Ordan-burdan 83
Dünən bir neçə nəfər “ürəyi yuxa” adamlar məni görüb hər biri mənə bu sözü dedi:
“Proqress” qəzetinin üçüncü nömrəsində Zəngəzur acları barəsində Qarabəyov yanıqlı bir məqalə yazmışdı, oxuyandan sonra az qaldı ki, ağlayam.
Dedim: Mən də həmin məqaləni oxudum, amma oxuyandan sonra az qaldım ki, oynayam.
Dedilər: Nə üçün?
Dedim: Nə təfavütü var? Biz ağlayıb bikef olmaqla, ya oynayıb şad olmaqla Zəngəzur aclarının qarnı tox olmaz ki, səndən onlara çörək vermək olsun, istər ağla, istər mil dur.
“Ürəyi yuxa” adamlar bu sözün üstündə məndən bərk incidilər.
Amma cənab oxucu! Sən məndən incimə, qoy sənə bir söz deyim.
Cənab oxucu! Fərz elə ki, sənin qardaşın və ya əziz bir adamın dəryaya qərq olub batmaqdadır; yazıq ha əl-ayaq çalır, özünü birtəhər sahili-nicata sala bilsin, amma dağ boyda ləpələr bir-birinin dalınca qardaşının üstünə hücum edib, binəvanı boğmaqdadır: o tərəfdən də bir nəhəng balıq ağzını əjdaha kimi açıb istəyir ki, qardaşını udsun, sən də kənarda durub qardaşının müsibətinə gendən tamaşa eləyirsən, özünün də əlində uzun ağac var və nəhəng balıqları öldürən bir karastı dəxi varındır. Aya, insafdırmı ki, sən ağacı qardaşına uzatmayıb balığı da öldürməyəsən???
Deyəcəksən ki, xeyr, insaf deyil!
Çox yaxşı, peyğəmbərimiz (s) bizə buyurubdur ki, cəmi müsəlmanlar bir-birinə qardaşdır. Bəs, bundan belə məlum olur ki, Zəngəzurda böyrü üstünə yıxılmış Kərbəlayı Məhəmmədcəfər sənin qardaşındır. O yazıq aclıq dəryasına qərq və “tif” naxoşluğu balığına da taam olmaqdadır.
Aya insafdırmı ki, sən bu əhvalatı bilə-bilə səhər ertəsi yağ çörək ilə çay, günorta vaxtı kələm dolması, dovğa və axşam da rəngli plovunu doyunca yeyib, o yazıq Məhəmmədcəfərə bir danə çörək vermiyəsən???
İndi bu bir söz idi dedim, ancaq təvəqqe eləyirəm ki, məndən inciməyəsən!
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-ordan-burdan-83
Use ← → keys to move, R for a random poem
More by this author
Vətənimiz olan Qafqaziyada əhalimizin tərəqqisi cəhətindən qabaqda olan bir şəhərimiz varsa, o da Bakıdır. Doğrudur, Bakı şəhərində yaşayan və ədədcə müsəlmanlardan az olan sair tayfa əhlinin tərəqqisi onlardan ədədcə çox olan Bakı müsəlmanlarından iki-üç qat artıqdır. Amma genə də hər nə tövr olsa, sair şəhərlərimizə nisbətən Bakı şəhəri bu yolda çox qabaqdadır. Bu şəhərdə həm elm və həm hünər və sənayei-nəfisə get-gedə tərəqqiyə düşməkdədir və bu tərəqqi içində tərəqqiyi-məkusə bənzər bəzi hadisələr baş verirsə də, lakin bu hadisələrin nəticəsi yenə də həqiqi tərəqqinin müzəffəriyyətini bildirməyə başlayır. Doğrudur, bu şəhərdə hələ çox adam vardır ki, tərəqqini başqa bir rəngdə anlayır və bir çoxları da vardır ki, tərəqqinin nə olduğunu heç də anlamırlar. Bir çoxları da vardır ki, əhalinin tərəqqi etməsindən zərər və ziyanlarına düşdüklərini anlayıb apaşkara düşməni-tərəqqi olublar.Bir çoxları da vardır ki, anlamadıqlarından tərəqqiyə düşməndirlər – ürfi bu böyük şəhərdə hər bir cür fikir sahibi vardır. Amma yenə də həqiqi tərəqqi tərəfdarları getdikcə çoxalmaqdadırlar. Və bunların da həqiqi həyat və məişət haqqında qəbul etdikləri əqidə o qədər böyüyüb, o qədər tanınıbdır ki, onları hər vəch ilə olur olsun bu əqidədən daşındırmaq mahaldır. Bərəkət olsun ki, belə bir kamil əqidəni pozmaq və pozdurmaq xəyali-xamində olanlar da öz cəhalətləri ilə o qədər məşhurdurlar ki, daha bundan sonra onların sözləri heç kəsə təsir edə bilməz.
ƏhvalımızdanTərəqqi yolu ilə mədəniyyət sahibi olmuş məmləkətlərdə əhalinin həyat və məişəti dəfələrcədəkindən rahat və tərəqqiyə hal olunması aşikardır. Odur ki, o xoşbəxt yerlərin əhalisinin rəfah hal ilə yaşayıb da rahatca öz kəsbkarlarına məşğul olmaları bizim üçün həsəd ediləcək əhvallardandır.O yerlərdə hər bir kəs insanlığın və insan kimi ömür sürməyin yolunu bilib, bu nəhv ilə sərbəst və müstəqil yaşayırlar. Və belə rahat və azadə yaşamaq sayəsində günü-gündən bir şey ixtira edirlər ki, özlərinə və bütün insaniyyətə mənfəət yetirir.
Oyan-buyan 2Rus yazıçılarından Krılov deyir ki, vay o gündən ki, çəkməçi şəkərçörəyi bişirə, şəkərçörəyi bişirən də çəkmə tikə.Bizim işlərimizin axırından heç bir nəticə hasil olmamağının hikməti həmin bu sözlərlə məlum olur.
Öz qədrimizi bilmirik50-60 il, daha doğrusu, bir yüz il bundan əqdəm Bakının ətrafı otsuz, ələfsiz bir düz olub, heç bir kəsə mənfəət vermirdi. Bu səbəbə görə oranın qədrini bilən, bu yerlərin içində yatan milyonlardan, qızıldan xəbərdar olan bir kimsə yox idi. Çox ola bilsin ki, içərisində milyonlar yatan bu yerlərin üstündə acından ölənlər də az deyildi. Amma bir gün oldu ki, bu yerlərin qədr və qiyməti bilindi.Bu yerlər artıq möhtərəm və əziz oldu. Hər bir parçaları qızıl qiymətinə bərabər oldu. Yer isə öz içindəki sərvət və samanini dişqarı çıxardıb milyonlar qazandırmağa başladı. Bu milyonlar sayəsində Bakı da, onun ətrafı da kəsb əhəmiyyət edib getdikcə abadlaşmağa başladı.
Poems by other poets · Satire
Bu söz, a Baba, bizlərə çoxdan yazılıbdır,Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır.
Millətinin halı pərişan olaMillətinin halı pərİşan ola,Hor bir işi nifrətə şayan ola,
Fırıldaqçı qalıbdırDərvişlərimiz keçmişə nisbət azalıbdır,Tən yarı gedib rəhmətə, yerdə nə qalıbdır?
Ədəbiyyat (“Ey “Kəlniyət!” Ey xatirinin zövqü savası”)Ey “Kəlniyət!” Ey xatirimin zövqü səfası,Yalnız demə kim, mollaların boşdu qafası,