Page 4 of 8 · 38%

[1]- Bu halda Çin xalqı da qəflətdən ayılıbdır, vəli İran zəminin böyükləri yuxudan doymurlar və hirs--tamahdan bizar olmurlar.
[2]- Mirzənin Ruma səfəri hicrətin 1260-cı sənəsində olubdur ki, miladın 1863-cü ilinə mütabiqdir.
[3]- Mirzə Hüseyn xana işarədir.
[4]- İn do fərd əz Ferdousiye-Tusist ke, bemonasebətariye şodeəst. — Mirzə Fəthəli.
[5]- Məğak-- çuxur və nahəmvar yer.
[6]-Boris Qodunov — rus əyanından (boyarlardan) birisininadıdır ki, üç yüz əlli il bundan müqəddəm Rusiyada iğtişaş zamanı bir müddət vəzirlik edib, sonra məsnədi-səltənəti dəxi qəsb etmişdi. Ziyadə ağıllı və pürtədbir bir zat imiş. Vəli xəyanəti ucundan axırda bədbəxt və bədfərcam oldu. Heyfa ki, Mirzə Fətəli Borisə felü əməlində oxşayan İran vəzirinin adını zikr etməyib mətləbi pərdəli söyləyir.
[7]- Palmerston — İngilis dövlətinin vəziri olubdur ki, onun politikası sayəsində ingilis dövləti bir çox yerlərə malik olubdur və nüfuzunu Şərq və Qərbdə artırıbdır. Təvəllüd edibdir miladın 1784-cü sənəsində və vəfat edibdir 1875-ci tarixdə.
[8]-İndiki nemsə imperatoru Vilhelmin babasıdır. Ziyadə
müdəbbir və millətpərəst bir padşah imiş.
[9]-Bismark — Almaniya dövləti vəziri-əzəmi olubdur. Təvəllüd edib miladın 1815-ci ilində; vəfat edib 1898-cn sənədə. KnyazBismark öz vaxtının ən müqtədir və dəqiq politikaşünaslarından hesab olunur. Onun vəzarəti zamanından Almaniya dövlətinin şənü hörməti uca məqama yetişdi.
[10]-Harribaldi — italiyalı bir bahadırın adıdır ki, vətənini biganələrin əlindən xilas edibdir. Təvəllüdü miladın 1807-ci, vəfatı 1882-ci sənəsində vaqe olubdur.
[11]-Linkoln — yeni dünyanın — Amerikanın cümhuriyyət rəisi olubdur. Amerikada həbəşlərin (qara qulların) hürriyyəti yolunda bahadıranə cəng edib, onları əsirlikdən azad edibdir. Təvəllüdü miladın 1809-cu, vəfatı 1895-ci sənələrində olubdur.
[12]-Tyer — Firəngistanın məşhur müvərrixi və sonradan bir çox böyük xidmətləri ifa edəm millət hamisi və hürriyyət tərəfdarı olan böyük bir zat imiş. Təvəllüdü miladın 1797-ci və vəfatı 1877-ci illərində vaqe olubdur.

Xetab bər duste-xod ke, ebarət əz Ruhol-qodsəst:

Bəsi şekve xordəm, soxən şod deraz,
Qozəştəm, nəxahəm tora did baz.
Sepordəm beəhde-to in karra,
Sərəncame-in rənco bimarra.

Mirzə Fətəlinin bu mənzum şikvəvü naləsi Firdovsi əleyhirrəhmənin Sultan Mahmud Qəznəvi haqqında yazdığı həcvə bənzəyir. Hər iki kəlamın mənbəi bidadlıq və ədalətsizlikdən nəşət edən nalələrdir.

Axundov ustadi-kamili məqamında olan Firdovsiyi şirinkəlama peyrəvilik etməkdə artıq dərəcədə məharət büruz etmişdir. İranzəmin vəzirlərinə elə bir qara ləkə və həcv sikkəsi vurubdur ki, qiyamətədək baqi qalacaqdır və yumaq və qazımaq ilə getməyəcəkdir.

Mirzeyi-mərhum müsəlman əlifbasının təğyiri və təshili uğrunda çox zəhmətlər çəkib, töhmət və məzəmmətlər eşitdi; ömürlər sərf qıldı, vəli işin axırını bir yana çıxarda bilmədi və ürəyi həsrətlə bu dünyadan getdi.

Əlifbanın təğyiri babında fars və türk dillərində bir neçə tutarlı məqalələr yazıb, möhkəm dəlillər ilə onun qüsurunu və islam aləminin tənəzzülünə bais olmasını sübut etmişdir.

Fransa ədib və mütəfəkkirlərindən Şarl Mister Osmanlı dövlətinin sədri-əzəmi Əli paşaya müsəlman əlifbasının qüsuru babında yazdığı məqaləni firəng dilindən farsa tərcümə edib Tehrana vəziri-əzəmə göndərdi. Və bundan əlavə "Fəqəreyi-əcibə" ünvanında əlifbamızın qüsuruna dair fars dilində türfə bir hekayə təhrir qılıbdır ki, oxuyanları İran tüccarının sadədilliyi və tərəfkirliyi heyrətə salır.

Mirzə Fətəli Axundovun bu yolda əkdiyi toxumlar indiyəcən səmər verməyibsə də, çürüyüb tələf də olmayıbdır; o toxumlar yavaş-yavaş göyərib bitməkdədir. Əlifbamızın pürqüsur olmağı hər yerdə anladılıb, rəfinə əlac və çarə axtarılmaqdadır. Təzə əlifba tərtib etmək fikrinə düşənlərin də ədədi çoxalmaqdadır. Əlan bu məsələ Osmanlı məmləkətində və İranda üləma, vüzəra və üdəbanın fikrü xəyalını işğal etməkdədir.

Təzə kitab yazanlar, üsuli-imla tərtib qılanlar, qəzet və curnal verənlər hər birisi bir növ imla və üsuli-təhrir ittixaz etməklə çalışır ki, qarei onun yazdığını düz oxuyub, fikrini və mətləbini anlasın. Sabiqdə müsəlman əlifbasının qüsur və təbdilinə etina etməyən mərhum İsmayıl bəy Qasprinski axır vaxtlarda üsuli-imlanı bilmərrə pozub və kəlmələri, --xah türki olsun, xah ərəb və əcəmi, — öz istədiyi tərzdə parçalayıb təzə bir səbkdə müsəlman hərfləri ilə "Tərcüman"da məqalələr və sair əhvalat yazır idi. Üsuli-imlada vüqua gələn və yazımızda müşahidə olunan bu inqilabın, bu reformanın baisi mərhum Mirzə Fətəli olubdur.

Əlbəttə, çox müddət çəkməz ki, bu mühüm məsələ həll olunar və müsəlmanların əlifbası dəyişdirilib və asanlaşıb sair mədəniyyətli millətlərin əlifbası kimi, ülum və maarifin intişarına mükəmməl və mübərhən bir alat olar; inşaallah-taala….

Mirzə Fətəlinin komediyalarına gəldikdə qəti surətdə deyə bilərik ki, rus drama yazanlarının babası Qoqol və firəng drama yazanlarının babası və ustadı Molyer olan kimi, türk-Azərbaycan ədiblərinin və komediyanəvislərinin atası və yolgöstərəni mərhum Mirzə Fətəli Axundov olubdur. O yazdığı komediyaların mislini təzə yazıçılarımız hələ yazıb bitirə bilməyiblər. Vəli onun sayəsindən bir neçə müqtədir ədiblər vücuda gəlibdir. O cümlədən Nəcəf bəy Vəzirov və Əbdürrəhim bəy Haqverdiyev, Nəriman bəy Nərimanov və Mirzə Cəlil Məmmədquluzadə cənablarıdır ki, hər birinin bir neçə komediyaları və dramaya məxsus əsərləri vardır ki, indiki məişətimizin bəzi övzavü əhvalını və əhli-zəmanənin fikrü xəyalatını və nə yolda çalışmaqlarını eyni ilə yazıb öz əsərlərində göstərirlər. Bu ədiblərin və Mirzə Fətəliyə peyrəvlik edən sair dramanəvislərin vücuda gətirdiyi əsərlər barəsində öz məqamında müfəssəl məlumat veriləcəkdir.

Komediya yazmaq hər bir ədibin işi deyil. Ədəbiyyatın bu növündə əsərlər vücuda gətirmək üçün elm və savaddan başqa təcrübə, bilik və millətin məişətinə ətraflı bələdiyyat dəxi lazımdır. Bunlardan əlavə fitri bir istedad və yaradıcı bir qüvvə, bir təbi-füsunsaz, beistilahi-türki "allah vergisi" lazımdır ki, bir yandan görüb-eşitdiyini götürüb yetirə bilsin və bir tərəfdən öz fikrü xəyalatı ilə yoxdan var etsin.

Bu "allah vergisi", yoxdan vücuda gətirmək qüvvəsi mərhum Mirzə Fətəlidə kəmalınca var imiş. Bu sözlərin doğru olmağına onun komediyaları möhkəm dəlil və adil şahiddir. Necə ki, Qoqolun Qorodniçisi, Xlestakovu, Dobçinski, Bobçinskisi hal-hazırda Rusiyanın bəzi yerlərində müşahidə olunmaqdadırlar, habelə də Mirzə Fətəlinin Hatəmxan ağası, Hacı Qarası, Molla İbrahimxəlili, Namazı, Zalxası, Ağa Kərim Miyançısı və qeyriləri bu halda sağ və salamat bizim içimizdə dolanıb, hər biri öz felü əməllərini işlətməkdədirlər.

Mirzə Fətəlinin komediyaları yazılan zamandan bizim vaxtadək -altmış-yetmiş sənə gəlib keçibdir. Bu uzun müddətin ərzində — ki, yarım əsrdən ziyadədir, --məişətimizdə, dürüst diqqət olunsa, artıq bir tərəqqi əsəri görünməz; ata-babadan qalma köhnə adətlər və ayinlər üzrə güzəran edib yaşamaqda varıq. Xeyir və şər ittifaqlarda işlənən bihudə məsarif və məxaricə diqqət olunsa, sözümüz təsdiq olunar.

Ata-babalarımızın batil əqidələrinə, kəsalət və bətalətlərinə varis olmuşuq. Bu axır vaxtlarda şəhərlərdə az-çox tərəqqi və təməddün əsərləri görünürsə də, əhli-dehat irəliki qərar üzrə avamlıq halında yaşayırlar; onların imdadına yetən yoxdur. Amma onları soyan və qarət edən çoxdur; bir tərəfdən tamahkar ruhanilər, bir yandan zülmkar polisə məmurları və üçüncü tərəfdən yalançı millət dostları ki, ibarət olsun yarımçıq elm kəsb edənlərimizdən və quru isim ilə mədəni olan nücəbamızdan. Bu xüsusda Qasım bəy Zakirin tərcümeyi-halından və əsərlərindən məlumat verdikdə filcümlə söyləmişik. Dübarə təkrari-kəlam edib, mətləbə tul-təfsil verməyi artıq bildik.

Hər halda mərhum Mirzə Fətəlinin komediyaları məişətimizin təəccüblü bir aynasıdır ki, zahirimizi də və batinimizi də eynilə göstərir.

Müruri-əyyam ilə bu aynanın üzünə toz qonubdur. Bu tozu silib, aynanın üzünə sığal verib diqqət ilə ona baxsaq, öz surətimizi onda görərik və biri-birimizi tanıyarıq. Batini aləmimizə, əmali-naməşruəmizə və əfali-şəniəmizə diqqət yetirsək, xəcalət çəkib yəqin edərik ki, bu yarım əsrin müddətində çox da uzaq getməmişik, cüzi dəgşiriliyimiz və təfavütümüz olubsa, o da zahiridir. Batini tərəfimiz mənən və əxlaqən irəliki qərar üzrə baqidir. Odur ki, Axundovun komediyalarını oxuyan bəsirət əhli bir tərəfdən gülürsə, bir tərəfdən də ağlayıb göz yaşı tökür. Gülmək görünür, amma ağlamaq görünmür; onun ağır damcıları ürəyin üstünə düşüb, onu yaralayır, dəlir….

Mirzə Fətəli komediyalarına müqəddimə olaraq ifadeyi-məram üçün komediya nə deməkdir və nə qisim təsnifatdan ibarətdir, teatr nədir və ondan təhzibiəxlaqü adaba dair böyük mənfəətlər yetişməyini müxtəsərən bəyan edir və türk dilinin imlası barəsində öz təsəvvüratını bildirib, komediya oxuyanlara və oynayanlara (artistlərə) bir para lazım olan bəyanat və düsturül-əməllər verir. Necə ki, mərhum yazır: "İnsanın təbiətində iki ümdə xasiyyət qoyulubdur; biri qəm və o biri fərəh. Ağlamaq əlaməti-qəm olduğu kimi, gülmək də əlaməti-fərəhdir. İnsana bir müsibət üz verəndə qəmnak olur. Əgər müsibət ağır isə, ağlayır və biləks ona bir şadlıq və fərəh üz verəndə gülür və könlü açılır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dost və müəllim N.O.Lomourinin xatirəsi

Hansısa uğursuz bir tale bədbəxt Gürcüstanı təqib edir. Onun gözəl və cavan qüvvələri, öz müqəddəs torpaqlarından uzaqlarda, geniş Rusiyanın sərhədlərində vətən uğrunda canlarını qurban verdikləri bir zamanda, o burada, öz evində də taleyin ağır zərbələrinin acısını duyur. Elm, mədəniyyət və ədəbiyyat nümayəndələri bir-birinin ardınca əbədi olaraq dünyanı tərk edirlər.İndi də Qori şəhərindəki Müəllimlər seminariyasının müəllimi, gürcü yazıçısı və pedaqoqu N. O. Lomourinin ölümü haqqında kədərli bir xəbər alınmışdır.

19152 min
Ədəbiyyatımıza dair məktub

Vaxtbavaxt "Şərqi-Rus"un səhifələrini əsr və zəmanəmizin şüəra və ədibləri öz gözəl və abdar əşar və kəlamları ilə müzəyyən qılırlar və müsəlman qardaşları elm və maarif kəsbinə dəvət edirlər. Bir millətin ədəbiyyatı, demək olar ki, onun məişətinin aynasıdır. Hər bir millətin dolanacağını, övzai-məişətini, dərəcəyi-tərəqqisini, mərtəbəyi-kamalını, qüdrət və cəlalını onun ədəbiyyatından bilmək olar. Şairi-kamil və ədibi-fazil öz əsrinin müsəvvir və nəqqaşı mənziləsindədir. Nə qədər şairin təbi səlim, zehni açıq, nitqi guya, daireyi-əqliyyəsi vəsi, əfkar və hissiyyatı təbii və ali olsa, bir o qədər onun qələmi-cavahirnisarından vüqua gələn nəqşələr və təsvirlər mərğub və dilaviz olacaqdır, bir o qədər onun asari-qələmi və məhsulati-fikri ali olacaqdır, bir o qədər o əsərlərin əzhan və vicdan üzərinə təsiratı külli, tərbiyəyi-əfkar və təhzibi-əxlaq yolunda faydası artıq, əhəmiyyəti böyük və məziyyəti ziyadə olacaqdır. Farsların Şeyx Sədisi və Xacə Hafizi, ingilislərin Şekspiri və Bayronu, frənglərin Jan Jak Russosu və Viktor Hüqosu, nemeslərin Götesi və Şilleri, rusların Puşkini, Dostoyevski və Tolstoyu öz əsrlərində millətlərinin ən böyük müəllimi və ən mahir və müqtədir mürəbbisi olub əsərləri ilə onların təhzibi-əxlaqına, rüfət və səadət tapmasına, şöhrət və qüvvət kəsb etməsinə hüsn-tədbirlər və salamat təriqlər göstəriblər. Bu zati-alilərin vücudu ilə fövqdə zikr olunan millətlər fəxr edirlər. Farslar nəzm aləminin soltanı dörd nəfərdən ibarət olmasını iddia edib, əvvəl məqamda Firdövsiyi-Tusini, sonra Ənvərini, sonra Şeyx Sədini və dördüncü məqamda Nizamiyi əleyhirrəhməni qoyublar. Frənglər Viktor Hüqo ilə və ruslar Puşkin ilə fəxr edən kimi, farslar dəxi bu dörd nəfər nəzm aləminin soltanları ilə fəxr edirlər. Sədinin haqqında ki, üçüncü məqamda qoyulubdur, şair belə deyibdir:Seyyum Sədi ke, ta dəm zəd zi Şiraz,

19047 min
Ədəbiyyatımıza dair

Molla Vəli Vidadinin, Molla Pənah Vaqifin və Qasım bəy Zakirin göy üzündə qatarlaşıb oxuya-oxuya uçan durnalara xitabən yazdığı mürəbbeatı möhtərəm "Rəhbər"in səhifələrinə təqdim etməklə belə məlum edirəm ki, bu əsərlər nə Adolf Berjenin Leypsiqdə çap olunan məcmuəsinə və nə də Yusif Qarabağinin kitabçasına daxil olmayıb, nüdrətən tapılan əsərlərdir.MOLLA VƏLİ VİDADİ

19065 min
Gürcü şairi Akaki Sereteli yubileyinə dair

Necə ki, ötən məqaləmizdə söz vermişdik, Akaki Sereteli cənablarının müxtəsər tərcümeyi-halını yazıb, əsərlərindən bəzi məlumat verməyə iqdam edirik.Akaki Sereteli məşhur İmeret knyazlarının nəslindəndir. Onun babaları sabiqdə İmeret padşahlarına müqərrib olub, vətənlərinə və millətlərinə böyük xidmətlər göstərmişlər.

190814 min

Poems by other poets