Yuxarıda adları zikr olunan Şamaxı və Şirvan şairlərinin müasirlərindən Gəncə şəhərində məşhur olanları Şeyx İbrahim Qüdsi və Ağaismayıl Zəbih hesab olunur. Hər birinin tərcümeyi-halından burada məlumat verilir.

Mərhum Şeyx İbrahim Şeyx Həsən oğlu Şeyxzamanov Gəncə şairlərinin məşhurundandır. Təvəllüd edibdir Gəncədə hicrətin 1231-ci tarixində, yüz sənə bundan müqəddəm. Şeyx İbrahim təlim alıbdır Gəncə pişnamazı mərhum axund Molla Hüseyndən. Məlum ola ki, mərhum Mirzə Fətəli Axundov da həmin bu müdərrisdən təlim almışdır.

Şeyx İbrahimin ərəbcə və farsca yaxşı biliyi var imiş və müqtədir türk şairlərindən birisi hesab olunur. Qüdsi müdərrislik ilə və bir tərəfdən Gəncə şəhərinin yaxınlığında vaqe olan İmamzadeyi-İbrahim türbəsinin mütəvəlliliyi ilə güzəran edərmiş. 1255-də təəhhül edibdir. Belə rəvayət olunur ki, 1261-ci ilə kimi hər sənədə bir qızı vücuda gəlir imiş.

1261-ci tarixdə haqq-taala ona bir oğul kəramət edibdir və şair bundan ziyadə xoşhal olub, ona "Əliəkbər" ad qoyubdur və bu münasibətlə deyibdir:

Qəməfza bəyani ke, dər məhzərəst,
Ze mən yadeqare-Əli Əkbərəst.
Keşidəm bəsi sağər əz xune-del,
Həmana ke, tarixe-an "sağər" əst.

Şeyx İbrahimin bir təxəllüsü də "Naseh"dir və bəzən "Şeyx" dəki yazarmış. Qüdsinin gözəl qəzəlləri var. Onlardan bir parası türkcədir, amma əsərlərinin çoxu farsi dilindədir. Xacə Hafizin qəzəllərinə timsal olaraq bir çox qəzəllər inşad etmişdir:

Ney taqəte-del dari,
Ney forsəte-didari,
Ney forsəte-didari,
Ney taqəte-del dari.

— beytlərilə başlanılan qəzəllər kimi.

Qüdsi cənabları şiəməzhəb saliklərindəndir. Gəncənin müxtəsər tarixçəsini general Lazarevin xahişinə görə, yazıbdır ki, onun müsəvvədəsi əldədir. Cümleyi-əşarı dağınıq surətdə olduğu halda, eşitdiyimizə görə, hali-həyatda olan oğlu Şeyx İsa həzrətləri onları cəm etməkdədir. Ümidvar ki, tezliklə çapa verilsin.

Əşarından əlavə, "Tarixi-müqəddəs" kitabı dəxi tərtib edibdir və lakin mərhumun bu əsəri də hənuz çap olunmayıbdır. Çap olunmamış divanı da vardır. Divanına daxil olan şerlər və qəzəllər 150-dən ziyadədir. Cümlə qəzəlləri yeddi beytdən ibarətdir; artıq-əskiyi yoxdur. Əsərləri ələlümum üləma qisminin zəmminə və ruhani sinfinin çirkin və qəbih əməllərinə dair əsərlərdir.

Sabiqdə Gəncə şəhərində qəzavət edibdir və sonraları gimnaziya məktəbində müəllim olubdur. Belə ki, Gəncədə əvvəlinci əqaid və türk dilinin müəllimi bu zat olubdur. Bəzi rəvayətə görə, Şeyx İbrahimin Şeyx Nizami ilə qərabəti var imiş.

Şeyx həzrətləri ziyadə müttəqi və dindar bir vücud olduğundan ülumi-ilahiyyəyə artıq bələdiyyatı var imiş və Qurani-şərifi əzbər bilirmiş. İdareyi-ruhaniyyədə Şeyx İbrahim rəqabət imtahanı verərkən Qafqazın fərmanfərması — namestniki knyaz Vorontsov həzrətləri də orada var imiş. Şeyxi-mərhumun imtahan vaxtında izhar etdiyi elm və kamalını müşahidə edib, ona afərin və təhsin oxuyub, öz qızıl saatını da bəxş etmişdir.

Şeyx İbrahim 1282-ci tarixdə Gəncədə qəflətən vəfat edib; məqbərəsi İmamzadə qəbristanındadır. Şeyxi-mərhum ziyadə ağıllı, zəkavətli və hafizəli möhtərəm bir alim imiş. Aşağıda yazılan qəzəl şeyxin kəlamlarındandır:

Eşq məmnu olsa, bəs icadi-hüsnə yox səbəb,
Əqli-qate hökmünə zənni rəvayət neyləsin?

Eşqdir bais ki, Yusif qissəsi əhsəndürür,
Qövli-həqqi danmasın sahibqəvayət, neyləsin?

Hüsni-izhar etməyin hüsnünü zahid bilməsə,
"Küntü kənzən" qövlünə yoxdur dirayət, neyləsin?

Vaiz olsa xudbəxud münkir gərəkdir olmaya,
Zahidin haqqı ona etmiş sirayət, neyləsin?

Hüsni-cazibdir və gər nə eşq olmaz kimsədə,
Eşqə gər dnl verməsin sahibkifayət, neyləsin?

Şükri-nemət etməmək küfrandır çün, Naseha,
Hüsni-qədrin bilməsin sahibhidayət, neyləsin?

Mərhum şeyxin əsərlərindən bundan artıq nümunələr ələ düşmədi ki, burada dərc olunsun.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ağaməsih Şirvani

Ağaməsih Şirvani Mustafa xanın zəmani-hökumətinin ibtidasında Şirvanda olurmuş, özü də kamil bir vücud imiş; təbi-şeriyyəsi də var imiş. Ağaməsihin nəslindən indi də Şamaxıda vardırlar. Belə ki, möhtərəm ədibimiz Sultan Məcid Qənizadənin mərhum şair dördüncü babası hesab olunur.Ağaməsih Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin müasiri olduğuna görə, əşar və tərzi-kəlamı onlarınkına artıq dərəcədə bənzəyir. Məşhur qövlə görə, Ağaməsih hicrətin on üçüncü əsrinin ibtidasında İranda vəfat etmişdir. Mirzə Yusif Qarabağinin məcmuəsində Ağaməsih Şirvaninin kəlamından bir müxəmməs və bir müəşşər təb olunmuşdur və bunlardan əlavə Zaqafqaz müftisi Hüseyn əfəndi Qaibov həzrətlərinin "Məcmuə"sində Ağaməsihin bəzi kəlamı yazılıbdır. Onlardan nümunə üçün bir neçəsi burada zikr olunur.

19256 min
Asəf Şirvani

Asəfin aşağıda yazılan qəzəllərindən onun xoştəb zə şirinkəlam bir şair olduğu anlaşılır.Qəzəli-Asəf Şirvani:

19251 min
Ağaismayıl Zəbih

Ağaismayıl Zəbih Gəncənin adlı şairlərindən birisi hesab olunur. Ağaismayıl "Zəbih" təxəllüsünü götürməkliyə səbəb Həzrət İsmayıl ilə bir isimdə (adaş) olmağıdır. Çün Həzrət İsmayıl həqq-taalanın əmri ilə Mina dağına atası İbrahim Xəlilullah tərəfindən zibh olunmaq üçün aparılmışdı, o münasibətlə Ağaismayıl dəxi özü üçün "Zəbih" təxəllüsünü intixab etmişdir.Zəbih mühacirətən xeyli müddət Təbrizdə iqamət edib, orada ticarət əmrinə məşğul olarmış və bir vaxtı orada tacirbaşılıq mənsəbinə dəxi yetişibdir. Dünyagörmüş və işaşıran bir vücud imiş. Bəzi rəvayətə görə, sonradan yenə Gəncəyə müraciət edib və burada hicrətin 1285-ci ili təxminən 70 yaşında vəfat edibdir. Amma səhihi budur ki, mərhum Ağaismayıl vətəninə müraciət etməyib, Təbriz şəhərində vəfat edibdir.

192513 min
Cəfərqulu xan "Nəva" təxəllüs

Mərhum Cəfərqulu xan İbrahim xanın böyük fərzəndi Məhəmmədhəsən ağanın oğludur. Məhəmmədhəsən ağa isə ziyadə nəcib, fərasətli və ləyaqətli bir şəxs imiş. İbrahim xan onun xatirini əziz tutarmış və özünə onu vəliəhd təyin edibmiş. Vəli İbrahim xan hənuz sağ ikən oğlu Məhəmmədhəsən ağa dari-üqbayə rehlət buyurdu və İbrahim xan general Tesvidayevin vasitəsilə Rus imperatoruna yazıb, kiçik oğlu Mehdiqulu xanı ondan sonra varis təsdiq etmək fərmanını xahişmənd olmuşdu və tarixi-islamiyyənin 1221-ci sənəsində--ki, tarixi-məsihiyyənin 1806-cı sənəsinə mütabiqdir,--Mehdiqulu xan imperator fərmanı ilə külli-Qarabağ xanlığına İbrahim xandan sonra hakim təyin olundu.Məlum olsun ki, Cəfərqulu xan babası İbrahim xanın hali-həyatından aşikarən varislik iddiası etmirdisə də, amma qəlbində bu arzu və başında Qarabağa hakim olmaq fikri var idi. Zəmani ki, imperatorun fövqdə zikr olunan fərmanı yetişdi, Cəfərqulu xan məyus və mükəddər oldu və o vaxtdan sonra onunla əmisi Mehdiqulu xanın arasında həmişəlik bir küdurət və ədavət vüqua gəldi və Cəfərqulu xan çox hiylə və dəsisələr və pürfəsad tədbirlər işlətdisə də, nəticəbəxş olmadı və bəlkə özü müttəhim olub "gözdustağı" halında Petroqrada aparıldı və orada bir müddət qalandan sonra generallıq çini alıb Qarabağa müraciət elədi.

192512 min

Poems by other poets