Ordan-burdan 111
Qarabağda yer məsələsi
– Kərbəlayı Kərim, sən dur yuxarıdan otur!
– Yox, Məşədi Cəlil, elə bura yaxşıdır.
– Yox, sən öl olmaz, dur bəri otur!
– Zəhmət çəkmə, Məşədi Cəlil, vallah mənə bura yaxşıdır.
– Əşi, bircə sən ayağa dur! Bircə ayağa dur! Belə, di indi bəri otur, helə, bir az da bəri, bir az da bəri, mən ölüm bir az da bəri, sən Həsənin canı bir az da bəri sürünçün! Helə bax, indi ürəyim arxayın oldu.
Həsənbala kişi, sən zəhmət çək dur bu aşağıdan otur, bura Kərbəlayı Heydərin yeridir. Bir az da aşağa, bir azca da aşağa, bir xırda da yanını aşağa elə atan olsun rəhmətlik! Yaxşıdır, daha ordan aşağı yenmə elə orda otur. Hər məclisdə gərək bu qayda və qanun olsun, elə deyil molla Vəli?
Əlbəttə, qayda və qanundan başqa bir də burda ədalətə riayət olunur ki, hamısından vacib odur!
Eşitdiyimiz xəbərlər
Bizə belə xəbər verirlər ki, Dövlət dumasının üzvləri arasında qoçubazlıq əmələ gəldiyinə görə bəzilərinin fikri vardır ki, orada bir “Hidayət” məclisi açsınlar ki, hər bir kəsin vəzifəsini özünə bildirib, qoçuluğu aradan götürsün.
Yenə, bizə belə xəbər verirlər ki, İran Məclisi-Millisi neçə vaxtdır ki, bir kəndirbaz axtarır ki, rus dumasında Pruşkeviç olan kimi, onların məclisində də bir kəndirbaz olsun ki, məclis əhli bidamaq və “iskuçnı” oturmasınlar.
Yenə bizə xəbər verirlər ki, Qafqaz müsəlmanları arasında “ittihad” və “ittifaq” qayırmaq üçün, mücahidlərimizdən birisi belə qanıbdır ki, müsəlmanları iki qismə bölüb şiyə və sünni adlandırmaq azdır, gərək dörd yerə bölüb, “tazə müsəlman” və “köhnə müsəlman”lara da böləsən ki, ittifaq və ittihad işi lap tez olsun.
İdarədən: qəribə işdir vallah, bir yeri yamayırsan ayrı yeri yırtılır!
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-ordan-burdan-111
Use ← → keys to move, R for a random poem
More by this author
R u s i y a - Bir məmləkətdir ki, orada Dövlət duması var, amma əz bərayi-ehtiyat Dövlət dumasının içində də bir Pruşkeviç vardır.T ü r k i y ə - bir dövlətdir ki, orada dünən hökümət millətin boynuna minmişdi, sonra da millət hökümətin boynuna mindi. Amma bu gün qərar qoyublar ki, daha heç kəs heç kəsin boynuna minməsin.
Bizim adi söhbətimiz(Oxuculardan üzr istəyirəm. Hərçənd söhbətlərimizin elələrini seçmişəm ki, qəzetdə yazmaq olar, amma yenə də üzr istəyirəm)*Salaməleyküm
O olmasın, bu olsunƏfradi-əhli-məclisİŞTİRAK EDİRLƏR
Birinci məclisR ü s t ə m b ə y i n evində vaqe olur. Yaxşı döşənmiş bir otaqdır. İçində stol, kürsü və kreslolar dəxi vardır. Pərdə qalxdıqda bütün iştirak edənlər çərgə ilə durub oxuyurlar.*M u s i q i
Poems by other poets · Satire
Eyləyibdir yenə, mən hiç nə bilməm, qazi,Xəlq arasında olubdur belə mülzəm qazi.
“Novator”un nitqiÇoxdandır köhnələrlə oturmuram, durmuram,Mənə özümə bənzər dost gərək, qardaş gərək.
UtanmaEy ardən ari, bala, mərdanə utanma,Hər ləhzədə ol sakini-çayxanə utanma!
«Molla Nəsrəddin» yazıçılarından «Çiri Məsmə»yə cavabBakıda tazə çıxıb bir Ətağa, Məsmə bacı!Təri, çirki, nəfəsi dərdə dəva, Məsmə bacı!