Vəh ki, keçdi ruzigarım cəhlü nadanlıq bilə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Vəh ki, keçdi ruzigarım cəhlü nadanlıq bilə,Yanar imdi bağrım ənduhü pəşimanlığ bilə.
Öldürün, ey dustilər, düşvarlıq bilə məni,Ta ki, aşiq bolmasun hiç kimsə asanlığ bilə.
Həsrəta kim, ol pərişan kakilün sevdasidən,Qalmışam sərgəştə mən yüz min pərişanlığ bilə.
Xanümanımnı çü viran qıldın, ey şəm’i-murad,Şadümanəm mən daxi bu xanə viranlığ bilə.
Maqta — the closing couplet bearing the poet’s pen name. İstər ağzından nişan bu xəstəxatir Kişvəri,Çeşmeyi-heyvani gözlər munca heyvanlığ bilə.
Kitabxana.az · https://kitabxana.az/en/works/kisveri-veh-ki-kecdi-ruzigarim-cehlu-nadanliq-bile
Use ← → keys to move, R for a random poem
More by this author
Aşiği kim, girdi hicründən fəna toprağinə,Bir məzari üstünə dəgməzmidi varmağinə?
Rəqibi hər xaçan könlüm görər ol mah ilən beyləRəqibi hər xaçan könlüm görər ol mah ilən beylə,Çəkər bir ah kim, canım çıxar ol ah ilən beylə.
Boyun sərvi-səhidür bağ içindəBoyun sərvi-səhidür bağ içində,Yüzün bir tazə gül yaprağ içində.
Dilbəra, saçın yilan tək qəsdi-can eylər yenəDilbəra, saçın yilan tək qəsdi-can eylər yenə,Gərdirdi mə’cəri başında qan eylər yenə.