Şəttar Bəhlulzadənin “Füzuli” tablosu önündə

Çatılan qaşınla qaşımı çatdın,Qarşında əyilən qamət mənimdir.– Oyanmazmı? – deyə kimi oyatdın?Oyanan dərd mənim möhnət mənimdir.

Bir ah qopdu, göylər qana boyandı,Bir səs gəldi, dəli çaylar dayandı.Harayımdan ocaq söndü, su yandı,Gedən fürsət, gələn həsrət mənimdir.

Atan atdı Hüseynin daşını,Qəm titrədi, hicran əydi başımı.Ey Füzuli, sil gözünün yaşını,Sən ağladın, indi növbə mənimdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation