Qəbullar
Page 5 of 5 · 80%
– Mən Dvindən əsir gətirilən arranlı övrətlər azad etməyə gəlmişəm, dedi. Bu işi ya qılıncla, ya da qızılımla görməliyəm... De, hansına razısan?” Qılıncın tiyəsini düz hülqumu üstündə görən gözətçi əvvəlcə nə deyəcəyini kəsdirə bilmədi, sonra dili toruq vura-vura dedi: – “Qızıl olan yerdə qılınc nə karadır?” – “Onda de görüm əsir övrətlər neçə nəfərdir?” – “Yeddi... hamısı da ay sifətli, ulduz kimi parlaq...Bir sözlə, yeddi səyyarə...” – “Söhbəti qısa elə!..”
Cahan Pəhləvan ona bir kisə qızıl uzatdı. Gözətçi əvvəlcə almaq istəmədi, sonra nə fikirləşdisə, əlləri əsə-əsə kisəni alıb xeyli baxdı: “And iç ki, sonra geri almayacaqsan”. Cahan Pəhləvan qılıncına and içib soruşdu: “Daha nəyə and içim?.. Qurana, incilə?..” – “İgid qılıncına ki, and içdin, bəsdir... Amma...” – “Nə amma?!” – “Gecikmisən, igid” – “Niyə?!” – “Yeddi səyyarə bu gün səhərə yaxın söndü... – Sən nə danışırsan? Necə yəni söndü?” – “Özləri rica etdilər...” – “Nəyi?..” – “Sönməyi...” Cahan Pəhləvan gözətçinin sinəsindən tutub divara söykədi. Elə bu vaxt onu kəsif şərab iyi vurdu, güzəştə getməli oldu. Əlləri boşaldı: “Düzünü de, əbləh!”... Mənim əllərimi nahaq qana batırma.”
– “Onda qulaq as, igid... Sonra gec olar. Görürsən, hava da işıqlanır. Gürcü qoşununun böyüyü anasının əmcəyini kəsər, uf da deməz... Axşam öz başkəsənləri ilə belə qərara gəldilər, ki, səhər arranlı övrətləri lüt soyundursunlar... lap anadangəlmə... Və atların döşünə salıb kəndlərdən keçirsinlər... Bunu qoşun böyüyünün yanınca gəzdirdiyi məşuqəsi bilən kimi etiraz edib dedi: “Siz dəli olmusuz, nədi?.. belə qisas almaq hardan ağlınıza gəlib... Sabah da onlar bizi əsir götürəndə beləcə rəftar edərlər... Heç bunu fikirləşmirsiniz?..” “Müsəlmanlarda qadın xeylağına çılpaq baxmaq yasaqdı... “Mən yəqin etdim ki, qoşun böyüyünü, onun başkəsənlərini bu bədnam niyyətlərindən döndərmək olmayacaq... Əlacım kəsildi, gəlib pəncərədən bu xəbəri pıçıltı ilə arranlı övrətlərə çatdırdım. Bir müddət heç birindən səs çıxmadı. Sonra biri dedi: “Biz arranlı övrətlər bərk ayaqda özümüzü ər kimi aparmalıyıq...” Sonra nə götür-qoy etdilərsə, birdən pəncərədən mənə bir düyünçə uzatdılar. Açıb gördüm ki, iki üzükdü, bir də sırğa. Dedim: “Bunu mənə niyə verirsiz?” Dedilər: “Bizə özün boyda kəndirdən, sicimdən tap gətir... amma möhkəm olsun... Məqsədlərini başa düşdüm. Əvvəlcə ürəyim gəlmədi. Sonra fikirləşdim ki, zənən xeylağının biabırçılıqla yaşamağındansa ölməsi məsləhətdir... Arzularını yerinə yetirdim... Onlar üzüquylu bir-birinin ayağı altında yatıb özlərini asdılar. Heç “uf” da demədilər... “Yeddi səyyarə” beləcə bir-bir sönüb getdi... Arxayın ola bilərsən... Verdiyin bu qızılla onları necə lazımdırsa, dəfn etdirəcəyəm...”
Elə bu vaxt ay buludun altından çıxdı, hər yer nura qərq oldu. Onun şüası içərini də işıqlandırdı. Cahan Pəhləvan pəncərədən içəri boylananda kilsənin döşəməsindəki meyitləri gördü... Onlar üst-üstə qalanmışdı, biri də yuxarıdan asılı qalmışdı... Sarsıldı, öz-özünə nəsə pıçıldadı, sonra alnını ovcunun içərisinə alıb divara söykəndi. Gözətçi dedi: “Cəzam nədir, verə bilərsən. Bu mən, bu da sən... İncilə, Tövrata and olsun ki, dediklərim həqiqətdir. Amma yubanma ay doğdu... çıx get... Mən səni tanıdım... Xilat hakimi Şah – ərməngildə görmüşəm səni... Mən Xilatda yaşayan lazlardanam...” – Yenə əvvəlki sözünü təkrar etdi: – “Yubanma, çıx get... Sən Arrana lazımsan...”
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-ibrahimov-esrin-onda-biri-qebullar
Use ← → keys to move, R for a random poem
More by this author
Axşam idi, qaranlıq bir axşam. Şəhər elə bil indiyə kimi belə bir qaranlığa bürünməmişdi, onun üzərinə belə bir qatı zülmət pərdəsi çəkilməmişdi.Göz-gözü görmürdü. Elə bil kimsə göyə süpürgə çəkib ulduzları təmizləmişdi.
Axşam əzanından sonraŞəhər rəisinin ovqatı son vaxtlar çox təlx idi, qaşqabağı açılmırdı. Züriyyətsizlik, vəsi dərdi yaşa dolduqca onsuz da gödək olan boyunu bir az da aşağı basırdı.Cahan Pəhləvanın şəhərə varid olan gündən göstərdiyi laqeydlik onun gününü göy əskiyə döndərmişdi. İki gündən – bir etdiyi töhmətlərin, dediyi acı sözlərin isə sayı-hesabı yox idi: “Sən mərhum atabəy-əzəmin etimadını doğrultmursan”, “Şəhərdə özbaşınalıqdır, əxiliyə arxa çevirənlər peyda olub... Əsnaf əhli vergi verməkdən boyun qaçırır, “Bədəvilər, rahzənlər¹ oğurluq edirlər, şəhərdən çıxan karvanlara həmlə çəkib soyurlar”, “Başını isə görmək, şəhəri, ona tabe olan kəndləri idarə etmək əvəzinə həmbəzmlərə² qarışıb, mey və zənən düşgünü olub qalmısan... övrətin isə...”
Əsrin onda biriCahan Pəhləvan alnını sol ovcunun içinə qoyub fikrə getmişdi. Bu, hökmdar üçün artıq bir adət halına keçmişdi. O, belə dərin fikrə gedəndə nə barədəsə sərt bir tədbir görəcəyini, yaxud fərman verəcəyini kəsdirirdi.Qulam içəri girdi və adəti üzrə dinmədi, qəbul otağının aşağısında dayanıb hökmdarın dərin düşüncələrdən nə vaxt ayrılacağını gözlədi. Elə bu vaxt hardansa dəvə karvanının son zınqırov səsləri eşidildi. Görünür, tacirlər Naxçıvan düzündən kifayət qədər yük götürmüş dəvələrini yenə şəhərin içərisinə sürüb culfa yoluna çıxarırdılar. Cahan Pəhləvan bu səsi eşidən kimi alnını ovucunun içərisindən götürdü. Bundan istifadə edən qulam tez baş endirdi və:
Analar kövrək olurlar– Olar?– Buyurun, buyurun... həmişə siz gələsiz. Mənim bacımın əhvalı necədir? – Əcəmi əl verib Cəmillə görüşə-görüşə Zəhra ilə salamlaşdı, onun kefini xəbər aldı, hal-əhval tutub qızları soruşdu.
Poems by other poets
Nəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
Bilmən kimindirTuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,
Aşıq Camalın İbrahimlə deyişməsiAşıq Camal**Aşıq Camal içdi kövsər şərabı,
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,