Munca qan tökməkdən, ey xunxar, usanmazmısan,Munca xəlqi göydürüb, ey yar, usanmazmısan?

Ğəmzeyi-xunriz ilən, ey namüsəlman, hər tərəf,Xəstə canlarını qılıb əfkar, usanmazmısan?

Bülbüli-ğəmdidənün bağrına sancıb dəmbədəm,Xari-həsrət, ey güli-bixar, usanmazmısan?

Ya dögərsən, ya sögərsən, ya sorarsan, ey pəri,Munca mən divanəyi-anar usanmazmısan?

Maqta — the closing couplet bearing the poet’s pen name. Xəstəxatir Kişvəridən acı-acı sözləşüb,Ey ləbi şirin, şəkər göftar, usanmazmısan?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love