İranın hürriyyət qəhrəmanlarına
Fəcri-zəfərdə gülüyor intibah,Tiği-fütuhat ilədir inşirah.İştə əməl, iştə səbahül-nücah,Həqqü həqiqət sizə olsun pənah,“Arş irəli, arş, bizimdir fəlah,Arş, igidlər, vətən imdadinə!”
Səhni-vətən səhneyi-bidaddır,Guşə gələn nalevü fəryaddır,Əhli-vətən layiqi-imdaddır,Dəhrdə ancaq yaşayan addır.“Arş irəli, arş, bizimdir fəlah,Arş, igidlər, vətən imdadinə!”
Etməlidir sə'ylə ehrazi-şan,Tiğinizi görməli pərtövfəşan,Nüsrətə mənkuh oluyor məhvəşan,Hərb günü olmalı heydərnişan!“Arş irəli, arş, bizimdir fəlah,Arş, igidlər, vətən imdadinə!”
Kərbübəladə sizə ruhi-Hüseyn,Əkbərü Əbbas şəhadətgüzin,Yetmiş iki hürr, deyirlər yəqin:Sizlərə hürriyyətimizdir müin.“Arş irəli, arş, bizimdir fəlah,Arş, igidlər, vətən imdadinə!”
Qəlbi-vətəndə yatan Abbas Ağa,Ziri-ləhəddən sizə eylər nida:Xidməti-milliyyəyi qıldım əda,Mən vətəni-pak üçün oldum fəda.“Arş irəli, arş, bizimdir fəlah,Arş, igidlər, vətən imdadinə!”
Kəsbi-ləyaqət üçün ülviyyətə –Olmalı qurban rəhi-hürriyyətə,Fəthü zəfər bağlıdurur qeyrətə,Qeyrətə, mərdanəliyə, himmətə,“Arş irəli, arş, bizimdir fəlah,Arş, igidlər, vətən imdadinə!”
Ərzi-Nəcəfdən dəhəni-Mürtəza –Sizləri alqışlayır, eylər səda:Sovləti-şiranənizə mərhəba!Nüsrət edir tiğinizi pişva!“Arş irəli, arş, bizimdir fəlah,Arş, igidlər, vətən imdadinə!”
Qibtəyə şayan görülür halınız,Övdət edir izzətü iclalınız,Ərzi-cəmal eyləyir amalınız,Şanlı yerişlə gəlir iqbalınız.“Arş irəli, arş, bizimdir fəlah,Arş, igidlər, vətən imdadinə!”
Kitabxana.az · https://kitabxana.az/en/works/hadi-iranin-hurriyyet-qehremanlarina
Use ← → keys to move, R for a random poem
More by this author
Başdan-başa bir kölgə bürünmüş kimi aləm,Üzlərdə nümayan oluyor sayeyi-matəm.
Şe'r inciləriFirişteyi-ilhamə*Gözəlliyin sənə bəxş eyləmişdir istiğna,
Baharın ilhamları və ictimai rəmzlərTə'siri əyan olmadadır fəsli-baharın,Şad eyləyəcək dilləri əlhani həzarın.
Kor soqqurDünya üzünə gəldiyi hala neçə ildir,Yer, göy nasıl imiş, buna agah deyildir.
Poems by other poets · Homeland
Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
Fərhad mənəm kim, belə şirinsüxənim varFərhad mənəm kim, belə şirinsüxənim var,Bir arizi gülgun, ləbi şəkkər-şikənim var.
Nəcəfbəy Vəzirov həzrətlərinəSən ey bu yomi-ali qəhrəmanı, ey işıq ulduz!Təşəkkür etməyə səndən mənim qəlbim, dilim aciz.
KimdiAy ağalar ay qazılarGöy çadırda duran kimdi