İkinci məclis
Page 2 of 3 · 33%
Ağa Məhəmmədşah Qacar. Deyinən buyursunlar.
Mirzə Cəfərxançıxır. Əli xan Əfşar sərkərdələri ilə daxil olur.
Əlixan Əfşar. Qibleyi-aləm, kamali-ixlas və iradə ilə mən vəmənim sərkərdələrim hüzuri-alidən əfv istəyirik. Biz böyük səhvdəimişik. Qibleyialəmin gözəl məktubunun məzmununu eşidəndən sonra səhvimizi anlayıb çox peşman olub gəlmişik. Mən, mənim ziri-dəstimdəolan sərkərdələr və qoşun, hamımız beyət edirik şahənşahi-İran Ağa Məhəmməd şah Qacara.
Ağa Məhəmmədşah Qacar. Çox məmnunam səndən, Əli xan. Şükür olsun Allaha ki, iki böyük türk taifəsi bir-birinə əl verib, düşməni sərnigun elədi. (Çağırır.) Mirzə Cəfər xan! (Mirzə Cəfər xan daxil olur.) Əli xana və sərkərdələrinə mənzil ver. Necə ki, padşah qonağına şayistədir hörmət elə buyuruq ver ki, Əli xanın qoşununun hər iyirmi nəfərinə bir qoyun və bir kuzə şərab versinlər. Əli xan, get rahat ol. Sən bundan sonra mənim əzizimsən, əziz sərkərdəm olacaqsan. (Əli xan sərkərdələri ilə və Mirzə Cəfər gedirlər.) Bunun da ürəyi mənlə düzəlməz, ona görə dəfi vacibdir... Xudavəndi-aləmin fədiqüdrəti mənim üstümdədir. Böyük dhüşmənin şərrindən qurtardım, İndi qalıb bir para xırda baş qovzayanlar. İran bu saat qaynar qazandır. Məlumdur ki, su qaynayanda onun içindəki nalayiq şeylər üzə çıxıb köpük olar. Həmçinin İrana tabe bir para xanlar bu növdürlər. (Çağırır.) Qulam! (Qulam daxil olur.) Fərraşbaşıya deginən, bir adam göndərsin Əliqulu xanı buraya çağırsın.
Qulam. Qibleyi-aləm, Əliqulu xan gəlib buradadır.
Ağa Məhəmmədşah Qacar. Çağır gəlsin. (Qulam çıxır.) Deyirlər, Kirmanda Lütfullah xan baş qovzayır. Ona tənbih lazımdır. (Əliqulu xan daxil olur). Əliqulu! Gərək güclü qoşun götürüb gedəsən Kirmana. Lütfullah xanın qoşununu tərk edərsən. Əgər qaçıb gizlənsə, Kirmanda daşı daş üstündə qoymazsan. Qoca kişilərə, övrətlərə, südəmər uşaqlara, heç birisinə rəhm etməzsən. Gərək Kirman əhlinə bir divan tutasan ki, cəmi İran titrəsin. Lütfullah xanı və onun qövməqrəbasını ələ gətirib hamısını ya qırarsan, ya gözlərini çıxardarsan. Xatircəm oluram ki, tapşırdığıma dürüst əməl edəcəksən.
Əliquluxan. Padşah hökmü Allah hökmüdür, borcluyam itaət edim. (Gedir. Hacı İbrahim xan daxil olur.)
Ağa Məhəmməd şah Qacar. Necə oldu?
Hacı İbrahimxan. Xanımı razı elədim, sabah yola düşür. Ağa Məhəmməd şah Qacar. Hacı İbrahim, dəxi dürüst xatircəm oldum, düşmənin qəvisini ələ gətirdim. Allahın köməkliyi ilə az keçər ki, İranda bir nəfərin adı çəkilər və o bir nəfər kimdir? Ağa Məhəmməd şah Qacar!
Pərdə
İkinci məclis
Tehran. Ağa Məhəmməd şah Qacar öz bargahında əyləşib səndəl üstündə.
Hacı İbrahim xan və Mirzə Cəfər xan durublar hüzurda.
Ağa Məhəmmədşah Qacar. Hacı İbrahim xan! Əli xan nə işlə məşğuldur?
Hacı İbrahimxan. Qibleyi-aləm, dünya yadından çıxıb, əyləşib mənzilində, qulluq əmrlərinə məşğuldur.
Ağa Məhəmmədşah Qacar. Padşahlıq fikrindən əl götürüb, ya nə?
Hacı İbrahimxan. Qibleyi-aləm, Əli xan məgər görmür ki, padşahlıq nə müşkül əmrdir? Gecə və gündüz gərək ancaq rəiyyət dərdi çəkəsən. Sair dövlətlərlə əlaqə fikrində olasan. Əli xan əyləşib qibleyi-aləmin sayəsində, rütbəsi gün-gündən artır, qoşun onun itaətində, dəxi o nə eləyəcək padşahlığı?
Ağa Məhəmmədşah Qacar. Səhvdəsən, Hacı İbrahim xan! Bunu sən yəqin et ki, əgər Əli xanın sərkərdələri və qoşunu mənim məktubumu oxuyandan sonra ondan üz çevirməsə idilər, o gəlib itaət etməzdi. Belə itaət də sidqlə olmaz. Əli xanın ölənədək ürəyində ədavət çıxmayacaq, sən buna inan! Əli xan ölsə, onun sümükləri və qəbrinin torpağı də mənimlə ədavət eləyəcək. Yəqin bil, belədir.
Hacı İbrahimxan. Qibleyi-aləm, yoxsa Əli xan barəsində bir fikriniz var?
Ağa Məhəmmədşah Qacar. Mən gecələr yuxu yata bilmirəm və İranın iki düşməni var, onlar yox olmayınca yata da bilməyəcəyəm. Mən o yandan, bu yandan baş qovzayanları demirəm, mən onları düşmən hesab etmirəm. Mən İranın gələcək düşmənlərini deyirəm ki, gərək onların hamısı tərk olsun ki, ta öləndə xatircəm ölüm. O düşmənlərini biri Əli xandır və o birisi də bilirsən kİmdir. Naçarlıqdan itaətə gələn düşmənlə müdara etmək aqil iş deyil. Elə düşmənin bilmərrə kökünü kəsmək gərək.
Qulam (daxil olur). Qibleyi-aləm, Əli xan gəlib fərmayişə müntəzirdir.
Ağa Məhəmmədşah Qacar. Get, fərraşbaşıya deginən necə ki, buyurmuşam. Əli xanı elə rahat eləsinlər.
Qulamçıxır. Şah qalxır ayağa, qapıya tərəf gəlir. Hacı İbrahim xan və Mirzə Cəfər bir-birinin üzünə baxırlar. Qapının dalından Əli xanın səsi gəlir: ay məlunlar! Nə qayırırsınız? Buraxın məni! Buraxın mənim qolumu! Ox, ox, ox!.. Ax, habelə ha, habelə ha! Oxay, canım dincəldi. (Mirzə Cəfər xana.)
Mirzə Cəfər xan, çıx binagüzarlıq et, neçə gün Əli xanı bargahda saxlasınlar və bir şəxs onun gözlərinin çıxdığını bilməsin və əlavə binagüzarlıq edərsən Əli xanın qoşununun bir hissəsini azad eləsinlər və qalanını sair fövclərə paylasınlar. (Mirzə Cəfər xan çıxır.) İkinci düşmənim qalıb, o da bu gün cəzasına çatar. Ax, nə ağır yük imiş padşahlıq!..
Qulam (daxil olur.) Qibleyi-aləm, Kərim xan Şirazinin xalılarını və sümüklərini gətiriblər.
Ağa Məhəmmədşah Qacar. Deginən içəri girsinlər! (Qulam gedir.) Böyük arzularımın birinə çatdım. (Xalıları və bir torba sümük gətirirlər.) Açın xalını! (Açırlar.) Çox gözəl xalılardır ha, Hacı İbrahim xan!
Hacı İbrahimxan. Bəli, Qurban, çox gözəl xalılardır.
Ağa Məhəmmədşah Qacar. Mən, qədim vaxt yadımdadır, Kərim xanla müqabil oturub dövlət işlərini müzakirə edəndə bir yandan ona gözəl tədbirlər tökərdim və bir yandan və ədavətin kəsrətindən xirqəmin altında bıçaq tutub bu xalıları doğrayardım. Əgər biləydim ki, bu xalılar axırda mənim olacaq, məgər mən bunları şikəst edərdim? (Fərraşlara.) Götürün xalıları və o sümükləri də aparın mənim yatacaq mənzilimin astanasında basdırın! (Fərraşlar gedirlər.) Hacı İbrahim xan, mən dünya ləzzətindən məhrumam. Göydə uçan quşlara, yerdə gəzən heyvanlara, torpaqda məskən tutan qarışqalara müyəssər olan ləzzət mən tək padşaha müyəssər deyil. Amma, hər sübh ki, yerimdən duranda ayaqlarımı Kərim xanın sümüklərinə basaram, ürəyimin yaraları yadımdan çıxar. Nadirin də sümükləri, inşallah gələr.
Mirzə Cəfərxan (əlində kağız daxil olur). Qibleyi-aləm, Əliqulu xan Kirmandan kağız göndərib.
Ağa Məhəmmədşah Qacar. Aç, oxu.
Mirzə Cəfərxan (oxuyur). Əlahəzrət şahən-şahi-İran hüzurimübarəkliyinə ərz olsun: hökmi-hümayuni-şahanəyə əməl edib üç gün, üç gecə Kirmanı oda və qılınca verdirdim. Axırda Lütfullah xan və onun cəmi əqrəbası ələ keçdilər. Hökmi-şahanəyə görə hamısını öldürtdüm. Kirman əhli izhari-itaət edəndən sonra qoşunu götürüb Tehrana müraciət edirəm. Kəmtərini-əlahəzrət Əliqulu.
Ağa Məhəmmədşah Qacar. Afərin, Əliqulu, xan! Kağız gətirənə, deginən, xələt versinlər! (Mirzə Cəfər çıxır.) Qulam! (Qulam daxil olur.) Sərkərdələr gəliblər?
Qulam. Bəli, qibleyi-aləm, gəliblər.
Ağa Məhəmmədşah Qacar. Deginən gəlsinlər. (Qulam çıxır, üç nəfər sərkərdə daxil olur.) Nə qədər qoşun hazır edibsiniz?
Sərkərdə. Qibleyi-aləm, altmış min nəfər atlı və piyada qoşun hazırdır.
Ağa Məhəmmədşah Qacar. İndi mən sizə məramımı deyim. Gürcüstan valisi qoca İrakli İranı şuriş tutmuş hesab edib, götürüb Rusiya imperatricəsinə yazıbdır ki, necə mənim atam və babalarım həmişə Osmanlı və İran padşahlarının itaətində olublar, mən özümün və övladımın tərəfindən Rusiya padşahlarına itaət edirəm. Əlbəttə, İran şahları qəbul etməzlər ki, Gürcüstan tək vilayət əldən getsin. Ona görə İrakliyə tənbih lazımdır. Həmçinin Mustafa xan Lənkərani Rusiya imperatriçəsinə təəbiyyət edibdir. Əlavə Şəki, Şirvan, İrəvan, Gəncə və Qarabağ xanları da növbənöv iddialara düşüblər. Mən bu qoşunu cəm etmişəm ki, bu baş qalxızan şəxslərin hamısına məqamlarını tanıdım. Mən sizin və qoşunun rəşadətinə xatircəməm.
Sərkərdə. Qibleyi-aləm, baş və canla hazırıq.
Ağa Məhəmmədşah Qacar. Qoşun üç dəstə olacaq. Bir dəstəsi Şəki və Dağıstan tərəfinə və bir dəstəsini də özüm götürüb Qarabağ üstünə aparacağam. Gərək Əliqulu xan Kirmandan qayıdan tək yola düşək. Gedin, öz işinizə məşğul olun. Qoşun əhlinə məndən salam yetirin.
Sərkərdələr baş əyib çıxırlar.
Qulam (daxil olur). Qibleyi-aləm, Cəfərqulu xan hüzuruna izin istəyir.
Ağa Məhəmmədşah Qacar. Gəlsin, gəlsin. (Cəfərqulu xan daxil olub baş əyir.) Qardaş, yaxın gəl, bəs axşam Tehrana varid olub, İndi niyə mənim yanıma gəlirsən?
Cəfərquluxan. Yornuq idim, qibleyi-aləm, əfv edəsən.
Ağa Məhəmmədşah Qacar. Eybi yoxdur, qardaş, yaxın gəl. (Cəfərqulu xan gəlib dizi üstə çökür.) Mən sənin haqqında zülm eləmişəm, gərək keçəsən. (Alnından öpür.)
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-aga-mehemmed-sah-qacar-ikinci-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Doxsanıncı illərin ortasında simvolizm deyilən bir ədəbiyyat üsulu teatro səhnəsinə atıldı. Alman ədibi Hauptmanın “Qərq olmuş çan” sərlövhəli faciəsi mədəniyyət aləminə bir şəşəə saldı. Bu üsulun Şərq ruhuna xeyli uyğun olması məni artıq həvəsə gətirdi. Və mən Şərq həyatından götürülmüş simvolik bir əsər teatromuz üçün yazmaq fikrinə düşdüm. Nəhayət 1901-ci sənədə “Pəri cadu” nam əsərimi yazdım. Bu neçə ilin müddətində “Pəri cadu”nun səhnədə müvəffəqiyyət qazanmasına səbəb, haman mən dediyim simvolizmin bizim ruhumuza uyğun olmasıdır. “Pəri cadu”ya mövhumat adı qoyurlar... “Pəri cadu”nun ideyası: hər kəsin öz əlinin əməli onun müqəddəratını təmin edər. İnsan, taleyini kənarda axtarmayıb öz-özündə axtarmalıdır. Nəfs-əmmarə dalına düşüb gedərsə bəlalərə uğrayıb fot olar. Nəvsilə mübarizə edib əlinin əməyinə bağlanarsa, axtardığı məqsədə nail ola bilər. İnsanın təbiətində iki əsas qüvvə həmişə bir-biri ilə vuruşmadadır. Bu iki əsas – nəfsi-əmmarə ilə əql və fikirdir. Ən qədimdə bu iki əsası insan özündən xaricdə bilib, onlara təbiət məqam verib, allahlıq libasına geyindirirdilər: Hürmüzd, Əhrimən; Çində xeyir, şər allahları. Axırda şeytan və Allah. Pərinin ürəyində həmçinin iki əsas vuruşur. Nəvsi iblis şəklində mübarizə tərəfə çəkir, əqli səlim şeyx sifətində səbr etməyi məsləhət görür. Bu iki şəxs onun ürəyində vuruşan iki əsasın mücəssəmələridir. Xırda şəyatin onun dəğdəğələridir.İnsanı həmişə nəhs yollara iğva edən nəfsi-əmmarə Şamama cadu sifətində ortalığa çıxıb. Bu qarı həm Qurbanın, həm Hafizə xanımın, həm Pərinin təbiətində olub, onları asan vəchlə səadətə nail olmaq yoluna çəkib, hamısını məhv edir və Qurban öləndən qabaq öz səhvini anlayıb, Səliməsi tərəfə qaçmaq istəyirsə də daha iş işdən keçdiyindən, nəfsinin çəngəlində fot olur.
Artistlik sənəti haqqında1.Artist Ruhulla bəradərimə. Bəradərim, dünyada insaniyyətə, millətə və mədəniyyətə ən böyük xidmətlərdən biri artistlikdir. Artist üzünü unluyub acı həqiqətləri sənətin şəkəri ilə şirinlədib camaata yedirdir. Bu cəhətdən artistliyin yolları nə qədər ağır, tikanlı olsa da, qiymətlidir. Çünki nəticəsi parlaqdır. Bu sözləri həmişə xəyalında saxla.
Abbas Mirzə Şərifzadə haqqında1Dursunəli – Hamlet! Nə böyük məsafə! Nə ağır yollar! Nə parlaq nailiyyət!
Mirzə Fətəlinin faciəsiMart ayının 12-də Mirzə Fətəlinin vəfatından tamam 50 il keçir. Mirzə Fətəlinin ömrü ictimai sahəyə qədəm qoyandan axır nəfəsinə qədər böyük bir faciə içərisində keçmişdir. Epoletlər, imtiyazlar, xaç və medallarla bəzənmiş paltarın altında od tutub alışmaqda olan bir ürək döyünməkdə idi. Ətraf zülmət və cəhalət, bir nəfər də olsa dil bilən yox, camaatı qoyun kimi istədikləri yerə sürən ruhanilər – başlarında şeyxül-islam Molla Əhməd olmaq üzrə Zaqafqaziyada təkcə yanmaqda olan bu çırağın işığının qabağına qalın bir pərdə çəkirdilər. Mirzə Fətəlinin faciəsini tamamilə anlamaq istəyənlər “Kimyagər” komediyasında onun Molla Nuru şairin dili ilə söylədiyi sözlərə diqqət yetirməlidirlər. Molla Nuru üzünü mülklərini, evlərini girov qoyub, Molla İbrahim Xəlilin yanına gümüş almağa gedənlərə tutub deyir: “Hər kişinin öz peşəsi özü üçün bir iksirdir”.Bunun cavabında ondan soruşurlar: “Sən ki şairsən və şairlik də sənin peşəndir, bəs nə səbəbə bu sənətin sayəsində sənin dövlətin yoxdur?”
Poems by other poets
thumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
HəcvNəsli-Hacı Çələbinin nəvəsi İsa bəy,Həsən əfəndinin oğlu İsa bəy erkək eşşək