Yusif Nabi
Page 1 of 3
Molla Məhəmməd Bağdadidən sonra Azərbaycan şüəra və üdəbasına şüərayi-sələfdən artıq nüfuzu olanı Yusif Nabi olubdur. Nabi əfəndi türklərin müqtədir və zor şairlərindən birisi hesab olunur. Divani-Nabidə ki, zəxim bir kitabdan ibarətdir, hər qisim kəlam mövcuddur. Təmamisi nəzm ilə inşad olunubdur. Haman mənzumat bu qayda üzrə divani-Nabidə təb olunmuşdur: 1) Babül-mədh və nət; 2) Qəsaid; 3) Təxmis və maddeyi-tarix; 4) Məsnəvi; 5) Rübaiyyat və qəzəliyyati-türki; 6) Müqəttəat və müəmmayat; 7) Divani-qəzəliyyati-farsi; 8) "Xeyriyyeyi-Nabi".
Nabi əfəndi "Xeyriyyə"sində oğlu Əbülxeyr Məhəmməd Çələbiyə yazdığı pəndnaməsində öz tərcümeyi-halına dair icmalən məlumat verir. Bu məlumatdan görünür ki, Məhəmməd Çələbi Nabinin ömrünün müsinn çağında, yəni 54 yaşında doğulmuşdur və onun vücuda gəlməsi ilə şairin gözləri nur və qəlbi sürur ilə dolur; guya ona təzədən bir həyat verilir. Belə ki, Nabi əfəndi deyir:
Pərtövi-nuri-həyatım sənsin,
Məhz xeyrü bərəkatım sənsin,
Salalı başimə zatın sayə,
Bən səninlə bakaram dünyayə.
Məhəmməd Çələbinin təvəllüdü şairin 54-cü yaşında vaqe olmasına onun bu şerləri şəhadət verir:
Səni verdi bana, ey feyzməab,
Mövsimi-sinni-kəbirimdə vəhab.
Toğıcaq aləmə hüsnün mahi,
Güzəran olmuş idim pəncahi.
Çarü pəncahdə verdi səni həq,
Həft salında yazıldı bu vərəq.
Məhəmməd Çələbinin maddeyi-tarixindən ki, Nabi əfəndi özü onu inşa edibdir, məlum olur ki, onun vəqti-təvəllüdü hicrətin 1106-cı salında vüqua gəlibdir. Haman maddeyi-tarix bu şerlərdən ibarətdir:
Sərmayeye-fetrətəm Əbülxeyr--
Kəz lotfe-əzəl pənah darəd,
Tarixe-veladəte-şərifəş
"Əz dərd xoda neqah darəd".[1]
[1] Tərcüməsi:
Əzəli lütfə sığınan,
Mənim fitrətimin sərmayəsi olan Əbülxeyrin.
Şərəfli təvəllüd tarixi
"Əz dərd xuda pənah darəd"dir
("Allah onu bəlalardan saxlasın"dır.)
Bu hesab ilə Yusif Nabinin təvəllüdü hicrətin 1052-ci sənəsinə təsadüf edir. 1106 sənədən 54 sənə çıxanda qalır 1052 sənə ki, haman salda Yusif Nabi vücuda gəlibdir Rəha şəhərində. Rəha isə Qüdsi-Xəlil canibində Şam xittəsində basəfa qəsəbələrdən birisidir ki, xoş ab-havası ilə məşhurdur. Nabi əfəndi vətəni olan Rəhanı belə vəsf edir:
Vətənim şəhri-dilarayi-Rəha,
Vəqti-təhrir müqirrim Şəhba.
Nə Rəha, nüsxeyi-gülzari-cinan,
Məsqətürrəsi-Xəlilül-Rəhman.
Nə Rəha qibtəgəhi-xitteyi-Şam,
Məzhəri-möcüzeyi-bərdü səlam. [2]
[2] Tərcüməsi:
Vətənim gözəl Rəha şəhəridir,
Bunları yazan vaxtda iqamətgahım Şəhbadır.
Elə bir Rəha ki, cənnət bağçasının bir nüsxəsi,
Xəlilulrəhmanın daimi yaşayış yeridir.
Elə bir Rəha ki, Şam ölkəsi ona həsrət çəkir,
"Bərd və səlam" möcüzəsinin yeridir.
Nabi əfəndi vətəni-məlufunda nəşvü nüma tapıb, təlim və tərbiyə aldıqdan sonra 30 sənəyə qədər Ədirnə və İstambul şəhərlərində bəzi mənsəbləri əda etməklə sükunət etmişdir və sonradan bu zati-şərifin aramgahı Hələb şəhəri olmuşdur:
Bir zaman Ədirnəvü İstambul
Oldu si sal bana cayi-nüzul.
Lilləhülhəmd neçə mənsəbü cah
Oldu bu bəndəyə ehsani-ilah.
Qalmayıb sonra dimaği-dövlət,
Oldu üftadeyi-künci-üzlət.
Cəzbeyi-abü həva oldu səbəb,
Oldu aramgəhim şəhri-Hələb.
Şairin kəlamından belə anlaşılır ki, Hələb şəhəri xeyli canfəza və xoşhava bir məkandır ki, çahar fəsli düzgün keçir. Bu şəhərin vəsfində şair deyibdir:
Şərabə şərm verir abi-canfəzayi-Hələb.
Şəmimi-cənnəti məhcub edər həvayi-Hələb.
Ləbi-bütanə olur xəndərizi-istehza
Nəməksiriştə, ləb püstə fəzayi-Hələb.
Buna həvadə İraqü Əcəm müxalifdir--
Ki, çar fəsldə novruz edər səbayi-Hələb.
Behişt qanda görər hüsnünün təmaşasın,
Tururkən ayineyi-abi-dilgüşayi-Hələb.
Yusif Nabi xeyli müddət dünyada zindəganlıq edibdir və əyyami-zindəganlığı Məhəmməd Sultanın oğulları--Mustafa Sultanın və Əhməd xan Sultanın zamani-hökumətlərinə təsadüf etmişdir. Şair hər birisinin vəsfi-şənində xeyli qərra və səlis qəsidələr yazıbdır ki, manəndi az tapılar. Onun bir qəsidəsindən anlaşılan budur ki, Sultan Əhməd xan ibn Məhəmməd xanın cülusi-hümayunu şairin 50-ci salında vaqe olubdur. Məzkur qəsidə bu sayaq başlanır:
Bir şəbangəh ki, çiraği-xirədi-əbdi-fəqir
Eyləmişdi hərəmi-qəsri-dimağım tənvir,
Nagəhan mükməni-qeybin açılıb pərdələri
Oldu yer səf sipəharayişi-meydani-zəmir.
Birinin nami qələm, biri vərəq, biri dəvat,
Biri məni, biri məzmun, biri hüsni-təbir.
Dedilər birdən:--Əya, piri-rəhi-nəzmi-süxən,
Ey köhən cövhəri, sövqi-bəyanü təhrir,
Nə əcəb xeyli zamandır ki, təməvvücdə deyil,
Bəhri-zəxxari-xəyal, əbri-köhərpaşi-zəmir.
Sana noldu, nə turursan, nə günə saklarsan,
Ta bekey nəsri-cəvahirdə bu dəklü təxir?
Əlli yıldır ki, müsəlləm sana səccadeyi-nəzm,
Şimdi sənsən şüəra zümrəsinə şeyxi-kəbir.
O zamanlar sana təslim idi meydani-süxən--
Ki, sənin sözlərinə Naili olmuşdu əsir.
Meyvəsi az isə də, ləzzəti əfzuntər olur
O dirəxtin ki, xiyabani-süxəndə ola pir.
Dedim:--Ey lövhənəvisani-dəbistani-hünər,
Ey məbaniyyi-məaniyə müdara təmir,
Həp bilürsiz ki, qədi-rastimi xamə kibi,
Etdi əngüşt kibi xəmzədə bari-təhrir.
Qalmadı tabü təvan teyyi-rəhi-əfkarə,
Oldu əndişə də tərkibi-vücudum kibi pir.
Leyk var cibi-zəmirimdə nəhüftə çoxdan
Bir göhər əqdi ki, olmaz ana aləmdə nəzir.
Saklaram namına bir padşəhi-dövranın--
Ki, edəm müjdə bəşarət kim edərsə təbşir.
Gəlsin ol padşəhin əsri-şərifində görək
Bülbüli-köhnə necə eylər imiş bəsti-səfir,
Dedilər:--Müjdələr olsun, sana, ey rastnəzər--
Ki, səni istədiyin əsrə yetirdi təqdir.
Lilləhilhəmd ki, bir vifqi-murad etdi cülus
İntizar eylədiyin padşəhi-aləmgir.
Oldu təyidi-ilahidə misali-xurşid.
Zati-valatəri arayişi-balayi-sərir.
Zilli-məmdudi-xuda həzrəti-Xan Əhməd kim,
Sayeyi-sərvi-ələm, dövlətidir mehri-münir.
Və lakin bizə rast gəlmədiyindən məlum olmadı ki, Nabi əfəndi hələb şəhərindəmi vəfat edibdir, yoxsa İstambulda. Vəli çox ehtimal var ki, onun vəfatı İstambulda ittifaq düşübdür. Çünki şairin öz kəlamından görünür ki, ol cənab ömrünün həftad sinnində Hələbdən Ruma əzimət edib və Hüzuri-Sultan Əhməd xanda sahibi-mənsəb olmuşdur və dəxi onun İstambuldan Hələbə müraciət etməyi haqqında divanında bir işarə yoxdur. Şairin bu qoca sinnində və ixtiyar halında talibi-izzü cah olması bəzi əhli-qərəz və kəcnəzərlərin lisani-etirazını diraz edib, onu müttəhim qılmışlar. Necə ki, bu babda şair özü deyibdir:
Həqqin olub dərində nəsimi-inayəti,
Gülşənsərayi-Rumə düşürdükdə qisməti.
Yəni olub diyari-Hələbdən keşidəpa,
Təhrik edincə Rumə rikabi-əziməti.
Nagah vəhmü vəsvəsəfərmayi-kəcnəzər
Urdu inan əzmimə dəsti-cəsarəti.
Bəsti-müqəddimati-sualə edib şüru,
Zəmm etdi xeyrxahlıq üzərə sədaqəti.
Əbvabi-etirazə küşayiş verib təmam,
Etdi ədlə ilə mökədi-ibarəti.
Dedi ki, ey fisürdə xirəd, piri-natəvan,
Həftad sinndə bu səfərin nəy ki, hikməti?
Bu sinnü saldə qərəzin izzü cah isə,
Yox izzü cahə cismi-nizarın ləyaqəti.
Var isə arizuyi-münasib zəmirdə,
Anın da tazəlikdədir ayinü şövkəti.
Əsbabi-ehtişamə əgər var isə həvəs,
Piranın ana daxi yakışmaz qiyafəti.
Sövdayi-kəsbi-malla məali isə dilin,
Anın da pirlikdə nədir qədrü qiyməti?
Gahi ocaq başında, gəhi baği-zardə
Eylərkən əhli-danişü elm ilə söhbəti,
Kətm etmə, doğru söylə nədir məqsədü murad,
Böylə dəyişmədən süfreyi-zövq üzləti.
Divan büsatı ilə əgər əsb isə murad,
Bazulərində zəbtinə yox istitaəti.
Halın sənin bu günə ikən, ey fisürdəhuş,
Bilməm bu rahə sən nədən etdin əziməti?
Gördüm məqalı gərçi deyil vəchdən təhi,
Əmma əsabət üzrə deyil hiç həqiqəti.
Dedim əgərçi cümləsi vardır bu sözlərin
Bən daxi anlamaz deyiləm rəncü rahəti.
Məchuldur təbiət kəc beyninə sənin,
Tədbirə qalib olduğu həqqin iradəti.
Məlumdur bu hər kəsə, vazeh təriqdir,
Likəi nəhüftə var dəxi çox sirrü hikməti.
Görməzmisən bu mətbəxi-süni-həkimdə
Cəzb etdiyin keşan-keşan insani qisməti?
Əz cümlə ol sənin dedigin rahətü fərar
Mətlubi-cismdir, yox anın canə nisbəti.
Asudəlikdə gərçi könül müstərih olur,
Həp hisseyi-bədəndir anın həddü qayəti.
Bir istirahətin ki, ola mərcəi bədən,
Yoxdur o rahətin dil ilə canə nisbəti.
Səmü bəsər vəzifəsin alamaz kənardə,
İkisi də qidadə çəkərlər zərurəti.
Səmin qidasi məniyi-pakizə nitqdir,
Çeşmin qidasi hüsndür anınla hekayəti.
Nabi əfəndinin bu axırkı sözlərində çox nazik mənalar vardır ki, onlara diqqət yetirməmək olmaz. Həqiqətdə məhz istirahəti-bədən və fəraqəti-cism ilə dolanmaq heyvaniyyətdən bir az bəridir. Künci-üzlət və qənaəti qənimət bilib, beş günlük ömrü xabi-qəflətdə, yəni ancaq yeyib-içməkdə keçirmək, məhz bir bədənə xidmət edib, onun zəruriyyatını mühəyya etməyə çalışmaq və ruhun varlığından bilmərrə bixəbər olmaq insanın sırf cəhalət və avamlığına dəlalət elər. Odur ki, Nabi əfəndi deyir və həqiqətdə çəməni-mənaya dürr və cəvahir saçır:
Bir istirahətin ki, ola mərcəi bədən,
Yoxdur o rahətin dil ilə canə nisbəti.
Sonradan Nabi əfəndi ətfi-kəlam edib, İstambulu və onun əhlinin kamal və mərifətini və hüsni-ədalarını tərif edir:
Minayi-çeşmi qərqeyi-nuri-sürur edər,
Xubani-şəhryanın o hüsnü lətafəti.
Hüsni-əda, hüsni-vəfa, hüsni-hər ümur
Ol şəhri-bibədəldə bulur hüsni-qayəti.
Ol dilgüşa məallar, ol xürdə nüktələr
Mümkündür bola Ərəbistanda surəti?
Ol canfəza süxənlərin, ol şux ədalərin
Əkamlər lisanına olsunmu nisbəti?
Olsunmu hiç kəlami-zərifanəyə bədəl
Əsbər şəvi təala tənəqşö ibarəti?
"Bədi", "ləkə" xitablarından gəlirmi heç
Ləfzi--"a canım", "ay əfəndim həlavəti?
Və bundan sonra şair sədri-əzəm Məhəmməd paşanın vasitəsilə müqərrəbi-hüzuri-Xan Əhməd Sultan olmaqından və sultanın ol şairi-salxürdəyə iltifat və mərhəmət göstərməklərindən danışıb deyir:
Kitabxana.az · https://kitabxana.az/en/works/kocerli-azerbaycan-edebiyyati-f-kocerli-i-cild-yusif-nabi-meqale
Use ← → keys to move, R for a random poem
More by this author
Quba və Səlyan hakimi Fətəli xan ibn Hüseynəli xan Molla Pənah Vaqifin və Hüseyn xan Müştaqın müasiri olub. Onun alim, şair və sahibi-tədbir bir vücud olduğu tarixdə yazılıbdır.Fətəli xan hicrətin 1157-ci sənəsində ki, tarixi-məsihiyyənin 1741-ci ilinə mütabiqdir, atası Hüseynəli xanın vəfatından sonra Quba və Səlyanda xan olub, öz təvabe və rəayasını gözəl vəch ilə idarə edərmiş, ürəfa və şüəra silkinə himayət göstərib özü də şer deyərmiş.
İbrahim Əfəndi NicatiNuxa şəhərində nəşvü nüma tapıb təlim və tərbiyə almış şuəradan birisi də mərhum İbrahim əfəndi ibn Mustafa əfəndi olubdur ki, Mirzə Fətəli Axundovun və Kərim ağa Fatehin müasiri imiş. Səhih məlumata görə, İbrahim əfəndi hənuz tifl ikən valideyni ilə məən Qazax mahalından mühacirətən Nuxa şəhərinə gəlib orada sükunət edərmiş. Onun abavü əcdadı ruhani olublar.Belə rəvayət olunur ki, İbrahim əfəndi iyirmi beş sinninə çatınca zərgərlik edərmiş və o vaxta kimi bisavad imiş. Bir dəfə ona kağız yazdırmaq lazım olubdur və bu işdən [ötrü] əhli-savad bir şəxsin himmətinə rücu edibdir. Məzkur şəxs naməni yazdıqdan sonra ona bir növ töhmət izhar edibdir ki, sənə eyib deyilmi özün üləma nəsli ola-ola qeyrisinə hali-dilini kəşf qılıb məktub yazdırırsan? İbrahim əfəndi bu etirazdan xeyli mütəəssir və pərişanhal olub, iyirmi beş yaşında ikən başlayıbdır oxuyub yazmağı və bu yolda gecə və gündüz xürdü xabı özünə haram edib, elmü mərifət təhsilinə məşğul olubdur və axırda alim və fazil bir şəxs olub müdərrislik edərmiş. Təbi-şeriyyəsi olaraq bir xeyli əsərlər vücuda gətirmişdir. Vəli onlardan çoxusu dağılıb tərk olubdur. Əşarü kəlamının əksəri münacat, nəti-rəsul və qəsaid qismi əsərlərdir. Onlardan bir-iki[si] nümunə olaraq burada yazılır.
Kərim ağa FatehKərim ağa ibn Fətəli xan "Fateh" təxəllüs Şəki şairlərinin bərgüzidələrindən birisi hesab olunur. Kərim ağa Şəki xanlarının xanədanından olmağa görə, nəcib və alitəb bir zat imiş; familiyası — Şəkixanov. Mirzə Fətəlinin müasiri olubdur və onun xatirini əziz tutarmış və hər dəm ləyaqətli töhfələrlə mirzəni yad edərmiş.Fətəli xan Şəkidə xanlıq edən zamanı hicrətin 1235-ci salında Şəki vilayəti Rusiyanın təhti-təsərrüfünə keçdi və Fətəli xan rus dövləti tərəfindən təsdiq olundu.
Kərbəlayı Abdulla İbn CaniKərbəlayı Abdulla Şuşa şəhərində təvəllüd edibdir. Sahibi-mərifət və əhli-hal bir zat olduğu üçün ümumi-əyan və əşrafi-vilayət içrə əziz və möhtərəm tutularmış.Əxlaqı xoş, xasiyyəti gözəl, təbi-şeriyyəsi rəvan və səlis İbn Canı məclislər zinəti və məhfillər yaraşığı əziz bir vücud imiş.
Poems by other poets
Aləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Toylar belə toylardıToy tutdu bizə düşman, toylar belə toylardı.Toy nəğməsi Ərrəhman, toylar belə toylardı.
MürəbbəQanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqəBəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə**Bir şəbi-deysur ki, sərməstani-büqayi nur badeyi-nəvamisdin məxmur və əsbabi-vəqayeyi-həvasdin məhsur idi. Ol gesəbəni-zar bir neçəyar iləç ün mahü səyyar bidarü şəb zindədar, gah mühibbi-razəsəlis vəmətlubeyi-niyazə ənis vəzəmani xümxaneyi-həsrətdin badənuşvə əşki-heyrətdin gülfüruşolub vəsaəti tərkibi-mükəvvinatdəsayiqü lahiq vətərkibi-əşkaldin nətayisi-layiq düzüb, vəqti seyri-müluk ratibəsindən mütəfəkkir vəaşiqü məşuq taifəsindin mütəzəkkir yekan-yekan tedadi-müstəidani-ferəqi-hər zaman edərkən, nagah süruşi-huşim ərseyi-xatirəbu möhməl məzmun yeritdi ki, aya nəsəhətdin müxəddəreyi-nəğli-Vərqavü Gülşa bavüsudi-sihazi-eşqihəqiqət təraz iləsəramədi-səhan vəhüsni-səmalda nəvadiri-dövrandurlar, bəzmi-məhəbbətdəüşşaqi-əzmanəsabiq vərəzmi-xüsumətdəRüstəmidastanəfayiq, meydani-hisrdəsərbazlıqlarıməşhur və əvani-zəsrdə vəfadarlıqlarımənşur. Əselle fohul, bəlağətpişeyi-farsi zəbanan valeh, qəbulifəsahətəndişeyi-türki bəyanan ədəmi-etibariləo bəyanın izdivasından xatirihəzimət vərüxsareyi-əzimət döndərüb, leyaliyi-əfkar və əyyami-emardəol bakirəyəhəmağuşvəol sovdayəhəmduşvəsami-zülal nəqllərindin badənuş olməmişlər. Bu ehmal zahiri-hal ol iki ruhə şəsereyi-məhəbbətəmüəddayixələlü pecman vəmouresi-zələlü xüsran olmağı əsəldin mizani-etibardəol kamil əyarlərin əyari-kari nöqsan vəol sərvi-sənubər nihadlar bir təərrüzibidadəulaşub hədəfi-tiri-təvəhhümi-xəta olalar. Bu haləmüqarin təlieyiilhamü iradat qəlbi-münkəsiriməbu iradət buraxdıvəgərdəni-idraki-xatirimə qəlladeyi-feyzi-izaət taxdıki, ey qəriqi-bəhri-təhəyyürü qəmanü həriqi-atəşitəfəkkürü hirman, əni Məsihiyi-natəvan, guya qayəti-qeyrətü vəfa vənəhayətiisməti-səfa rəva görməmişkim, ol pərdənişini-iffət vəbəzmi-ayini-şəhadətlərinin pərçəmi-əlamlarıhəvagir vənami-namiləri ifşapəzir olub, məhafilü məsalisdəhər bidərdədərdi-zəban vəhər naməhrəmərətbül-lisan ola. Nişəkim bu əzmandəçehreyi-müsameəhelyeyi-vəfa bədəlinəarayişinifaq düzülmüşvəsilsileyi-vəsləti-həqiqət təlsiq vəiqdi-əqidəti-məvəddət tənsiq bilkülliyyəüzülmüş, meyi-məhəbbəti-həqiqi, badeyi-məvəddətiməsaziyəzirdəst vənəşeyi-üzubəti-sami-ələst mərarəti-xümari-küdurətdən pəst olmuş. Çün il iki sitəmrəsideyi-aləmşühud gövhərləri ziar vəsövhərləri vəfadar vəalimiqdar idi, fələki-kəsrəftar ki, lazal işi, dəvarişi qəddarlıq və