Səriyyə
Page 12 of 12 · 92%
... Axşam saat yeddiyə işləyəndə Adil işdən çox nəşəli qayıtdı. Naharını böyük iştaha ilə yedi.
– Saata nə tez-tez baxırsan, Adil? Yoxsa bir yerə gedəcəksən?
– Səkkizə on beş dəqiqə işləyəndə yol barəsində oçerk veriləcək. Radionu aç.
– Nə bildin? – deyə mən radioqəbuledicini açaraq, onun üzünə baxmadan soruşdum.
– Gündüz Bakıdan zəng eləmişdilər.
Oçerkin adı «İstedadlı mühəndis» idi.
Əvvəlcə Adilin xarici görünüşü, hətta geyimi və müəlliflə necə nəzakətli bir təbəssümlə söhbət elədiyi təsvir olunurdu. Sonra institutda oxuduğu illərdən, nazirlikdəki fəaliyyətindən danışılırdı.
... «O, təbiətin işgüzar bir adamıdır. Nazirlikdə işlədiyi dörd il müddətində bir dəqiqə də olsun işə gecikməmişdir. O, həmişə irəliyə can atır. Heç bir zaman bugünkü işini sabaha qoymur...» Mənim tanımadığım diktor qız çox aydın və təbii danışırdı.
Mühəndis qaşlarını çataraq dinləyirdi.
Sonra diktor onun «K» rayonundan dağlardakı fermalara çəkilən yola rəis təyin olunmasına keçərək dedi:
«Gənc mühəndis gələn kimi sanki burada həyat görünməz bir qüvvə ilə qaynamağa başladı. Onu ayaqlarında brezent çəkmə, əynində qolları qısa köynək, daim bu və ya digər sahədə görmək olar...»
İndi onun qaşlarının çatılışında və uçurumdan o yana, dərəyə zillənən gözlərində məmnun bir ifadə oxunurdu. Hiss edirdim ki, ərim öz taleyindən razıdır. Hiss edirdim ki, onun uzaqlara baxan gözləri qarşısında gələcək fəaliyyətinin təntənəsi canlanmışdır. Birdən diktor: «Onun həyat yoldaşı gənc texnik Səriyyə Musabəyli də hazırda Zoğallı körpünün salınmasına rəhbərlik edir» dedi və mən diksinərək, Adilə baxdım. O mənim baxışıma cavab olaraq, məhəbbətlə gülümsədi. Adil öz taleyindən razı idi. Lakin onun təbəssümü sanki minlərcə iynəyə çevrilib mənim əsəblərimə sancılırdı. Diktor məni tərifləyirdi:
«Səriyyə uzaq və qalın meşələrdə, sıldırım dağlar arasında körpüsalanlara məharətlə başçılıq edir. Onun təşəbbüsü ilə yoldaşları əlavə işçi istəməyərək, körpünü öz qüvvələri ilə salıb qurtarmağa söz vermişlər. Səriyyə işləməklə barabər, ali məktəbə girməyə də hazırlaşır.
Mühəndis Adildə güclü təşkilatçılıq bacarığı vardır. O...»
Diktor daha bir neçə dəqiqə danışdı. Lakin mən daha qulaq asmırdım. Mühəndis Adilin fəaliyyəti artıq mənə məlum idi...
Onun uzaqlara, öz şöhrətinin təntənəsinə zillənmiş baxışları dözülməz idi. «Yəqin ki, körpüsalanlar da indi öz balaca radioqəbuledici aparatlarında qulaq asırlar» deyə düşünürdüm.
Oçerk oxunub qurtarandan sonra o, dərindən nəfəs alaraq, yenə də məhəbbətlə mənə baxdı...
Mən:
– Bilirsən, Adil, – dedim, – biz bu gün körpüsalanlarla şərab içdik, heyif ki, sən olmadın.
– Körpüsalanlarla nə içdiniz? – deyə o, təəccüblə soruşdu.
– Şərab. Gözəl Azərbaycan şərabı...
Onun baxışlarındakı təəccübü dərin düşüncə kölgəsi əvəz etdi. Yavaş və mülayim səslə soruşdu:
– Nə əcəb? Sən ki, içməyi sevmirsən...
– Yoldaşlarım təklif etdilər, mən də içdim!
– Nə olar, yaxşı eləmisən...
«Ax... demək, belə...»
Mən başqa zəhərli bir söz axtardım və bunu tapmadıqda, ona kinli bir nəzər salaraq, qalxıb çadıra girdim.
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-seriyye
Use ← → keys to move, R for a random poem
More by this author
«ZİL» markalı maşınımız sonsuz kimi görünən geniş çölü keçərək, nəhayət, axşam toran qovuşan vaxt çox da hündür olmayan dikdirin üzərində yerləşmiş üç-dörd balaca, kərpic evdən ibarət fermaya çatdı.Mən sürücü Mikolaya:
Qırçı və qırmızı çiçəkQoca qırçı ilə şagirdi cavan oğlan şəhərin lap ucqar yerindəki birmərtəbəli evin damına çıxanda günəş yenicə doğurdu.Onlar ikisi də ucaboylu, enlikürəkli idi. İkisinin də əynində kobud brezentdən mazuta batmış iş paltarı vardı. Oğlan başıaçıq idi. Zil qara saçları səliqə ilə yana daranmışdı. Qocanın başında köhnə, palıdı kepka var idi. Oğlanın üzü təmiz təraş edilmiş, incə qara bığları şəvə kimi parıldayırdı. Qoca sağ əlində kömür kimi qaralmış köhnə qəlyan tutmuşdu.
Daş hasarFirəngizi heç bir şey təzə bir pyesin primyerası, ya tərifi yayılmış təzə bir roman, ya yeni açılmış bir rəsm sərgisi qədər maraqlandırmırdı. Belə hadisələr həmişə onda bir bayram əhvalı yaradırdı. O, məşhur kino artistlərinin, məşhur rəssamların, dəbdə olan yazıçıların adlarını, tərcümeyi-hallarını əzbər bilirdi. Xüsusən də müasirlərin. Əlbəttə, bunların sənətindəki gözəlliyin mahiyyəti ona məlum deyildi. Bu barədə düşünmək heç onun ağlına da gəlmirdi. Amma o bu sənətdəki yeni ruhu (əgər bu var idisə), yeni maneranı hiss edirdi və bu ona fövqəladə dərəcədə cazibədar görünürdü. Bu cazibədə bir fərəh, bir irişilməzlik vardı. Bir yaz gözəlliyi vardı. Ya mənasını dərk edə bilmədiyi adi bir pərişanlıq vardı. Elə pərişanlıq ki, bəzən onun ürəyini nəhayətsiz, lakin qəmgin yüksəkliklərə aparırdı. Belə anlarda onun məftunluğunun həddi-hüdudu yox idi. Orta məktəbdə oxuduğu zamanlar o, şirin xəyallara dalardı. Kaş, o da məşhur bir rəssam, ya Jorj Sand kimi, Merdok kimi bir yazıçı olaydı. Eh... heç kəs bilmirdi ki, o, məsələn, Konsuelanın, ya Romeo və Cülyettanın iztirablarını nə qədər dərindən hiss etmişdi. Nə qədər ürək yanğısı ilə yaşamışdı... Və məhz belə dəqiqələrdə onun kədərinin gözəlliyini heç nə əvəz etməzdi...Lakin orta məktəbin son sinfində qız dərin bir kədərlə dərk elədi ki, ondan nə rəssam olar, nə bəstəkar, nə yazıçı. Bəlkə... bəlkə artist olaydı. O, güzgünün qarşısında dayanaraq özünə tamaşa edirdi. Boy-buxun, orijinal gözəllik, zəriflik. O, ata-anasının narazılığına baxmayaraq, İncəsənət İnstitutunun aktyorluq fakültəsinə ərizə verdi və... kəsildi. İmtahan götürən müəllim eyhamla andırdı ki, aktyorluq üçün lazım olan cəhətlər onda yoxdur. Qız o qədər sarsıldı ki, heç olmazsa, bu cəhətlərin nədən ibarət olduğunu soruşub bilmək ağlına da gəlmədi.
Hökmdar və qızı1990-cı il yanvar ayının 20-də Bakıda*qəfildən gülləbaran edilmiş Azərbaycan*
Poems by other poets
Gecə-gündüz bulud keçir havalar,Belə getməz, əlbət, gəli bir də yaz.
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Şahnamə ("Şəhim, tacidarım, qəvi şövkətim!")Şəhim, tacidarım, qəvi şövkətim!Mələk – ehtişamım, fələk – rüf’ətim!