Nə qədər qoynunda xumarlanmışam,Yayxana-yayxana gələn Kür çayım.Sahil kölgəsinə bürünüb axşam,Səhər şəfəqilə gülən Kür çayım.

Fəsildən-fəsilə bir görkəm alıb,Meylini torpağa bağlayan Kürüm.Payızla yorulub, qışla qocalıb,Baharla gəncləşib çağlayan Kürüm.

Alışan düzlərin silib tərini,Qalın meşələrdən keçən Kür çayım.Nənələr doldurub sənəklərini,Babalar suyundan içən Kür çayım.

Arabir keçmişi gətirib yada,Şairtək xəyala dalan Kür çayım.Gözəllər yuyunub, sığallananda,Vaqifi sevdaya salan Kür çayım.

Nə gözəl durulur üfüqdə səhər,Qıymaram günəşim sönə, Kür çayım.Yeni cəlalından tutaraq xəbərSeyrinə gəlmişəm yenə, Kür çayım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring