Ordan-burdan 57
Teleqraf xəbər verir ki, Peterburq şəhər hakimi qət edibdir ki, polis məmurlarına, yəni qaradavoylara, sairlərinə zireh geydirsin, zirehpuş etsin ki, güllə və sairə qaradavoyun canına əsər etməsin! Doğrudur, zirehpuş qaradavoyun Rüstəm pəhləvana bir qədər müşabəhəti olar, amma... görünür ki, Peterburq şəhər hakiminin bomba və dinamit zərbi zəngindən xəbərdarlığı yoxdur ki, bunun müqabilində dəmirdən qayrılmış qaradavoyun da canı davam gətirməz.
Qaradavoy deyəndə – bizim Bakı qaradavoylarıdır. Şücaət, bəsalət, cəsarət – hamısı bunlarda var. Qaranlıq gecələrdə küçələrə çıxmazlar, aydınlıq və işıq gecələrdə ayaq altında piləsək vururlar. Davaşava ilə işləri yoxdur. Qoy camaat dalaşsın, onlara nə? Amma küçələrdə sərxoş və kefli adamların gəzməyinə razı deyillər. Keflini görən tək haman saat tutub çıxdığı şərabxanaya təkrar salırlar və özləri də bir qədər şərabxanada oturub gözləyirlər ki, bir “pis” iş-filan əmələ gəlməsin.
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-ordan-burdan-57
Use ← → keys to move, R for a random poem
More by this author
Yazı yazanın yazı yazmaqdan qabaq fikri– Nə yazım? İrandan yazım? Yoxsa Osmanlıdan? Yoxsa Rusiyadan yazım, yox qoy öz əhvalımızdan yazım. Yaxşı, öz əhvalımızdan nə yazım? Cəhalət...
Ordan-burdan 7Hilal ilə Şiri-XurşidŞ i r i - X u r ş i d (Hilalə) – Bəs sən batmışdın, nə üçün birdən çıxdın?
Tazə lüğətdənMəşrutə – (osmanlıca) şərt sözündən çıxıb. Yəni şərt qoysunlar ki, hər kəs xəzinədən nə oğurlayıbsa, dinməz-söyləməz gətirsin qoysun yerinə.Məşrutə – (iranca) şərit sözündən çıxır. Yəni adamları tutub bir-bir şəritdən assınlar.
Vəzirlər proqramıOsmanlıdan gələn xəbərlər bir-birindən şayani məsərrətdir. İndiyə qədər bir xəbər gəlməmişdir ki, bizim nikbinanə hal və hissiyyatımızı xələldar və pərişan etsin. Lakin bainhəmə Osmanlıda olan həvadisat nə qədər şayani məsərrət olsa da, yenə də indiyə qədər qeyri-müəyyən bir halda olub, bizi qəti bir nəticəyə müntəzir qoymaqda idi. Dünənki teleqrafda oxuduğumuz vəzirlər proqramı isə, iştə bu nəticənin müqəddəməsi olub, Osmanlı dövlətinin qanuni əsaslı dövlətlər cərgəsinə girib də nə gunə süfət və simada olacağını bildirir.Vəzirlər proqramı, ümumi bir nəzərlə baxdıqda, hüsn təsir bəxş edəcək dərəcə gözəl tərtib olunmuşdur. Osmanlının yaralarını sağaldacaq daru və dərmanların haman hamısı burada peyda və təzkar olunmuşdur. Qərar və qəbul edilmiş bir qanuna məqayir olub da məmləkətə qanunsuzluq salan əmrlərin və düsturül-əməllərin hamısı məhv və ləğv ediləcəyini vəzirlər proqramı vəd edib də idareyi müstəbidəyə məxsus bürokratiyalıq havavü həvəsinə son qoyulacağını bildirir. Köhnə “qanun”ların həyat və məişətin şəraiti-hazirəsinə müvafiq olmadığı üçün məclisi-ümumi, yəni parlaman açılıncaya qədər dövlət üçün yeni qanunlar lüzumu aşkardır.
Poems by other poets · Satire
Gəlesən, dilbir edib xəlqə mətəl yazmıyalım,Tapalım kandimize başqa əməl, yazmıyalım.
Şeyxin bir mö’cizəsinə ithafBaxdıqca könül qan olur əhvalına şeyxin,Yandı ürəyim tərcümeyi-halına şeyxin.
Ağa ŞeypurYazdım sənə bu naməni pünhan, ağa Şeypur!Xəlvətdə oxu, tap mənə dərman, ağa Şeypur!
Deyirdik bir zəmanlar biz kəmali-fəxrü hümmətləDeyirdik bir zəmanlar biz kəmali-fəxrü hümmətlə:"Cəhangiranə bir dövlət çıxardıq bir əşirətdən!"