir yerə yığmaq və orada təlim və tədris xüsusunda danışmaq, fikir verib fikir almaq nə qədər mühüm bir işdir. Amma müəllimlər ictimai bu halda həmişə mümkün deyildir. Halbuki belə bir ictimaə möhtac olmayıb da mətbuat vasitəsilə mübadileyi-əfkar etmək mümkündür. Bu isə zənn edirəm ki, çətin bir iş deyildir. Təlim və tərbiyə məsələlərindən başqa min cürə ümumi məsələlər vardır ki, onların həlli yolunu da bir çox müəllimlərimiz gözəlcə bilirlər.Ona görə də bu yolda dəxi qələmləri ilə çox kömək edərlər.
Kənd-kəsəklərimizBəzi yevropalılar var ki, vətənlərində və ya həmcivar məmləkətlərdə əhalinin daim mədəni bir məişət sürmələrindən və hər yerdə yekrəng bir ömür ilə yaşamalarından təngə gəlib, elə bir yer axtarır ki, orada əhali mədəniyyətdən bixəbər olsunlar. Və ona görə də məişətləri başqa cür olsun. Başqa şərait üzrə yaşasınlar ki, yevropalı da oraları seyr etdikdə tazə qəribə şeylər görsün. Bir sözlə elə yevropalı, mədəniyyət cəhətincə “bakirə” yerlər axtarır, bunun üçün Amerika, Avstraliya qitələrinə və ya qitaati-xəmsədən uzaq olan cəzirələrə gedir ki, orada yaşayan vəhşilərin məişətlərini görsün. Əxlaq və adətlərinə diqqət yetirsin. Amma məncə avropalı əbəs yerə Amerika və Avstraliyanı niyyət edib də seyrə çıxır. Çünki oralarda vəhşilər tapılmağına şübhə vardır. Doğrudur, qədim zamanlarda Amerika və Avstraliya belələri ilə dəlu idi. Bunların doğrudan da xüsusi tərz məişətləri, başqa cür adətləri vardı, amma indi mədəniyyət oralarda o qədər təsir edibdir ki, o yerlərin vəhşiləri də avropalıların özləri kimi məişət sürüb heç bir şeydə fərqləri yox kimidir.Amma, əgər o yevropalı, Amerika və Avstraliyanı tərk edib də bizim bu Zaqafqaziyaya ayaq bassa və Zaqafqaziyanın müsəlman kəndlərini seyr etsə, – doğurdan da öz muradı istədiyini buralarda tapar. Çünki bu XX əsrdə mədəniyyət cəhətincə bəhəqq “bakirə” olan yerlər varsa, onların əhəmiyyətlisi bizim kənd və kəsəklərimizdir. Buralarda mədəniyyətdə cüzi də olsa, bir əsər axtarmaq, bir anbar buğda içində bir dənə darı axtarmağa bənzər.
Ordan-burdan 46Bir az da öz işimizdən, daha doğrusu, öz içimizdən danışaq... Adam qəzetəni əlinə alıb açanda “müharibə”dən başqa bir şey görmür.Hərçəndi bu halda, lap qızıq bir şey varsa, o da yenə elə “müharibə” xəbərləri, amma yenə də öz işimizi və öz içimizi yaddan çıxartmayaq.
Poems by other poets · Satire
Bakıda tazə çıxıb bir Ətağa, Məsmə bacı!Təri, çirki, nəfəsi dərdə dəva, Məsmə bacı!
ÇalmaQoy bir azacıq rahət ola canım, a Şeypur!Çalma mən ölüm, partladı vücudanım, a Şeypur!
Barakallah ("Sən beləsənmiş, balam, ay barakallah sənə!")Sən beləsənmiş, balam, ay barakallah sənə!..Fisq imiş əmrin tamam, ay barakallah sənə!..
O kimdir?O kimdir: Dəndəli dəndəlani – Küçələri dolaniAxırda alim olar, amma bilməz Qurani?