Ordan-burdan 110
Tarixdə vardır ki, qədim yunan filosoflarından “dəli filosof” adında bir şəxs özünə bir “şöhrət” qazanmaq üçün bir gün götürüb, ən gözəl və cəsim bir ibadətgaha od vurub yandırmışdı.
İndi “Tazə həyat” rəfiqimiz də “məzəlilik” üçün “Keyfi gələndə” ağzına gələni götürüb yazan “Birisi” yoldaşımız, dəxi, özünə əbədi bir ad qoyub getmək üçün istəyir ki, müsəlmanların arasına iğtişaş salıb, allah-allahilə öyrədilən dayın quyruğu altına tikan qoysun. Bir kəlmə, istəyir ki, lotuluğa salıb, xalqı girə versin.
Amma mənim ağlım kəsmir ki, “Birisi” yoldaşım bu yolda muradına çatıb, əbədi bir şöhrət qazansın.
Çünki müsəlman camaatı dilsiz, cansız bir ibadətgah deyildir ki, ona od vurulduqda özünü qorumağa əlacı olmasın.
Müsəlman camaatı diridir, özünün də ağrıyan canı vardır. Ona görə də “Birisi” rəfiqimizə məsləhət gördük ki, nahaq yerə “ispiçkasını” korlamasın, burada “neft” nə qədər çox olsa da pajar eləyə bilməyəcəkdir. Bəlkə ola bilsin ki, öz üstünə od düşə! Vəssalam.
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-ordan-burdan-110
Use ← → keys to move, R for a random poem
More by this author
Məşədi Dadaş**. Kəblə Qasım nə belə dərin fikrə cumubsan?Kəblə Qasım**. Ay Məşədi, ovqatım nəhayətdə çox təlxdir.
MəzhəkəKəndlinin biri buğdasını, baramasını aparıb bazarda dəyər-dəyməzinə satıb bir dana at, bir dana eşşək və əyninə də bir dəst paltar alıb, evinə tərəf gəlirdi...Bir nəfər bəy bunu gendən gördu və təəccüb elədi ki, kəndlinin həmi atı var, həmi də eşşəyi. Daldan kəndliyə yaxınlaşıb başına elə bir qapaz saldı ki, kəndli ancaq bir saatdan sonra ayıla bildi və ayılandan sonra da baxıb gördü ki, eşşəyi yoxdur.
KələkbazlarMirzə Bədnamülməmalik ilə qaspadin İvanın söhbəti.Bədnamülməmalik**. Adə İvan, bu nə işdi ki, bizim başımıza gəldi?
Hökumət və DumaBir pərdəli komediya*Hökumət** (minnət gözləmək səsilə). Hə, lotu gördün? Yenə səni çağırdım, yığdım Peterburqa, yaxşı elədimmi?
Poems by other poets · Satire
Çün yoxdu pulun ətləsə, dibayə, qumaşə,Çün çatmır əlin küftəyə, bozbaşa və aşə,
Bizim arvadEvdən çölə çıxmazdı əzəldən bizim arvad,Şura gələli çıxmış əməldən, bizim arvad.
Əşar (“Kəlniyət”, ağrın bu qoca naqqala”)“Kəlniyət”, ağrın bu qoca naqqala,Bircə sözüm var, onu yaz jurnala,
Mən varlıyam, sən yoxsulBeləsi də var*İnsana ta qədimdən zinət olub ömürlük –