Page 3 of 4 · 50%

Lüğət

A

Abi-baran (f) – yağış suyu, göz yaşı.
Abid (ə) – qul, Allah qulu, dindar.
Adil (ə) – ədalətli.
Agah (f) – xəbərdar, bilən.
Aləti-məsxərə (ə) – masqara aləti.
Aludeyi-əhvab qəflət, aludeyi-xabi qəflət (ə. f.) – qəflət yuxusuna uymuş.
Amal (ə) – əməllər, hərəkətlər, istəklər, diləklər, məqsədlər.
Azürdə (f) – incimiş, qəmli.

B

Bahinhəm (f) – bununla bərabər.
Baqi (ə) – qalan, daimi, həmişəlik.
Bamuamilə (f. ə.) – müamilə ilə, faizlə.
Bazmandə (f) – qalıq.
Behəqq (f. ə.) – haqqa görə.
Bevəc (f) – görə.
Bədəttəhrir (ə) – yarıdan sonra.
Bədxulq (f. ə.) – pis xasiyyətli.
Bəliğ (ə) – aydın, ibarəli.
Bənd (ə) – uzaq.
Bəri (ə) – uzaq, kənar.
Bərqəsd (f. ə.) – qəsdən.
Bərtərəf (f. ə.) – dəfetmə, aradan qaldırma.
Bəsalət (ə) – tənbəllik.
Bəsirət (ə) – gözüaçıqlıq.
Bəşarət (ə) – muştuluq.
Bətaət (ə) – ağır tərpənmə.
Bəzli-himmət (ə) – himmətini, səy və qeyrətini əsirgəməyən.
Bidar (f) – oyaq, oyanmış.
Bidini (f. ə.) – dinsizlik.
Biganə (f) – özgə.
Biganə (f) – yad.
Bilaaram (ə) – aramsız.
Bilahəll və fəsl (ə) – həll etmədən.
Bilaistisna (ə) – istisnasız, fərq qoymadan.
Bilaməmaniət (ə) – maneəsiz.
Bilamubahisə (ə) – mübahisəsiz.
Bilatəfriq (ə) – ayrılmadan, fərq qoymadan.
Bilatəxir (ə) – yubanmadan.
Bilkülliyyə (ə) – tamamilə.
Bilmərrə (ə) – tamamilə.
Biməhəba (f. ə.) – qorxusuz.
Bimurvət (f. ə.) – mürüvvətsiz, insafsız, alçaq, namərd.
Bövl (ə) – sidik.
Bud (f) – varlıq, həyat.
Bundan məda (ə) – bundan başqa.
Büxl (ə) – paxıllıq, xəsislik, simiclik.
Bürran (f) – iti, kəsən.
Büzürkan (f) – böyüklər.

C

Cani (ə) – cinayətkar.
Cəsim (ə) – iri.
Cümrə (ə) – dəstə, cərgə.
Cürm (ə) – günah, qəbahət.

Ç

Çəbun (ə) – qorxaq.
Çəbunluq (ə) – qorxaqlıq.

D

Darüssəltənə (ə) – paytaxt.
Dəhşətəngi (f) – qorxulu, dəhşətli.
Dəni (ə) – alçaq, rəzil.
Dərdəst etmək (f) – əldə etmək, tutulmaq.
Dərrəndəlik (ə) – yırtıcılıq.
Dəstbərdar (f) – əl götürmək, əl çəkmək.
Dəstrəs (f) – əlçatan.
Digərpəsənd (f) – özgəsinin xoşuna gələn.
Dilişikəstə (f) – qəlbisınıq.
Dövləti-mətbuəmiz (ə) – təbəliyində olduğumuz dövlət.
Durbin (f) – uzaqgörən, binokl.
Duvəli-muəzzəmə (ə) – böyük dövlətlər.
Düruyə (f) – ikiüzlü.
E

Edadiyyət (ə) – orta məktəb (keçmişdə).
Edal (ə) – hazırlama, hazırlıq aparma.
Ehsanat (ə) – ehsanlar, yaxşılıqlar, bağışlanılan şeylər.
Etidal (ə) – bərabərolma, mötədillik, mülayimlik.

Ə

Əbqa (ə) – toxunmamaq.
Əbri-neysan (f. ə.) – neysan buludu, yağmurlu bulud.
Ədd (ə) – say, sayma, hesabetmə.
Ədəm (ə) – yoxluq, ölüm.
Ədəmi (ə) – etimad, inanmaq.
Əfif (ə) – xeyirxah, xeyirli, təmiz.
Əfrad (ə) – fərdlər.
Əfradi-külli (ə) – çox adam.
Əfzəl (ə) – artıq, daha fəzilətli olan.
Əğ-mazi eyn (ə) – gözüyumuq.
Əhəmi (ə) – çox əhəmiyyətli.
Əhəmiyyət (ə) – xəbərdar olmaq, məsələdən baş çıxarmaq.
Əhli-zələmə (ə) – dövlət məmuru (polis, jandarm qulluqçusu); zülmkarlar.
Əxtar (ə) – elan, xəbər vermək.
Əqəllən (ə) – ən azı, heç olmasa.
Əqmaz (ə) – baxış.
Ələlxüsus (ə) – xüsusilə.
Ələm (ə) – dərd.
Ələni (ə) – aydın, aşkar.
Əlfaz (ə) – sözlər.
Əl-müstəqim (ə) – düz.
Əlzəm (ə) – çox lazım, vacib.
Əncam həzir (ə. f.) – nəticələnən.
Əndar (ə) – nəzərlər, baxışlar.
Əndaz (f) – ölçu, cızıq.
Əndişə (f) – fikir, qayğı, dərd.
Ərd (ə) – saymaq, hesab etmək.
Ərzəl (ə) – alçaq adam, ən rəzil.
Əsalət (ə) – bərklik, möhkəmlik, nəciblik.
Əşədd (ə) – daha şiddətli, çox şiddətli.
Ətalət (ə) – tənbəllik, işsizlik.
Ətidal (ə) – miyana, babət.
Ətşan (ə) – susuz.
Əvamir (ə) – işlər.
Əz on cümlə (f. ə.) – o cümlədən.
Əza (ə) – üzvlər (bədənin üzvləri).

F

Fahiş (ə) – aşkar, açıq.
Fariq (ə) – fərqləndirən, təfavüt qoyan.
Fazid (ə) – fəsadçı, fitnəkar.
Fədai (ə) – canından keçən.
Fəramuş (f) – unutma, xatirdən çıxarma.
Fərd (ə) – nəfər.
Fərin (f) – parıltılı, dəbdəbəli.
Fəsx (ə) – pozma, atma, ləğvetmə.
Fitrət (ə) – yaradılış.
Föhş (f) – söyüş.
Fövt (ə) – əldən çıxarma, ölüm.
Füru (ə) – aşağı, alçaq.
Füruat (ə) – aşağılar, alçaqlar.

G

Giran (f) – ağır, dözülməz, çətin.
Giriftar (f) – əsir, düşkün, mübtəla.
Guşeyi-nisyan (f. ə.) – unutmaq, yaddan çıxartmaq.

H

Hadiseyi-əzimə (ə) – böyük hadisə.
Haiz (ə) – sahib, yiyə, əhatə.
Havi (ə) – əhatə edən, bürünən.
Heyz (ə) – aybaşı (qadınlarda).
Həqq sübhanəhu və təala (ə) – pak olan Allah-taala.
Həmcivar (ə. f.) – qonşu.
Həras (f) – qorxu.
Həris (ə) – tamahkar.
Həsəd (ə) – paxıllıq.
Həvadis (ə) – hadisələr.
Həzər (ə) – qorxmaq.
Himəmül (ə) – hümmət, köməklik.
Hüccaz (ə) – hacılar.
Hüccə (ə) – heca.
Huşyar (f) – huşlu, ayıq, sayıq, ağıllı.
Hüqul (ə) – keçmək.
Hüsni-nəticə (ə) – gözəl nəticə.
Hüsüd (ə) – həsəd aparılan, həsədə səbəb olan.

X

Xabi-qəflət (ə) – qəflət yuxusu.
Xahan (ə) – istəyənlər.
Xamisən (ə) – beşinci.
Xar (f) – yazıq, fağır.
Xəfi (ə) – gizli.
Xəfiyyə (ə) – casus.
Xəsarətzadə (f) – zərərgörmüş.
Xətərnak (f) – qorxulu.
Xətmi-kəlam (ə) – sözün sonu.
Xilaf (ə) – zidd, əks.
Xitamnəzir (ə. f.) – sonu olan, yatan.
Xodsər (f) – özbaşına.
Xovf (ə) – qorxu, təhlükə.
Xövr (ə) – qorxu.
Xud (f) – öz.
Xudpəsənd (f) – özünü bəyənən.
Xudsər (f) – özbaşına.
Xüdşunas (f) – özünü tanıyan.
Xüsumət (ə) – düşmənçilik.
Xüsümət (ə) – düşmənçilik, ədavət.

İ

İanə (ə) – kömək, yardım.
İbraz (ə) – zahirə (meydana) çıxarma, büruzə vermə, aşkar etmək.
İcbar (ə) – məcburetmə, cəbretmə, vadaretmə.
İctinab (ə) – çəkinmə, sığınma, uzaqlaşma.
İdareyi-məşrutə (ə) – parlamentli idarə.
İdareyi-mütləqiyyə (ə) – monarxiya.
İdxal (ə) – daxil etmək.
İğmaz (ə) – göz yummaq.
İkrah (ə) – nifrətetmə, iyrənmə.
İktifa (ə) – kifayətlənmə.
İqrar (ə) – təsdiqetmə, etirafetmə, qərarlaşdırma.
İqtişaş (ə) – qarışıqlıq.
İqtiza (ə) – tələb, lazımolma, lüzum.
İqtizaat (ə) – tələblər, lazım olan şeylər.
İlhaq (ə) – qatma, qoşma, əlavəetmə.
İlhami-rəbbani (ə) – ilahi ilham.
İlla (ə) – yoxsa, ayrı cürə olsa.
İltihaq (ə) – qatılama, birləşmə, bitişmə.
İmrari-vəqt (ə) – vaxt keçirmək.
İmtidad (ə) – uzanmaq.
İnhəraf (ə) – əymək, pozmaq, təhrif etmək.
İniqad (ə) – bağlanma (akt, müqaviləmə), qurulma.
İnqiraz (ə) – sonu kəsilmə, məhvolma.
İntixab (ə) – seçmə, seçki.
İrşadlar (ə) – doğru yol göstərənlər, yol göstərənlər.
İskan (ə) – oturmaq, sakin olmaq.
İsrahələ (ə) – dönmək, dəyişmək.
İstibdadpərəst (ə. f.) – mütləqiyyət tərəfdarı, padşahpərəst.
İstiğr (ə) – təəccüb.
İstihalə (ə) – haldan-hala düşmək.
İstirdad (ə) – geriistəmə, gerialma.
İstita et (ə) – vergi (pul) almaq.
İştiqal (ə) – məşğul olmaq
İttixaz (ə) – qəbuletmə, əldəetmə.
İttila (ə) – xəbəri olmaq.
İttilat (ə) – məlumat.
İzalə (ə) – rəddetmə, uzaqlaşdırma.
İzmehlal (ə) – puçolma, məhvolma.

K

Kargün (f) – işgüzar
Karilər (f) – iş görənlər; kəsərlilər, təsirlilər.
Kəbir (ə) – böyük
Kədəravər (ə. f.) – kədər doğuran, kədərləndirən.
Kəfil (ə) – məsul, zamin, köməkçi, müavin.
Kəmübiş (f) – az-çox.
Kəndi (t) – özü.
Kəramət (ə) – lütf, hörmət, pir və sairənin göstərdiyi möcüzə.
Kərdənkir (f) – dikbaş.
Kəsafət (ə) – bulanıqlıq, natəmizlik, pintilik.
Kəsalət (ə) – süstlük, yorğunluq.
Kəsarəti-şüğlü (ə) – işin çoxluğu.
Kəsbi-ittila (ə) – xəbər tutmaq, xəbərdar olmaq.
Kəsir (ə) – çox, bol, nöqsan.
Kibr (ə) – qürur (özünüöymə).
Kizb (ə) – yalan.
Kuhi-atəş fişanə (f) – od püskürən dağ.
Kuşad (f) – açıq, açılmış.
Küfr (ə) – kafirlik, dinsizlik.
Kütah (f) – qısa.

Q

Qail (ə) – deyən, söyləyən; inanan, kifayətlənən.
Qaim (ə) – ayaq üstə duran, dayanan.
Qarelər (ə) – oxucular, dinləyənlər.
Qarun (ə) – əfsanəvi, dövlətli.
Qasib (ə) – qəsb edən, mənimsəyən, zorla alan.
Qayib (ə) – hazırda olmayan, iştirak etməyən.
Qəfil (ə) – qəflətən.
Qər (ə) – dəniz, quyu və s.-nin dibi.
Qəri (ə.f.) – nayab, dibsiz.
Qərib (ə) – yaxın, qohum, qonşu.
Qəri-nayab (ə) – dibi görünməyən.
Qəvanin (ə) – qanunlar, qaydalar.
Qəvi (ə) – qüvvətli, sağlam.
Qəviyyul – şikömiyyə (ə) – qarınqulu.
Qəyur (ə) – qeyrətli, çalışqan.
Qitəati-xəmsədən (ə) – “Xəmsə”nin hissələrindən.
Quli-qal (ə) – hay-küy, səs-küy, qalmaqal.
Qürur (ə) – təkəbbür, məğrurluq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ordan-burdan 54

Sülh!.. Bu bir-iki ilin ərzində çox davalar oldu, çox da sülhlər oldu. Rus yapon ilə dalaşdı, axırda sülh oldu, erməni müsəlman ilə savaşdı. Qafqaz hökuməti də gürcülər ilə savaşıbdır. Amma sülh etmək istəmirlər ki, istəmirlər... Hökumət gürcülərin üstünə yaman düşübdür: özlərini döyür, kənd kəsəklərini viran edir, qəzetələrini də çıxdıqca bağlayır, çıxdıqca bağlayır. Neçə gün bundan irəli mən bir “peyğəmbərlik” edib demişdim ki, gürcülər digər bir qəzet çıxarsalar, hökumət onu da bağlayacaqdır. Dediyim doğru oldu. “Sovremennik” qəzetəsindən sonra gürcülər artıq bir fikir etməyib, “Na povorota” adında digər bir qəzetə çıxartdılar. Hökumət isə, o da artıq bir fikir etməyib, sabahı günü qəzetəni bağladı. Bu səfər gürcülər fikrə getdilər, – “yox, dedilər, belə olmaz, gəliniz gedək canişin həzrətlərinə şikayət edək və köhnə senzorun təkrar təyin edilməsini rica edək”.Hm!.. Bu nə oldu? Köhnə hamam, köhnə tas? Nə etməli? “...hər şeyin tazası, dostun köhnəsi”; senzor da məlum olduğu üzrə mətbuatın köhnə “dostudur”.

2 min
Ordan-burdan 55

Qəzetəni oxuyan müsəlman qəzetədən məlumat qazanır, biliyi artır. Ona görə: “Qəzetə oxumaq müsəlmana haramdır”.Qəzetəni oxuyan müsəlman bütün aləmin əhval və ovzaindən xəbərdar olur. Dünyanın bu başında oturub, o biri başında vaqe olan dürlü-dürlü hadisa və vaqiələri bilir. Ona görə: “Qəzetə oxumaq müsəlmanlara haramdır”.

1 min
Ordan-burdan 56

Strajniklərmi? Quldurlarmı?Həm strajnik, həm də quldur. Yəni, əvvəla strajnik hökumətdən bica yerə məvacib alır və saniyən küçələrdə quldurluq edib xalqın cibini soyur. Lakin strajnik-quldur ilə sadə quldur arasında bir fərq vardır. Sadə quldur gəlib-gedəni bəhanəsiz, filansız soyur. Strajnikquldur isə hər vaxt bir bəhanə tapır. Əsləhə axtarır, tapdığı 3-4 manat alıb, geri verir, tapmadı – yenə 3-4 manat alıb buraxır. Deməli, srajnik – yəni rəsmi quldur!

1 min
Ordan-burdan 57

Teleqraf xəbər verir ki, Peterburq şəhər hakimi qət edibdir ki, polis məmurlarına, yəni qaradavoylara, sairlərinə zireh geydirsin, zirehpuş etsin ki, güllə və sairə qaradavoyun canına əsər etməsin! Doğrudur, zirehpuş qaradavoyun Rüstəm pəhləvana bir qədər müşabəhəti olar, amma... görünür ki, Peterburq şəhər hakiminin bomba və dinamit zərbi zəngindən xəbərdarlığı yoxdur ki, bunun müqabilində dəmirdən qayrılmış qaradavoyun da canı davam gətirməz.Qaradavoy deyəndə – bizim Bakı qaradavoylarıdır. Şücaət, bəsalət, cəsarət – hamısı bunlarda var. Qaranlıq gecələrdə küçələrə çıxmazlar, aydınlıq və işıq gecələrdə ayaq altında piləsək vururlar. Davaşava ilə işləri yoxdur. Qoy camaat dalaşsın, onlara nə? Amma küçələrdə sərxoş və kefli adamların gəzməyinə razı deyillər. Keflini görən tək haman saat tutub çıxdığı şərabxanaya təkrar salırlar və özləri də bir qədər şərabxanada oturub gözləyirlər ki, bir “pis” iş-filan əmələ gəlməsin.

1 min

Poems by other poets