Belə dünyanın
M.Müşfiqin xatirəsinə
Söz verdim, söz adlı dəfinə verə,Tək bircə ölümsüz qərinə verə.Umdum nə verdi ki, küsdüm nə verə?Mən belə dünyanın nəyindən küsüm?
İtirib özündə özünü dünya,Toyların, yasların özülü dünya...Əlim ətəyindən üzülü dünya...Mən belə dünyanın nəyindən küsüm?
Ömrünə vay salar, vaydan utanmaz,Saç yolub-hay salar,Haydan utanmaz,Günəşdən utanmaz, Aydan utanmaz,Mən belə dünyanın nəyindən küsüm?
Çaydı dəhnəsində xırsız əjdaha,Gecəsi salamat çıxmaz sabaha.İti bazarında atından baha,Mən belə dünyanın nəyindən küsüm?
Dağ olsan, istəsə qolunda saxlar,Büküb bir hörümçək torunda saxlar,Yüzillik odunu qorunda saxlar,Mən belə dünyanın nəyindən küsüm?
Bir gözü işıqdı,Bir gözü buzdu,Məkrli qadındı, gülçöhrə qızdı,Həlimdi, kövrəkdi, sərtdi, quduzdu...Mən belə dünyanın nəyindən küsüm?
Ayağı altına yastıq qoyanlar,Başının altına qumbara qoydu!Nadanlar dünyanı qumara qoydu!Mən belə dünyanın nəyindən küsüm?
Olsan öz haqqının köləsi belə,Əri öz içində, öləzi belə,Ondan inciyənin beləsi belə...Mən belə dünyanın nəyindən küsüm?
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-bele-dunyanin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qələmim seyr edib qəzali-qəzəl,Qurmamış bir fəzadə bir sənə dam.
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
ƏzizimƏzəl səni sevdim, sonra ayrıldımOldu mənə müşkül hallar əzizim