Hacı Əbülhəsən Raci
Page 1 of 3
Azərbaycanın İrana mütəəlliq qitəsində zühur edən türk şairlərindən məşhuru Hacı Əbülhəsən Racidir. Racinin nüfuzu Araz çayının sol tərəfində sükunət edən Azərbaycan türklərinə dəxi ki, rus təbəələrindən ibarət olsun, keçibdir. Belə ki, Raci nə qədər İran torpağında mərufü məşhurdur, bir o qədər də Zaqafqaziya türkləri arasında onun hörmət və şöhrəti vardır. Bununla belə Raci kimi şairin ki, onun lətif və dilpəsənd qəzəlləri və cigərsuz növhələri böyükdən kiçiyə kimi cümlə əhli-savadın dillərində caridir, tərcümeyi-halına dair lazım olan məlumatı cəm etməkdə aciz qaldıq. Divani-qəzəliyyat, qəsaid və növhəcatına rücu etdik də şairin öz halü şəninə və filcümlə seyr-sülukuna məxsus bir işarə də bulmadıq. Bu isə bir tərəfdən şayani-təəssüf və bir yandan layiqi-heyrət və təəccüb bir haldır ki, kərrat və dəfəat ilə Racinin divani-əşarü kəlamı çapdan çıxıb və hər bir sinif arasında intişar tapıbdır və divan çap etdirən kitabfüruşların və onun təbinə imtiyaz alan sair əşxasın heç birinin fikrinə gəlməyibdir ki, divan sahibi olan şairin tərcümeyi-əhvalına dair divanın, icmalən cüzi məlumat kitabın bir guşəsində dərc edib, oxuyanları onunla aşina eləsin. Bu təəccüb kəlməsi hal bir Racinin haqqında olmayıb, bəlkə ümum İran və Azərbaycan şairlərinin halına şamildir. İndiyə kimi demək olur ki, Şeyx Sədinin "Gülüstan" və "Bustan" kitabları əqəllən yüz dəfə çapdan çıxıbdır, amma bu çapların heç bir nüsxəsinə Sədi kimi müəzzəm və mötəbər, əhli-hikmət şairin haqqında üç kəlmə də söz tapılmaz. Ancaq kitabın axırında çəndan lüzumiyyəti olmayan şeyi qeyd edirlər ki: "Təmam şod divane-mərhumol-məğfure-felan əleyhorrəhme behəsbe-fərmayeşe sərvəre-mokərrəm və məlazol-ekram Məşhədi felan və ya xeyrol-hace-felan ketabforuş və besəyo ehtemame-Kərbəlaye felan surəte-enteba pəziroft. Allahummə ənfəəhu bihə və licəmiil-moumenin"[1]i.a.
[1] Tərcüməsi:
Günahsız mərhum filankəsin divanı çox hörmətli məşhədi filanın göstərişi əsasında tamam oldu və ya xeyrül-həqq filan kərbəlayının səyi nəticəsində çap olundu.
Hacı Əbülhəsən Racinin tərcümeyi-əhvalına dair bizdə olan cüzi əxbardan məlum olur ki, ol mərhum təvəllüd edibdir tarixi-məhəmmədiyyənin 1247–1252-ci[2] illərində Təbriz şəhərinin Xiyaban məhəlləsində. Təlim və tərbiyəsi öz şəhərində olubdur. Ömrü qırxdan qırx beşə kimi olubdur. Vəfatı Həcc ziyarətindən müraciət edəndə olubdur. Cəddədə gəmiyə oturanda əsnayi-rahda dəryaya qərq olubdur və bu hüznavər hadisə hicrətin 1292-ci[3] ilində vaqe olubdur.
[2] 1831–1836.
[3] 1875.
Şairin əhibbalarından birisi--"Səbur" təxəllüslü--Racinin belə qafil, vətəndən kənarda vaxtsız vəfatı barəsində yazdığı bir növhədə onu belə vəsf etmişdir:
Ey dəriğa ke, həzrəte-Raci
Çon zər əz kiseye-əhibba rəft.
Bihədd əfsus, sədhezar dərir
Ke, behəsrət ze dare-donya rəft.
Dağe-ferqət nəhad bər dele-ma,
Suxt əz hecre-u dele-ma rəft.
Nə şəbəm şəb, nə ruze-mən ruzəst,
Huşəm əz sər, ze del şəkiba rəft.
Bi to ey çeşmeye-çerağe-sorur
Rouşənai ze çeşme-bina rəft.
Xake-qəm çərx bər səre-ma rixt--
Ke, tora xare-mout bər pa rəft.
Heyf əz an şahbaze-qolleye-Qaf--
Ke, beqafe-ədəm ço Ənqa rəft.
Zan kəmalate-u hezar əfsus--
Ke, bebade-əcəl beyekca rəft.
Ey mohiti ke, xun şəvəd abət,
Abe-ru əz roxe-to əz ma rəft.
Ey ze şure-to şur dər delha,
Vəz şəre-to şərər becanha rəft.
Kaş an dəm ke, u bekəşti şod,
Hokme-"ya ərzu ibləi ma" rəft.
Ahü vahəsrəta ke, mədfəne-u,
Gəşt penhan vəli ze peyda rəft.
Qəbruhu fi qulubi min valast,
Gərçe dər zaher əz nəzərha rəft.
Gəşt çon Xezr zendevo cavid
Ta bezolmate-mərg tənha rəft.
Yunesasa ze Mesre-dare-fəna
Bərdəhane-nəhənge-oqba rəft.
Və minəl-mai kullu şeyin həyyun,
Zende baz şode Xezrasa rəft.
Şod rəvan suye-cənnətol-məva,
Tayere-qodse-xod beməva rəft.
Cesm boqzaşto sərbesər can şod,
Əz doi sələb gəşt yekta rəft.
Həmço qol va şod əndər in qolşən,
Pa keşid əz çəmən, beyəğma rəft.
Peye-didar bude həmço Kəlim,
"Ərni" quyan be Ture-Sina rəft.
Şahede-mənəvi nəmudəş rox
Həmço Musa peye-təcəlla rəft.
Əz meye-eşq corei nuşid,
Baz çon bade suye-mina rəft.
Əz ərz pak gəşto couhər şod,
Həmço ruh əz kədər mosəffa rəft.
Yari peyvəst aqebət ba yar,
Ançe mikərd əz an təmənna rəft.
Qələme-ənbərinşəmime-Səbur
Bəhre-tarix kərdən enşa rəft.
Yaft əz kələmeye-"əya ğəffari",
Bəhre-təhrir kərdən emla rəft[4].
[4] Tərcüməsi:
Heyif ki, həzrət Raci
Dostlarının kisəsindən qızıl kimi getdi.
Hədsiz əfsus, yüz min heyif
Dünya evindən həsrətlə getdi.
Bizim ürəyimizə ayrılıq dağı çəkdi,
Ürəyimizi ayrılığı ilə yandırıb getdi.
Nə gecəm gecə, nə gündüzüm gündüzdür,
Başımdan huşum, ürəyimdən səbrim getdi.
Ey şadlıq çirağının çeşməsi, sənsiz
Gözlərimin işığı getdi.
(Yəqin) fələk başımıza qəm torpağı töküb--
Ki, sənin ayağına ölüm tikanı batdı.
Heyif o qülleyi-Qafın tərlanından--
Ki, Ənqa kimi ədəm (yoxluq) Qafına getdi.
Heyif onun kəmalatından--
Ki, əcəl küləyi ilə birdəfəlik (heç olub) getdi.
Ey suyu qan olan ümman,
Sənin və bizim uzümüzün suyu getdi.
Sənin şurundan ürəklərdə şur var,
Sənin qığılcımından canlara qığılcım düşdu.
Kaş o, gəmiyə minəndə
"Ey yer, suyu ud" hökmü veriləydi.
Yüz min təəssüf ki, onun qəbri
Pünhan oldu.
Onun qəbri allah adamlarının qəlbindədir,
Hərçənd o, zahirən nəzərlərdən (uzaq düşüb) getdi.
Ölüm zülmətinə tək getdiyinə baxmayaraq,
O Xızr kimi diri və əbədi oldu.
Yunis kimi dari-fəna Misrindən
Axirət nəhənginin ağzına getdi.
Hər şey su ilə diridir,
Diri bir quş olub Xızr kimi getdi,
Cənnət evinə tərəf yollandı,
Muqəddəs quş özu evinə getdi.
Cismi qoyub başdan ayağa can oldu,
İkiliyi tərk edib tək getdi.
Bu gülşəndə gül kimi açıldı,
Çəməndən ayaq çəkib heçliyə getdi.
Kəlim kimi görüş arzusunda idi,
"Ərni" deyərək Sina dağına getdi.
Üzü mənəvi gözəl kimi görsəndi.
Musa kimi təcəlla ardınça getdi.
Eşq şərabından bir qurtum içdi,
Yenə badə kimi Minaya tərəf getdi.
Ərzdən təmizlənib cövhər oldu,
Ruh kimi çirkabdan təmizlənib getdi.
Nəhayət, dost öz dostuna çatdı,
Arzu elədiyi məqsədə yetişdi.
Ətirli, ənbərli, səbirli qələm
Onun tarixini yazmaq üçün gedib
"Əya ğəffari" ifadəsini tapıb yazdı.
Səbur cənablarının burada yazılan şerlərindən məlum olur ki, mərhum Hacı Əbülhəsən Racinin şənü rütbəsi dost və əhibbası arasında xeyli tutulurmuş. Mərhum şairin pişəzvəqt qafil ölməyi əhibbalarını böyük yasü ələmə düçar edib, novgüllərinə ayrılıq və heyrət dağı çəkibdir. Cənab Səbur sair Azərbaycan şairləri kimi vəsfində mübaliğə edib, Racinin fəzilətini bir dərəcədə artırıb ki, onun şənü halını ənbiyayi-kiramdan bəzinin halına təşbih qılıbdır. Bir sayaq üzrə ki, Raci dəxi müqəddəs və mütəhhər vücudlar kimi məaniyi-əshab ilə həmcəlis olub, cismi-kəsifdən xilas olmaq ilə böyük bir səadətə vasil olubdur. Necə ki, şair deyibdir:
Əz ərz pak gəşto couhər şod,
Həmço ruh əz kədər mosəffa rəft.
Racinin divani-əşarı bu qayda üzrə tərtib olunubdur: qəzəliyyati-farsi, qəsaidi-türki, qəzəliyyati-türki, təcnisi-türki, Kərbəla şühədalarının əhli-beytinin müsibətinə dair növhəvü sinəzənləri, müqəttəat və rübaiyyat. Növhə və sinəzənlərin arasında yazılan əfrad mərhumül-məğfur Molla Hüseyn "Dəxil" təxəllüs şairin kəlamlarıdır ki, onları Raciyə nisbət vermək dürüst deyil. Divani-Racinin bəzi nüsxələrində Dəxilin və Nacinin və Mirinin kəlamlarından dəxi seyyidüş-şühədanın müsibətinə dair növhə və sinəzənlər daxil olubdur. Belə ki, Təbriz mətbəələrində çap olunan kitabların çoxunda əsla bir qayda və səliqə yoxdur. Hər bir kitaba lazım olan föhristdən dəxi xəbərləri yoxdur. Ancaq onu qənimət bilirlər ki, kitabın boş qalan yerlərini hər nə ilə olacaq, olsun, doldursunlar.
Racinin səlis və rəvan təbi olduğu əşarından görünür. Onun qəzəllərinin çoxu dillərdə əzbər olubdur və xanəndələrin çox vaxtı toylarda və işrət məclislərində oxuduqları Racinin gözəl qəzəlləridir. Necə ki, şair özü deyir:
De bir türki qəzəl, Raci,
Oxusun bu gözəl, Raci,
Bələd olsun əzəl Raci
Rümuzi-eşq dərdinə.
Raci, fünuni-şerdə gərçi vəhidsən,
Dəm vurma çox ki, baisi-lafü kəzaf olur.
Və həmçinin şer və qəzəl deməyə artıq meyl və həvəsi olmağını və həqiqi fəxarəti şer və qəzəldə görməyini bu beytində bildirir:
Tərk elə simü zəri, cəm elə əşarü qəzəl,
İstəsən, Raci, əgər namü nişanın çıxsın.
Desəm Raciyə şer yaz , hey yazar,
Pul adı gətirsəm biləkdən qurur.
Racinin vətəndaşı və həmməclisi olan bir nəfər şəxs ilə dəmir yol[un]da tanış oldum. Ol cənab ziyarətə gedirdi və Racini görmüşdü. Racinin əxlaqü adabından əhvalpürsan oldum. Məzkur hacı Racini çox tərif edib, ziyadə xoşxülq, xoşrəftar və xoşsöhbət olduğunu söylədi. Mərhumun əxlaqi-pəsəndidələrindən birisi də onun artıq mütədəyyin, vətənpərəst və həmçinin hirsü təmədən ari, cümləyə yaxşılıq edən dərvişsifət və əhli-qənaət, pakdamən bir vücud olması barəsində bir beytdə deyibdir:
Kitabxana.az · https://kitabxana.az/en/works/kocerli-azerbaycan-edebiyyati-f-kocerli-ii-cild-haci-ebulhesen-raci
Use ← → keys to move, R for a random poem
More by this author
Azərbaycan türklərinin müqtədir şairlərindən birisi də mərhum Seyid Əbülqasım "Nəbati" təxəllüsdür. Seyid Əbülqasımın vətəni Qaracadağda Üştibin, yaxud Üçdibin qəryəsidir ki, İran dövlətinə mütəəlliqdir və Muğan səhrasına yaxındır. Bu qəryənii abhavası mötədil və torpağı münbitdir. Əhalisi salamat və kargüzar olduğu üçün mürəffəhhal yaşayırlar. Vəli zəmanənin övzavü iqtizasından bixəbər və elmdən bibəhrədirlər, necə ki, dövləti-əliyyənin rəiyyətləri və rəncbərləri təmamən bu hal üzrə yaşamaqdadırlar.Seyid Əbülqasım təvəllüd edibdir tarixi-hicriyyənin on üçüncü əsrinin ibtidasında--Nəsrəddin şahın atası Məhəmməd şahın zəmani-səltənətində681. Bir qəsidəsində məzkur şahı belə tərif eləyir:
Şeyx İbrahim Qüdsi GəncəviYuxarıda adları zikr olunan Şamaxı və Şirvan şairlərinin müasirlərindən Gəncə şəhərində məşhur olanları Şeyx İbrahim Qüdsi və Ağaismayıl Zəbih hesab olunur. Hər birinin tərcümeyi-halından burada məlumat verilir.Mərhum Şeyx İbrahim Şeyx Həsən oğlu Şeyxzamanov Gəncə şairlərinin məşhurundandır. Təvəllüd edibdir Gəncədə hicrətin 1231-ci tarixində, yüz sənə bundan müqəddəm. Şeyx İbrahim təlim alıbdır Gəncə pişnamazı mərhum axund Molla Hüseyndən. Məlum ola ki, mərhum Mirzə Fətəli Axundov da həmin bu müdərrisdən təlim almışdır.
Sabit ŞəqaqiBu şairin dəxi Aciz, Qövsi, Nişat və qeyriləri kimi ismi və əsl-nəsəbi məlum deyil. "Sabit" şairin təxəllüsüdür. Anadan təvəllüd etdiyi məhəllin ismi də yəqin ki, Şəqaqdır ki, onunla müləqqəb olmuş--Şəqaqi adlanır. Çox ehtimal var ki, onun adı Mehdi olsun. Çünki aşağıda yazılan bir qafiyəsində Sabit əvəzinə Mehdi yazılmışdır. Onun əsərlərindən Mirzə Yusif Qarabağinin məcmuəsinə daxil olan ancaq bir qəzəl ilə bir mürəbbeatıdır ki, hər ikisi burada dərc olunur.Qəzəli-Sabit:
Şəkər ŞirvaniBu şairin kəlamından müfti əfəndinin "Məcmuə"sində ancaq bir müxəmməs tapdıq ki, eyni ilə burada dərc olunur.MƏKTUBA XİTAB