Ey inqilab şairi, tari-rübabının,Tə'siri olmadı nəğəmi-inqilabının –Pənbəbəguşi-fikr olan ərbabi-qəflətə!Fəryadi-intibah isə “lay-lay” bu millətəƏ'sardən bəri öpən ağuşi-qəfləti –Əlbət qolay ayrılmayacaq, çünki türbəti –Çox-çox dərin, çox da qaranlıq məzardır,“Qalxın!” sədası yetməyəcək bir diyardır!..Ey inqilab şairi, nəğmənlə inlədin!Dünya dəyişdi, əski dimağı atın–dedin!Əski təxəyyülatı, xürafatı gömməli,Növnəsc olan qumaşi-həyatə bürünməli!Əski düşüncə, əski həyatı atın – dedin!Zülmət, ölüm doğan bu yeri parladın – dedin!Üfqi-həyatınızda doğub növrüx aftab,hürriyyətin günəşi.Əfkarınızda gülməli əzhari-inqilab!Yırtılmalı niqabi-xürafat kim, həyat– azad bir həyat –Gülsün! Və toyla, nur ilə dolsun bu kainat – kainatı islamın!Yırtılmalı səhabə, açılsın sabahımız,Dolsun açıq günəşlər ilə şahrahımız!“Əsrin, unutma, bariqələr əsri-feyzidir,Hər ildırımda bir gecə, bir kölgə devrilir!Bir üfqi-e'tila açılır, yüksəlir həyat,Yüksəlməyən düşər, ya təərəqqi, ya inhitat!..”Həp döndü, düşdü nəğməyi-fikrin bütün yerə,Yox ki, qulaq çevrilə gülbangi-rəhbərə!Ey nuri-eyni kor yaşayan əhli-zülmətin!Tari-rübabın ağladı! Fəyyaz fikrətin –Həp saçdı, tökdü ruhü rəvayih həyatinə,Bir xəndə gəlmədi şu rüxi-kainatinə!Hala dodaqlarında nə bir xəndə parlayır,Bax, bax, yenə zavallı bir millət qan ağlayır!

Üzlərdə kölgəsi yenə maziyi-müzləmin,Gözlərdə zilli var ələmin, matəmin, qəmin.Aləm geyindi kisveyi-eydi-təbəssümi,Bizlər çıxarmadıq şu əlaməti-matəmi!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets