Ordan-burdan 56
Strajniklərmi? Quldurlarmı?
Həm strajnik, həm də quldur. Yəni, əvvəla strajnik hökumətdən bica yerə məvacib alır və saniyən küçələrdə quldurluq edib xalqın cibini soyur. Lakin strajnik-quldur ilə sadə quldur arasında bir fərq vardır. Sadə quldur gəlib-gedəni bəhanəsiz, filansız soyur. Strajnikquldur isə hər vaxt bir bəhanə tapır. Əsləhə axtarır, tapdığı 3-4 manat alıb, geri verir, tapmadı – yenə 3-4 manat alıb buraxır. Deməli, srajnik – yəni rəsmi quldur!
Heyf! Heyf! Rəfiqimiz “Həyat” qəzetəsinin 67-ci nömrəsində cənab Əşrəf “hər sənətdə olmalıyız” ünvanlı “laf, kəzaf”ında deyir ki, “qəflət yuxusundan oyanaq”, “məktəb açaq”, “elm və maarif kəsb edək” sözləri qəzetə sütunlarında o qədər çox təkrar edilir ki, bu sözləri ağzıma almaq istəmirəm... “Məktəb lüzumini”, “elm və maarif faydasını”, “tərəqqi və təkamül qanununu” ağzıma almağa qeyrət edəcəyəm... Heyif, heyif! Təəssüflər olsun! Bu sözlərdən Ə.Əşrəf cənablarının acığı tutur! Heyif, heyif! Bizim birinci böyük yaramız mədəniyyətsizlik idi. İkinci böyük yaramız da erməni-müsəlman davası oldu. Bəs bu yaraları görə-görə göz yumub kor və qulaq örtüb kar olmaq mümkündürmü, əcəba? Cənab Ə.Əşrəf! İltifat edin, sənət-filan hamısı bizim bu yaraların sağalmağına bağlıdır. Və sağalmaq üçün də vasitələr lazımdır. Vasitə tapmaq üçün dəxi deyib danışmaq, arıyıb axtarmaq lazımdır. Və illa, vasitə öz başına yerdən çıxmaz, bu əyyamda sehr-filan yoxdur... Doğrusu, cənab Ə.Əşrəf, bu iki böyük yara bizim hamımızı “nervinni” edibdir. Odur ki, yaralarımıza əl vurulanda açığımız tutur, elə deyilmi?
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-ordan-burdan-56
Use ← → keys to move, R for a random poem
More by this author
XəbərdarlıqSentyabr yaxınlaşır, məktəblər açılacaqdır və hamısı ağzına qədər şübhəsiz ki, dolmayacaqdır.
Ordan-burdan 41Niyyəti-xalisəNədəndir ki, çox işlərimiz baş tutmayır? Milləti qabağa aparmaq üçün cəmiyyətlər qururuq. Pis incinerlərin tikdikləri ev kimi dağılır! Hansı işə baş qoşub əl atırıq, iş bizdən qaçır və ya axırda biz də işdən qaçırıq. Bu nədəndir? Bu barədə mən çox fikir elədim, amma bir səbəb tapa bilmədim. Axırda qərar qoydum ki, cəmiyyətlərə yığılan adamların əhvali-ruhiyyəsini yazım, sonra hesablayaq görək nə çıxır.
Xəbərdarlıq 1Dünənki məqaləmizdə əxtar surətində ərz olundu ki, biz öz milliyyətimizi baqi saxlamaq, istiqbalımızı təmim etmək üçün var qüvvəmizi elm, maarif yolunda sərf etməliyik ki, biz də mədəniyyətlilər cərgəsinə girməklə özümüzü mədəniyyətlilərin hər bir növ təcavüzatından müsəvvən saxlaya bilək.Hal-hazırda bizim maarif işimiz ümumiyyətlə fəna bir haldadır. Realnı, gimnaziya və universitetlərdə təhsil edən şagirdlərimizin ədədi başqalara nisbətən çox azdır. Halbuki biz müsəlmanlar Qafqaz əhalisinin əksəriyyətini təşkil edirik. Az olmalarına da səbəb əhalimizin cəhalət və qəfləti ilə bərabər yoxsuzluğudur. Şəhərlərimizdə, bəzi kənd-kəsəklərimizdə mövcud olan rus-müsəlman məktəblərinə gəlincə bunlarda da baxüsüs kəndlərdəki məktəblərdə tədris və təlim işi ağlamalı bir haldadır. Kəndlərdəki rus-müsəlman məktəblərinin, baxüsus üç şöbəli məktəblərin maarif işimizə heç bir köməyi yoxdur. Məktəblərdə ana dili oxunmur, desək caizdir. Rus dili isə oxunursa da heç bir fayda verməyir. O cürə məktəbləri ikmal etmiş uşaqlar əksər halda realni, gimnaziya və hətta altıklaslı şəhər məktəblərinə də girməyə qadir olmayırlar. Və bir də bu məktəblər heç bir yol ilə əhalini rəğbətləndirə bilməyirlər. Biləks çox vaxt müxtəlif səbəblərə görə əhali o məktəblərdən ikrah olunur. O ki qaldı milli məktəblərimizə. Əvvəla, onların ədədləri çox azdır. Və saniyən bu məktəblər dəxi iqtizaati-zəmanəyə müvafiq bir halda deyildirlər. Kəndlərdəki milli məktəblərimizin vəzifəsi əvvəla, ana dilini uşaqlara mümkün qədər mükəmməl surətdə öyrətməklə bərabər, rus dilini dəxi ona təlim etdirməkdir. Bundan məqsəd: əvvəla, rus dili bilməməklik kəndistan əhalimiz üçün böyük bir müsibətdir. Dil bilməməklik ucundan binəva kəndli rəhmsiz və mürüvvətsiz dilmancların hədəfi-təməi olub varından-yoxundan keçir. Bundan başqa, həmin vicdansız dilmanclar, mirzələr pul gücülə tərəfgirlik edib yalandan tərcümə etməklə günahsız kəndlinin hayasız tənbeh və cəzalarına səbəb olurlar. Onlardan başqa, kəndli yenə dil bilməmək ucundan başqa zillətlərə də düçar olur ki, onların tovzihi başqa bir məqaləyə möhtacdır. Və saniyən milli məktəbi ikmal etmiş kənd balaları şəhərdə realni və gimnaziyalara girmək istədikdə yolları açıq olsun. Bu barədə keçənlərdə də yazmışdıq və bizə etiraz edənlər olmuş idi. Lakin onlar nədənsə ana dili məsələsilə rus dilini bir-birinə qatışdırıb araya özgə mətləblər salmışdılar. Lakin biz öz əqidəmizdə baqi qalıb hər cürə məktəblərimizdə rus dili tədrisini millətimiz üçün mənfəətli və əks təqdirdə zərər bilirik.
Ordan-burdan 42Keçən səfər rəqiflərimiz ilə mübahisə edirdik. Onlardan biri oxumamış bir cavan idi, amma çox huşyar və böyük qabiliyyət sahibi görünürdü. Mən çox heyfsləndim və dedim:– Əgər sən oxumuş olsaydın, çox ola bilsin ki, səndən böyük bir alim çıxar idi.
Poems by other poets · Satire
Zəncirini hazırla, oğul, durma, dayanma,Yar başını, vur sinənə, insanlığı qanma.
CeyranvuranlarCeyranı atıb vurmaq, əgərçi qadağandır,Ceyran yatağı Mil düzüdür, bir də Muğandır.
MüxəmməsçilərMolla dayı, işbu müxəmməsçiler,Yazmadılar şövqə gəlib şeİrlər.
Yenə bəziləriKöhnəlikdir – dedi – bozbaşla qutab, bəziləri,Bağladı xeyli bu mənada kitab, bəziləri.