Bir neçə gün bundan irəli “əlahəzrət”, qədri-qüdrət Məhəmmədəli şah Qacar ruhəna fədah adlanan, amma bu gün rus demişkən, prosto Məşədi Məhəmmədəli denilən İran sabit şahı Məhəmmədəli mirzə küsübdür!

Küsübdür ki, nə üçün onu taxtdan yerə saldılar. Halbuki həmin Məhəmmədəli mirzə öz millətinə bir çox... zülmlər etmişdir!

Ravi belə rəvayət eyləyir ki, bir dəfə rus səfarətxanasının yanından keçirdim. Gördüm ki, otaqların birisindən həzin-həzin səslər gəlir. Bir qədər qulaq verib bu cürə sözlər eşitdim:

– Mən sənə demədimmi ki, millət ilə sülh elə!

– Yalançıya Allah lənət eləsin! Sən demədinmi ki, məclisi topa tut!

– Əşi, zərər yoxdur, sən padşah olma, oğlun olsun, özgəsi deyil, ha!

– Vallah, əslinə baxsan, heç bu iş pis olmadı... Bax, bizim bu xaraba qalmış torpaqda sənin zərrəcə də hörmətin qalmamışdı. Amma indi get Rusiyaya, gör sənə nə hörmət eyləyəcəkdirlər!

– Axı, mən burada istədiyimi eyləyirdim. Görüm Rusiyyətdə də öylə şeylər mənim üçün mümkün olarmı?

– Yaxşı, sənin burada istədiyin, ayıb olmasın, isti yer... yəni belə bu cürə ürək açan şeylər deyilmidi? Əgər sən Rusiyyətdə haman istədiklərin yüz dəfə ondan yaxşısını tapmasan, onda əmr elə sənin cəlladın mənim... yox, amma indi cəlladın yoxdur... Onda mən namərdəm! A gözəl Fitilbörk! Ey yerin behişti! Qurtar bizi bu cəhənnəmdən!

Oranın küçələri o qədər təmizdir ki, qatıq töküb yalamaq olar.

Amma bunun küçəsində bir qədər yağış yağsa, gərək hambal dalına alıb minib keçəsən. Oranın küçələrində gözəllər – gözəl-gözəl madamlar – mislil huri, qəşəng-qəşəng oğlanlar – kəmisli qılman! Amma buraların küçələrində sürü-sürü hamballar...

– Amma hayıf ki, mən yaxşı rusca bilmirəm!

– Amma mən yaxşı bilirəm!

– Adama nə deyir?

– Çelovek!

– İtə nə deyir?

– Sabaka!

– Gedirəm, nə tövr deyir?

– Baydom! – Gəlirəm?
– O da baydom.
– Onda sən məndən çox bilirsən!


Sonra nə danışıblarsa ravi eşidə bilməyibdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Oyan-buyan 5

A balam, sən nə üçün ağlayırsan? dərs kitablarından Sənə nə olub, sənə nə olub?*Sənə nə olub, ağlarsan?*

2 min
Hümmət lazımdır

Ümumfirəngistan məmləkətində, baxüsus Firəngistan paytaxtı və mədəniyyət mərkəzi olan Paris şəhərində böyük yağıntılıq olub, çaylar daşıb, şəhəri xarab etdiyini oxucularımız qəzetəmizdə yazılan xəbərlərdən bildilər. Şübhəsizdir ki, hər yerdə belə bir fəlakət və müsibət üz verdikdə onun ən böyük zərbəsi əhalinin kasıb və fəqir adamlarının və ailələrinin başına düşür. Hamıdan çox zərərdidə olan onlar olurlar. Parisdə də həmçinin əhalinin zəhmətkeş sinfi bu müsibətdən böyük zərbələr çəkib hal-hazırda yüz minlərcə adam işsiz, ruzisiz meydanda qalıblar. Bunlardan əhl və əyal sahibi olanların da arvad-uşaqları rizq və ruzisiz qalıb, böyük həsrət çəkməyə məhkumdurlar. Lakin həm elmlə, həm növbənöv ixtiraat və kəşfiyyat nafiəsi ilə və həm də maddi qüvvəsi ilə bütün insaniyyətə böyük-böyük xidmətlər göstərən və fəlakətzədagən və müsibətə giriftar olanlara kömək yetirən Paris şəhəri, özünün bu müsibətində də kənar yerdən kömək və imdad gözləmədən əvvəl, özü öz müsibətzədaganlarının köməyinə kəmali-gərmi ilə girişib, olduqca bol-bol ianələr toplamaqdadır. İanə verənlər isə böyük bir səxavət və həmiyyət göstərib, canidil ilə bəzli ianə edirlər.İştə rus qəzetələrindən “N.V.” qəzetinin Paris müxbiri firəng camaatının hümmət və həmiyyətini bu növ ilə təsvir edir:

5 min
Gözəl bir təşəbbüs

Kitabsızlıq dərdi istər məktəb, mədrəsə şagirdlərimiz üçün, istər camaatımız üçün doğrudan da böyük dərddir.Məktəb şagirdlərimizin, məktəb xaricində, yəni evdə oxumaq üçün nafe kıtabları heç yoxdur desək, heç yalan olmaz. Çünki əgər ötədəbəridə bir-iki kitabça, filan adı çəkilirsə də, bu, onsuz da az olan kitabçaların bir qismi möhtəviyyat və məalının uşaqlar üçün yaramamazlığı cəhətindən, digər birisinin imla və inşasının başdan-ayağa fahiş qələtlər ilə dolu olmasından və bəzilərinin də qiyməti çox baha olduğundan işə getmir və getmələri də zatən heç lazım deyildir. Çünki hər bir kitabı uşağın əlinə vermək olmaz.

3 min
Vəkil seçkisi

Mühüm və məsuliyyətli işləri bir adama tapşırmaq və o qədər ağır vəzifəni bir adamın boynuna yükləmək zamanı keçdi. İndi bu zəmanədə o cürə böyük vəzifələr bir heyətin öhdəsinə həvalə olunur, o heyət öz əzalarını yığıb şura qurur və haman şurada mühüm iş müzakirə olunub, ifa və icrası üçün tədbirlər və yollar ittixaz olunur.Mədəniyyətli dövlətlərdə ən böyük və ali heyətlər – parlaman məclisidir. Parlamandan başqa, hər dövlətdə başqa xırda heyət və məclislər dəxi mövcuddur ki, hərəsinin müəyyən vəzifəsi vardır.

4 min

Poems by other poets · Satire