Quba və Səlyan hakimi Fətəli xan ibn Hüseynəli xan Molla Pənah Vaqifin və Hüseyn xan Müştaqın müasiri olub. Onun alim, şair və sahibi-tədbir bir vücud olduğu tarixdə yazılıbdır.

Fətəli xan hicrətin 1157-ci sənəsində ki, tarixi-məsihiyyənin 1741-ci ilinə mütabiqdir, atası Hüseynəli xanın vəfatından sonra Quba və Səlyanda xan olub, öz təvabe və rəayasını gözəl vəch ilə idarə edərmiş, ürəfa və şüəra silkinə himayət göstərib özü də şer deyərmiş.

1172-ci tarixdə Dərbənd camaatı Nadir şahın qətlindən sonra özləri intixab və təyin etdikləri Məhəmməd Hüseyn xandan narazı olub onu əzl etdilər və Dərbənd xanlığını Fətəli xana təslim elədilər. Fətəli xan durbin, aqibətəndiş və ziyadə cürətli bir vücud olduğundan Quba, Səlyan və Dərbənd hakimliyini artıq məharətlə idarə edərmiş.

Hicrətin 1181-ci sənəsində şəkili Hüseyn xan Müştaq ilə dostluq əlaqəsi qoyub, onunla müttəfiq qoşun götürüb Şirvan üstünə hərəkət eləyiblər. Bu niyyətlə ki, onu zəbt edib aralarında təqsim qılsınlar. Vəli bir vaxtdan sonra bunların mabeynində bürudət və ədavət vüqua gəlibdir, əzbəs ki, Fətəli xan Hüseyn xan Müştaqın da hissəsini qəsb etmişdi.

Fətəli xan Müştərinin əşarından bir şey tapa bilmədik. Xatəmində yazılan şer onun öz kəlamıdır:

Neveşte bər səfahate-fələk bexəttə-cəli,
Bedəhr şəqqe qoşa şod livaye-Fəthəli. [1]

[1] Tərcüməsi:
Fələyin səhifələrinə parlaq xətlə yazıldı,
Dünyaya Fətəlinin bayrağı qanad açdı.

Ömrünün axırında yazdığı mənzumat--ki, burada dərc olunur,--Mirzə Həsən Əlqədari əfəndinin "Asari-Dağıstan" adlı kitabından götürülübdür.

Kəlami-Fətəli xan ibn Hüseynəli xan "Müştəri" təxəllüs:

Oldu gözəl ömr sərf, heyf ki, nadanlığa,
Hər nə qalıb sərf olur indi peşimanlığa.

Zülfi-siyəh zövqünə uyma, xətadır, könül,
Fariq ikən sən səni salma pərişanlığa.

Feyzi-əzəl kafili-tərbiyəti-hal ola,
Muri-mühəqqər urar laf süleymanlığa.

Manei-ərzi-qəmim heyrəti-didar olur,
Mən nə deyim bilməzəm, ah, bu heyranlığa.

Nəfxeyi-badi-səba ruhə təravət verir,
Çün güzər etmiş səhər sünbülü reyhanlığa.

Müştəriyi-dürri-nəzm kimsə deyil, haliya,
Dürci-dəhən açma kim, köhərfşanlığa.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Axund Molla Hüseyn Marağalı "Dəxil"

Dilsuzun həmməslək və həməsrləri olan Azərbaycan şairlərindən məşhurudur ki, "Dəxil" təxəllüsü ilə iştihar tapıbdır. Dəxilin yazdığı asarın cümləsi cənab İmam Hüseynin müsibətinə məxsus, Kərbəla faciəsinə dair əhvalatdır. Dəxilin kitabı mərsiyəxanların əlində ən mötəbər kitabdır və bu kitabda Kərbəla əhvalatı bəzi yerdə nəsr ilə və əksərən nəzm ilə təhrir və tənzim olunubdur. Dəxilin Füzuli kimi nəsr ilə yazmaqda dəxi ziyadə qabiliyyəti və məharəti kəlamından məlum olunur. Necə ki, zeyldə yazılan sətirlər ona şəhadət edir.Vəqta ki, şahi-Kərbəla-seyyidüş-şühəda, yəni məzlumlar ağası İmam Hüseyn Kərbəlada yekkəvü tənha qalıb özünə kömək çağırırdı, ol cənabın ahü naləsi göylərə və yerlərə böyük çaxnaş və zəlzələ saldı və pərvərdigari-cəlilin təsbihü təhlilinə məşğul olan görübən müqərribin və məlaikeyi-səmavatü ərzin Kərbəla səmtinə mültəfit olub gördülər bir gülzardır ki, xiyabanın gülləri sineyi-əhli-matəm tək çak-çak, çeşmə kənarının səbzələri çeşmi-həsrət kimi nəmnak və sahəti-zəmini [misli]-daməni-gülçin sərasər laleyi-xun[in] və nəsimi-həvası manəndi-ahi-dilnişin və reyhanları yetim zülfü kimi qubaralud və sərvləri əsirlər ahı tək siyahəndud və qönçələri aşiqi-məhzun tək xunbar və sünbülləri zülfi-ərusani-matəmdidəmisal tarumar və rayiheyi-nəsimi əşki-əsiran ilə həmabü həva və həzarələri ətfali-qəriblərə həmnəva və cuybarı məcrayi-əşki-laləgun və çeşməsarı beeynih dideyi-pürxun, bülbülləri xamuş və bağbanı mədhuş:

19258 min
Bahar Şirvani - Mirzə Nəsrullah İbn mərhum Hacı Əbülqasım Şəmaxi "Bahar"

Mirzə Nəsrullah Bahar Şamaxının ən müqtədir şairlərindən birisi hesab olunur. Azərbaycan şairlərinin tarixinə az-çox bələdiyyatı olanlara Baharın nami-möhtərəmi və kəlami-dilpəziri məlum olmamış deyil.Necə ki, sabiqdə zikr olundu, Şamaxı şəhəri qəribə dahiyələrə gəhvareyi-tərbiyə olduğundan naşi bədiül-misal alimlər və şairləri və ədibi-fazilləri öz ağuşi-nazbəxşində bəsləyib ərseyi-dünyaya gətirmişdir. Qüdəmalarından ən bərgüzidə olanları Xaqani Şirvani, Sahib Şirvani, Ağaməsih və Nişat Şirvani və qeyriləri olduğu halda, mütəəxxirindən dəxi mərhum Mirzə Bahar Şirvani, Molla Qədir Şirvani, Bixud Şirvani, Hacı Seyid Əzim Şirvani və Sabir Şirvani Azərbaycanın ən mötəbər və məşhur şairləri hesab olunur.

192515 min
Dərbənd şairləri

Məlum ola ki, Dərbənd şəhəri qədim binalardan birisi olub, Xəzər dənizinin kənarında təmir olunmuşdur. Dərbəndin binasını, bəzi rəvayətə görə--əzan cümlə "Dərbəndnamə"də yazıldığına binaən, İran padşahı Keyqubad qoyubdur. Keyqubad şahın əsrində Dağıstanın şimal səmti, Dərbənd həvalisi, Krım, Qazan və Rusiyanın şərqi-cənub səmti xəzərlərin padşahı Xaqana tabe idi.Şah Keyqubad Xaqanın qızını hiylə ilə təzvic edib, onunla qohumluq binasını qoydu və sonradan dərya kənarında İskəndər Zülqərneyn təmir etdirdiyi hasarın ayağını: dəryaya kimi çəkməklə hər iki dövlətin arasında bir sərhəd binasını möhkəmləşdirməyə izn aldı.

19253 min
Fatimə xanım "Kəminə"

Qarabağın üçüncü şaireyi-möhtərəməsi ismətməab Fatimə xanım "Kəminə" təxəllüsdür ki, səbiyyeyi-Mirzə Bəybaba vələdi-Əliyar bəydir[1].[1] Mirzə Bəybaba Əliyar bəy oğlu Fəna (1787–1867)--XIX əsr Azərbaycan şairi.

19256 min

Poems by other poets