İlin son gecəsi...Bayırda şaxta, qar.Lakin ürəklərdə bahar.Qocalır yer kürəsi,Solur vələs yarpağı tək.Son ilin son gecəsi.Dəqiqələr qurğuşun kimiəriyir.Köhnə il son mənzilinə doğruyeriyir.Bakı bir badə kimiXəzəri qaldırmada.Abşeron –nurlu bir yarımada.Evlərdə yolka, şənlik...Bayırda sərt rüzgar,Sevən ürəklərdə bahar.

İlin son gecəsi...Əqrəblər qayçı kimiBir-birini kəsmədə.Dəniz buruqlarındasərt bir xəzri əsmədə,dalğalar dağ gövdəli.Bəzəməkdə sevimli Bakımızıdahi Nizamimizinəzəmətli heykəli.Odur, bağdan aralıyaraşıqlı bir bina.

Öz şən körpələriyləoturmuş ana.Lakin əri gəlməmişdəniz buruqlarından,Yeni ili iş üstəqarşılayır o insan.Qırılır şüşə kimiayağı altında buz,Lakin onu isidirdöşündəki ulduz.Usta dənizdədirqağayı kimi.Dalğalar qalxıb – enirkəlağayı kimi.Ağaranda dan yeri,Usta qayıdır geri.Lakin sözsüz duyuruq,Gözündən oxuyuruq.Yeni ilə töhfədir,Onun saldığı buruq!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets