Aveyin
Ulu babaların yurdu, yuvası,Bilinməz neçədi yaşı Aveyin.Təmiz təbiəti, təmiz havası,Ülvidir torpağı, daşı Aveyin.
Enişli, yoxuşlu yollar keçibdir,Şərbət əvəzinə ağı içibdir.Qəm məskən bağlayıb, sevinc köçübdür,Nələr çəkməyibdir başı Aveyin.
Tufan da oynayır, külək də əsir,Nə qəribə sehir, nə qəribə sirr.Göyü bulud alır, yeri çən kəsir,Gahdan çatılanda qaşı Aveyin.
Göyəzən arxası, Gülül təpəriHeyrandı hüsnünə Qazax elləri.Qurumaq bilməyir illərdən bəriDamcılı gözünün yaşı Aveyin.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-aveyin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Dila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
LaylayYuxun qaçdı, evdə yata bilmədin,torpaqda yat, torpaq quzum, a laylay.
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım