Kami dil tərkin qılıb, nakamlıqdur istəgim,Namu namusi qoyub, bədnamlıqdur istəgim.

Ruzigarım tirədür, gəl ey hidayət şəm’i kim,Sübh vəslin birlə dərü aşamlıqdur istəgim.

Nə mana sərvü gülü nə simü zər təskin verür,Sən kimi bir sərvi-siməndamlıqdur istəgim.

Ey hilal əbru səbah eyd gəldüm qapuna,Ləblərindən busəyi-bayramluqdur istəgim.

Maqta — the closing couplet bearing the poet’s pen name. Kişvəri tək xanə-xanə gəzdügüm bayram günü,Bir ləbi püstə, gözi badamlıqdur istəgim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring