Həkim qız
Gülər üzlü həkim qız,Ey gözləri bənövşə.Qapımızdan keçəndəSarsılıram həmişə.
Başım da ağrımır ki,Bir yanına gəlim mən.Geyinib ağ xalatı,Qəlbimi dinləyəsən.
Günəş kimi təmizdir,Safdır sənin niyyətin.Ellərə ömür verir,Həyat verir sənətin.
Qoy toxunsun sinəmə,O şəfqətli əllərin.Ürəyinlə dinlə bir,Ürəyimin tellərin.
Söylə, intizarınıNə vaxtadək çəkim qız?Oxuyuram səninçünBu nəğməni, həkim qız!..
Kitabxana.az · https://kitabxana.az/en/works/islam-seferli-hekim-qiz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Gəraylı: Ellər yaylaqdan qayıtdı
Ellər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
AhındanƏtəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
نکرد از لابه ای بیمهر اگر خوی تو تغییریبسازم من بخویت هین بکش زارم بشمشیری