Oyan-buyan 3
Kərbəlayı Qədim küçə ilə gedirdi.. Birdən daldan bir heybətli səs eşitdi və qorxusundan layənşüur kənara tərəf qaçdı və – “dala baxım” – dedikdə örtülü faytona bənzər bir araba atsız, öz-özbaşına bunun yanından ildırım kimi keçdi. Bu araba avtomobil idi.
Kərbəlayı Qədim araba gözdən itincə onun dalınca baxdı və sonra dedi:
– Allah şeytana lənət eləsin ki, kafirlərə bu cürə əməl öyrədib. Arabanı atsız yeridən bu kafirlər axırda hər şeyi şeytan əməlinə döndərəcəklər.
Genə bir gün Kərbəlayı Qədim küçə ilə gedirdi. Gördü ki, bir araba küçənin yarısında palçığa batıb, atlar dartıb çıxarda bilmirlər. Arabaçı isə qırmancı doluyub bu atları döyür və harası gəldi vurur. Dilsiz, ağılsız heyvanlar qırmanc altında dartınırlar ki, bir tövr arabanı çıxartsınlar. Lakin mümkün olmur. Arabaçı isə atların başına, gözünə döyür. Kərbəlayı Qədimin atlara yazığı gəlib arabaçıya dedi ki, ay zalım, axı bu heyvanlar yazıqdırlar, canları inciyir. Sən o dünyada bunların cavabını necə verəcəksən? Bunu deyib öz-özünə fikir etdi.
– Allahın altında bir gün oleydi ki, bu heyvanlar insanın zülmündən xilas olaydılar! O əsnada genə bir heybətli səs gəlib, bir avtomobil bunların yanından şıdırğı ilə keçdi...
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-oyan-buyan-3
Use ← → keys to move, R for a random poem
More by this author
Uyma dünyaya ey dili-qafil Nə olur bu əcuzədən hasil!*Pəh-pəh nə gözəl sözdür və nə ali fikirdir ki, İranın hakimləri və bəzi üləma və ruhaniləri camaata oxuyub haqqın əl və ya ayağını yerdən-göydən üzürlər.
İkinci DumaBu gün ikinci duma açılacaqdır. Millətin ən birinci arzusu hasil olacaq, onlar öz vəkil etdikləri adamlar vasitəsilə öz-özlərini və öz məmləkətlərini dolandırmaq işlərində bu gündən belə iştirak etməyə başlayacaqdırlar. Bundan belə demək olur ki, mütləqiyyətə bir nəhayət çəkilib, təbii, azadə, insanca dolanmaq təriqin ikinci duma tapmağa qeyrət edəcəkdir və qoysalar axtarıb tapacaqdır.Bir o qədər tökülmüş qanlar və nisar edilmiş canlar bahasilə ələ gətirilmiş olan birinci (duma)nı dağıtdıqdan sonra, ikinci dumanı “ağzıboş” və “ifratçılıqdan” bilmərrə bəri etmək üçün hökumət əlindən gələn vasitələri müzayiqə etmədi.
Ordan-burdan 82Bizim yerlərdə qumar oynamaq elm oxuyub adam olmaq kimi çətin bir şey deyildir.Bir çox atalar elə ki, görürlər oğlanları oxuya bilməyirlər həmin saat məktəbdən çıxardıb qumarbazlığa qoyurlar.
Təəssüflər olsunLənət olsun o günə ki, maarif və mədəniyyət qapıları bizim üzümüzə bağlanıb, bizi cəhalət və vəhşaniyyət vadisində sərgərdan qoydu. Və lənət olsun bu uzun zamana ki, bu tulanı mürurilə bizim içmizdən millət, camaat qəhrəmanı olacaq bir dahi çıxara bilmədi. Bir dahi ki, həqiqi ömür sürmək üçün, qabağımızı kəsib duran sədləri nistü nabüd edəcək qədər qüvvəti-mənəviyyəyə və cismaniyyəyə malik olub, bizi zülami-cəhalətdən nuri-maarifə tuş edə biləydi!Onda biz indiki kimi yazıq olmazdıq. Başsız, rəhbərsiz, gələcəyi şək və şübhə ilə dolu qalmazdıq... Lakin olmuşuq və qalmışıq!
Poems by other poets · Satire
Baxdıqca könül qan olur əhvalına şeyxin,Yandı ürəyim tərcümeyi-halına şeyxin.
RozəxanGet, axund, bir qara əbayə bürün,Bir əlin millətin cibinə uzat.
Hüseyn Kəmal deyir ki ("Tə’nü təhqirə təhəmmül edərəm mən, lakin")Tə’nü təhqirə təhəmmül edərəm mən, lakinTə’n edən zati-firumayədə vicdan olsa;
Nə əcəbBu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?Veribdir əl-ələ, tərki-nifaq edir, nə əcəb?