Sinəmdə o yerin dağ havasıdır,Qaynar bulaqları qaynar qanımda.Mənim ürəyimin bir parçasıdırDoğma Şahbuzum da, Naxçıvanım da.

Bir bağban əli var təbiətində –Dağda çiçəyi bol, bağda barı bol.O, yaxın dostudur təbiətin dəYayda günəşi bol, qışda qarı bol.

Mən burdan baxıram bütün aləmə,Bu yerin qışı da yazımdır mənim.Axan çaylarına lal sudur demə,Onlar min nəğməli sazımdır mənim.

Seyr elə Arazı bir yaz səhəri,Bir tarix dil açır onun səsində.Bu yerin min dərdi, min də kədəriYazılmış Atabəy məqbərəsində.

Yaxşı bax, hər qara qayanın, dağın,Dibi Zərdüştlərin ocaq yeridir.O gündən üstündə ana torpağınQalan min yağının ləpirləridir.

Biz nöqtə qoymuşuq acıya, dərdəÖmrü ulduzlardan almışıq indi.Babamız qəm əkib, qəm biçən yerdəÇiçəkli bağ-bağat salmışıq indi.

Hanı Qəmküsarın qəm şəlaləsi,Qəlbində apardı neçə dərdi o.Çatsa qulağına bu günün səsiAyılıb adını dəyişərdi o.

Şəhərim çırağban, kəndim çırağbanKəhkəşan sinəmdən nur alsın deyir,Onun gecəsinin işıqlarındanO tayın gündüzü işıq istəyir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets