Ah kim, sevdim yenə bir kafəri-xunxarəniKim, cahanda istəməz bir gün məni-avarəni.

Vay kim verdim könül bir bivəfa dildarə kim,Çarə qılmaz, öldürürsə ğəm məni-biçarəni.Yardan hər yarə kim, gəlsə bu xaki-cismümə,Yalə-yalə it kimi sağalduram ol yarəni.

İstərəm yüz parə qılğam tömə’ içün könlümi,İtlərün hər birisinə daşlayım hər parəni.

Ol təni-simində daş tək könli bir tiflidürürKim, tiğaydur çəng üçün qoyninə səngi-xarəni.

Könlüm ahidin yanar cismi-zə’ifim yeridür,Mən ki, xaşak içrə qoysam andaq atəşparəni.

Kişvəri sərgəştəlikdən canə yetti, neyləsün,Pozmaq olmaz çərx ilə bu günbəzi-dəvvarəni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love