Cavab
Əgər soruşsalar bir dəfə məndən:Ən ağır, ən acı nədir dünyada?O zaman hicranın tutub əlindənDeyərdim, lənətlər deyin bu ada.
Söylə, ey ayrılıq, özün söylə, gəl,Hansı bir ürəyə ləkə salmadın?İnsan arzusuna etmədin əməl,Odur ki, cəfəkar tanınır adın.Söylə, ey ayrılıq, hansı aşiqinAyrılıq adıyla rəngi solmadı?Həmdəmi olduğun hansı insanınÜrəyi əlində dağlı olmadı?Söylə, ey ayrılıq, ana qəlbinəSəndən ağır olan bir yara varmı?Başqa planetə uçub getsənəBu geniş səmalar başına darmı?Körpəmin gözündə, yanağında yaş,İlk dəfə bil səndən törənmiş fəqət.Ələm yol tapdısa onun qəlbinəBu da səndən oldu bir gün nəhayət.Xalqımın, elimin qəlbində daimQəmlərə, kədərə sənsən səbəbkar.Köçsənə əbədi bütün dünyadan!Böyüklər, kiçiklər bunu arzular.Ürəyim yaralı hicran əlindən,Diləyim yaralı hicran əlindən,Başımın üstündə hərlənəndə, ah,Gözlərim qaralır hicran əlindən.Üzünə bağlanan qapılar olsun,Bizə çağrılmamış qonaq kimisən.Ürəklər vüsalla boşalıb dolsun,Elim üz döndərmiş biganələrdən.Ayrılıq, dünyada ölüm də sənsən.Qəlbimə zülm edən zülüm də sənsən.Səni məğlub edən polad qanadlı,Vüsal müjdəçisi olacağam mən.
Kitabxana.az · https://kitabxana.az/en/works/hekime-billuri-cavab
Use ← → keys to move, R for a random poem
More by this author
İstərəm bu dünyada elə ömr eləyim ki,Hərarətim günəş tək məndən sonra da qalsın.
İnanmaƏgər gəlib desələr tufanlar almış məni,Sıldırım qayalara, daşlara çalmış məni.
ArzularKaş yenidən doğulaydım mən bu geniş dünyada,Bir də, bir də qayıdaydı o uşaqlıq illəri.
MəktubMən bu gün öz oğlumu məktəbə göndərirəm.Budur, sütül dişləri təzə tökülmüş onun.
Poems by other poets · Separation
Vətən deyib ağlayanın,Göz yaşları selə dönər.
Sevincim, umudumŞiblinin laləsində,Qızıl piyaləsində,
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram