Oxucuya məktub
Uzaqdan-uzağa xoşuna gəlsəm,Məni dindirməyə tələsmə hələ.Tanımaq istəsən məni, əzəl sənTanış ol bu kiçik nəğmələrimlə.
Onda məhəbbətim, onda nifrətimƏllə varaqlanar, gözlə oxunar,Orda həm ürəkdən gülmək adətim,Həm üzdən kədərli görünməyim var.
Birdən təbəssümüm aldadar səni,Ehtiram naminə üzünə gülləm.Bəlkə ürəyimdən gəlib keçəniGülüşlə, baxışla açan deyiləm.
Məni şerimdə gəz bir insan kimi,Qəlbimdə nə varsa, ona demişəm,Anadan-bacıdan gizlətdiyimiKağızdan, qələmdən gizlətməmişəm...
Gözündə yanmayım bir ulduz kimi,Gəlib keç yanımdan səssiz-səmirsiz.Açıb varaqları qapımız kimiGörüşək sətirlər arasında biz.
Ələnib toz olsun qəlbimin varıVətənsiz dil açsa bir kiçik yazım;Məni təmənnalı əl sıxmaları,Səni gurultulu səs aldatmasın.
Asan keçidləri al əllərimdən,Yürüşlər güc versin şair qoluna.Önümdə uçrumlar, dərələr aç sənYolum bənzəyərsə dəmir yoluna...
Bu mənim ilk sözüm, son sözüm deyil,Əsri necə duydum, elə yazım qoy.Gözəllər qəlbini qaş-gözüm deyil,Sadə sətirlərim oğurlasın qoy.
Tikilən binadır – yazılan əsər,Ürək mühəndisdir, qələm də bənna.Oxucu qəlbindən gələn təbriklərBirinci naxışdır, bəzəkdir ona.
Uzaqdan-uzağa xoşuna gəlsəm,Məni dindirməyə tələsmə hələ.Tanımaq istəsən məni, əzəl sənTanış ol bu kiçik nəğmələrimlə...
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-oxucuya-mektub
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey gözəl, ülki əsl-fəsl babın gəldi gül,Ol ənasir xak, badın, atəş, abın gəldi gül,
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.