Baxıram ev-eşik boşdur elə bil,Səninlə varım da, yoxum da gedib.Bir ürəyim deyil, bir canım deyil,Dincliyim də gedib, yuxum da gedib.

Bir anlıq dincəlim, yuxlayım deyəBircə əlacım var – unutmaq səni!Ot kimi, su kimi bilmirəm niyəHər yerdə yaradıb bu torpaq səni.

Səyyah oluramsa, göz işlədikcəƏvvəli, sonu yox bir düz olursan.Mən səni gecələr unutsam, – gecə,Gündüzlər unutsam, – gündüz olursan.

Dağlara çıxıram, şimşəklər sənsən,Saçımı dağıdan küləklər sənsən.Bəlkə də bir simli iki sazıq biz,Sən qansan, mən ürək, ayrılmazıq biz.

Qoy bir an ürəyim rahat döyünsün,Bu qədər insafsız olmaz ki, adam!Yox, səni bir anlıq unutmaq üçünÖzümü biryolluq unutmalıyam...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets