Ülamalarımızdan möhtərəm axund molla Ələkbər həzrətləri bir məclisdə İran inqilabı xüsusunda camaata məlumat vermək üzrə böylə bir əhvalat nəql etdi:

“Uşaqlığımda xırmən sürürdüm, vələ qoşduğum at həm işini görüb vəli surürdü, həm də ac olduğuna görə, hərdənbir ağzını uzadıb çaparaq ot qapıb yeyirdi. Atın ot yeməyi xoşuma gəlmədi. Bir-iki şallaq çəkdim, at incidi, amma, yenə işinə məşğul olub bir müddət otdan əl çəkdi; lakin qarın aclığı binəva heyvanı dinc qoymurdu. Gördüm yenə damınır, ot qapmaq xəyalındadır. Şallağı əlimə alıb düşdüm atın canına, vurdum-vurdum; axırda at təngə gəlib mənə bir cüt təpik atdı: alnımdan dəydi, ürəyim getdi... Məni bir növ ayıltdılar və yaramı sağaltmağa başladılar. O vaxtdan bəri həmin at ilə hörmətlə dolanmağa məcbur oldum”.

Doğrudan da biz bu heyvanları özümüz üçün vasitəyi-məişət edib də, keyfimiz istədiyi yolda işlətdiyimiz kimi, mədəniyyətli yevropalılar dəxi onlardan mədəniyyətcə alçaq olan öz növlərini, yəni insanları özləri üçün heyvan ittixaz edib, onlar ilə heyvan kimi müamilə edirlər.

İnsan mədəniyyətin nə qədər alçaq dərəcəsində olsa da, heyvandan əqilli və fərasətlidir və ona görə də heyvanı özünə tabe və müti edə bilər. Mədəniyyət isə şüur və fərasəti artıran bir şey olduğuna görə mədəniyyətli bir insan üçün mədəniyyətsiz insan heyvan dərəcəsindədir.

Mədəniyyətli ispaniyalılar Amerikanı kəşf edib, mədəniyyətsiz amerikalıları qırıb tələf və yerdə qalanını özünə müti etdilər.

Bu tərəfdən mədəniyyətli ingilislər bütün Amerikanın şimalını əllərinə aldılar. Sonra haman ingilislər – bir növ sürətlə mədəniyyətə üz qoyub, İngilis və Yevropa hökmranlığını rəşadət və mərdaniliklə rədd etməklə müstəqil hökumətlər təşkil etdilər.

Qərəz, bütün mədəniyyətsiz yerlər, cəzirələr hamısı mədəniyyətlilərin əlinə keçib, bədbəxt əhalisi də heyvan yerinə işləməlidirlər.

İndi haman oylə mədəniyyətdən məhrum yerin biri də Fas dövlətidir ki, mədəniyyətli yevropalıların tələsinə düşüb çıxa bilmir. Fas dövləti Afrika qitəsinin şimal-qərbində vaqe olub böyük bir islam dövlətidir; onun adına yevropalılar Marokko deyirlər, müsəlmanlar isə Mərakeş və ya Fas deyirlər.

Ərəb mədəniyyətinin şəşəəli bir zamanında, yəni o vaxt ki, Yevropa mədəniyyətcə əhli-islamdan alçaq idi, haman yuxarıda ərz etdiyimiz hikmət üzrə Fas dövləti öz qonşusu olan İspaniyanı həmişə təhdid və təzyiq altında saxladığı halda, bu gün ispaniyalılar mədəniyyətcə onlardan qabaq olduqlarına görə, Fasın içinə girib müsəlleh və qeyri-müsəlleh surətdə məmləkəti təsxir etmək istəyirlər. Və bu məqsədlərinə nail olmaq üçun Fas əhalisindən hər bir cürə zülm və sitəmləri müzayiqə etmirlər.

Bir kəndli, ağır bir arabanı çəkə bilməyən atın başına, gözünə şappadığı halda, gendən baxanların ata yazığı gəlib, arabaçıya acığı tutduğu kimi, bizim də və hər bir əhli-insafın da ispaniyalıların faslılara qarşı göstərdikləri boş müamiləyi-vəhşiyanədən acığı tutur.

Amma bununla belə, faslıların özünə daha artıq acığımız tutur. Çünki arabaçının şallağı altında əzilən atın belə bir zülmdən qurtarması, yenə həmin arabaçının özünün və yaxud başqa bir insanın rəhminə, mürüvvətinə bağlıdır.

Özünə olan zülmü rəf və dəf etməyə heç bir qüdrət yoxdur.

Zira, əql yoxdur və onun üçün də müdafiə yolunu bilmir, lakin faslılar heyvan deyildirlər, insandırlar. İnsan isə əqlə malikdir və o əqli artırmaq uçün də mədəniyyət kimi doğru bir yol vardır. Nə üçün ispaniyalılar fransızlar ilə eyni müamilə etmirlər və yaxud böyür-böyrə olduğu Portəgiz dövlətilə işi yoxdur. Çünki onlar ispaniyalılar kimi və daha artıq mədəniyyət sahibidirlər. Müdafiə yolunu yaxşıca bilirlər. Faslılar isə hər bir mədəniyyəti “təkfir”, “təlin” kimi boş və çürük məsələlərə məşqül olub, əvvəldə olan mədəniyyəti-islamiyyəni bilmərrə unudub heyvan kimi ömr sürürlər. Soltanları məmləkətlərinin abadlığına, mədəniyyətinə çalışmaq əvəzində bütün mənhus ömrlərini mütrübbazlıqda, ləhvü-ləəbdə keçirib əqilli yevropalıların əllərində meymun kimi oynayırlar. Üləmaları isə dünya elmlərini küfr hesab edib, o yoldaki fitfaları ilə yazıq əhalini mədəniyyətdən kənar edirlər. Məşhur qamusnəvis Şəmsəddin Sami həzrətləri Fasın maarif və mədəniyyəti haqqında bir baxınız nə yazır:

“Fasda maarifi-cədidəyə şimdiyə qədər əsla meyl olunmayıb, maarifi-qədiməyi-islamiyyə dəxi çox tədənni etmişdir. Hər nə qədər Fasın böyük şəhərlərində mütəəddid-mədaris var isə də, bunlarda dəxi ülumi-ədəbiyə və diniyyə oxunur. Finunə əhəmiyyət verilməz və təhsil ilə məşğul olanların çoxu kimya və nücum kimi ülumimohumə həvəsinə düşüb, məmləkətin tərəqqisinə xidmət edəcək ülumə rəğbət etmirlər. Məkatibi-ibtidaiyyədə isə (bizim xaraba qalmış “məktəblərimiz” kimi) yalnız Qurani-kərimin hifzi ilə lövhələr üzərinə təhriri mötad olub, bununla sibyan (uşaqlar) bir az ibarə oxumağı va cüzi yazı və imla öyrənirlər.

Bu məktəblər də şəhər və qəsəbələrə məxsus olub, çəryələrdə (kəndlərdə) bulunmadığından əhalinin qismi-əzəmi oxuyub yazmaq nemətindən dəxi məhrum bulunur... Yevropanın yanı başında olan böylə gözəl bir məmləkətdə əlyovm nə bir mətbəə var, nə bir qəzetə çıxır, nə də bir kitab basılır”.

İndi o səbəbə görə də yevropalılar və əzcümlə bu gün ispaniyalılar buraya soxulub da döyürlər, əzirlər, basırlar və bildiklərini eyləyirlər.

İştə faslıların böylə zillət və fəlakətlərinin ən birinci və baş səbəbi özlərinin mədəniyyətsizliyi, yəni ülum və fünuni-cədidədən kənar olmalarıdır. Başqa səbəbləri və ispaniyalıların vəhşiyanə zülmlərini sonra yazarıq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Vəkillərimiz nə tövr olmalıdır

Bakı quberniyasından da Dövlət dumasına vəkil seçmək zamanı yetdi: seçkiçilər gəlibdirlər ki, öz aralarından adamlar seçib Dövlət dumasına göndərsinlər. İştə, bütün Bakının və Bakı quberniyasının ümidi yalquz bu adamlara bağlıdır. Çünki əhalinin illərcə yığılıb qalmış və nəzəri-diqqət və etibara alınmamış ehtiyacatını rəf etmək bu adamların əlindədir. Lakin əhalinin dərdlərinə dərman, ehtiyacatlarına əncam və çara aramaq üçün əhali tərəfindən vəkil olub dumaya getmək nəhayət dərəcə böyük bir əmrdir ki, hər kəs bu əmri əmələ gətirməyi bacarmaz. Ona görə vəkillərimizə lazımdır ki, seçilib dumaya getmədən əvvəl, öhdələrinə götürdükləri bu əmri-əzimin barəsində dərin-dərin mülahizə və təsəvvürlərdə bulunub öz istedad və qabiliyyətilə vuruşdursunlar və vicdanlı hökm ittixaz etsinlər. Əgər bu əmriəzimin “öhdəsindən gələ bilməyəcəyini qəlbən iqrar edərsə, bu işdən əl çəksin və bu vəzifəni öhdəsindən geri versin.Əhali tərəfindən vəkil olub, Dövlət dumasına gedən şəxsə lazımdır ki, onu layiq bilib seçən əhalinin rəfah və səadətinə alışmağı niyyət edib, yalquz bir bu niyyətin hüsulə gəlməsinə sərfi-məsai etsin. Bu yolda heç bir məmaniət gərək onun qabağını kəsməsin.

4 min
Ordan-burdan 70

Deyirlər ki, Dövlət duması iyun ayının 16-da bağlanacaqdır. Əcəba, Dövlət duması nə qayırdı ki, bu tezliklə bağlanır? Hansı bir qanunu qayırdı? Hansı qanunu dəyişdi? Hansı ministri podsuda verdi? Bəs aministiya, filan deyirdilər, necə oldu?..Siz mənə cavab verərsiz ki, qoy bağlansın, zərər yoxdur. Allah qoysa, payızda yenə açılar.

3 min
Ordan-burdan 71

Ha fikir edirəm, başa düşmürəm!Bu saat mənim adıma bir kağız gəlmişdi. Kağızı açıb oxudum, amma ha fikir elədim və yenə eləyirəm, heç zad başa düşə bilmədim və yenə başa düşə bilmədim. Lap “Molla Nəsrəddin”in gününə düşmüşəm. Bu kağızda çox sərt sözlər yazılıbdır. Belə ki, mənim yerimə bir dəymə-düşər adam olsa idi, acığı tutub haman dəm götürüb ona bir cavab yazardı. Amma iş buradadır ki, bu kağızın məzmunu məni elə kərdəngir edibdir ki, heç cavab zad da yadımdan çıxıbdır. Elə bir onu fikir edirəm ki, ay Allah, bu kağızı mənə yazan nə demək istəyirmiş, bu kağızı yazmaqda onun məqsədi və “ideya”sı nə imiş, çünki bu saat heç bir kəs “ideyasız”, məqsədsiz bir kağız yazmayır. Dükançılar köhnə qəzetənin içinə darçın, istiot, mixək bükən kimi, hər yazı yazan da görürsən yazdığı sözlərin içinə bir “ideya” bükür. Lakin heç başa düşə bilmirəm ki, mənim adıma göndərilmiş bu kağızın içinə nə cür “ideya” bükülübdür. Qəribə budur ki, kağızı yazan məni söyüb də bir də yalandan yazır ki, guya mən onu görmüşəm və onunla bizim şeir xüsusda danışmışam, o da mənə cavab verirmiş; qərəz, nə baş ağrısı verim, kağızın məzmunu budur:

3 min
Kəndçilərimizə dair

Neçə vaxtdır ki, Dövlət dumasında aqrarnıy vopros deyilən kəndçi və yer məsələsi müzakirə olunmaqdadır. Sair vəkillər, kənd əhlinin özündən seçilmiş vəkillər ilə bərabər, bu məsələ üstündə danışıb rus dəhat əhlinin ağır olan dirilik və məişətini yüngüllətmək üçün buna müvafiq qanunlar və qaydalar qoyulmasını tələb edirlər. Daha doğrusu rus dəhat əhlinin ikinci və həqiqi xilas və nəcatını hasil etmək istəyirlər. Rus dəhat əhlinin birinci “nəcatı” imperator Aleksandr saninin əsrində fevralın 19-da 1861-ci sənədə vaqe olmuşdu. Lakin bu nə “Nəcat” idi?! Hökumət kənd əhalisini zalım mülkədarların əlindən xilas edib öz istibdad cəngalına salmışdı və kəndçilərə zərərdən səva heç bir nəf gətirməmişdi. Böylə ki, əgər kəndçilər Sədinin sözlərini yad edib desə idilər:Ke əz çəngale-korgəm dər rebudi,

4 min

Poems by other poets · Satire