Fikrimdə nə vaxtdanuyumuş bir xəbərOyandı bu gecə.Bir ağ xəbər.Onda qaranlıq da vardı,ağlıq qədər.Deyirlər,Lev Oşanin Türkiyə torpağıgətirib,Naziminqəbrinə səpibdi –Nazimin qəbri dəNazimin qəlbinə səpibdi.O torpaq içindəgörünməzBir ana dodağı gətirib –Nazimin qəbrini öpübdü.Nazimin qəbri dəNazimin qəlbini öpübdü.Nazim vətəninəİnfarktım demiş.Nazimin sinəsihəsrətdən sönük.Nazimin sinəsibundan da böyük,Bundan da məhrəm –Bir sovqat – məlhəmgörməmiş!Sağ ikən VətənəGözündən qəlbinə,Qəlbindən gözünəcən,Qələmindən mizinəcənGedə bilərdiNazimin dərdi.Eh, indi sağ olsaBir ovuc torpaqdanBir ölkə düzəldərdi,Nazimin dərdi.Orada İstanbulu, AnkarasıÖz şair oğlunakabinet – «zindan» axtarardı.Orada gözünün ağı-qarası –şer-sənət balasıata geyimliinsan axtarardı.O ölkə yenə dəbu Yerə yamanar,fırlanar, fırlanar,Orbitə tullardı Nazimi,deyərdi:«Bu vətən – kürrəniuzaqdan seyr elə ay kimi»,deyərdi...Deyərdi... yox, heç nə deməzdi.Günahı nə idi –desəydi – nə dərdi.Nə desə, yenə də Nazim deyərdi.Nə lazım:bu uzun-uzadı bəlkələr,Bu adi fakt özü bəlkə dəNə qədər vicdanı silkələr.Şairə bir ovuc torpaq çatdıBir dünya bildiyi ölkədən.Yatdığı zindanınnəmindən sovqat!Səsləri bu nəmə hopulmuş,Özləri yox olmuşZindan oxucularınınqəmindən sovqat!Nazim yaşadınə qədər yaşadı, –Özündə bir ölkə yaşatdı.Bir ölkə adındanDalınca neçəsi daş atdı.Nazim bu xəyanətdaşlarını yaşatdı.Yaşatdıpilləlimisralarşəklində:«Gör, ölkəm; bu satqın daşlarıSinəni tapdayaninsanlarşəklində»Bir sinə bir ölkə yaşatdı.Bir sinə dünyanın

şer-sənət limanlarınaQırx il, qırx ilTürkiyə yükü boşaltdı!Bir sinə bir ölkə yaşatdıBəs onda şairə nə çatdı? –Bir ovuc torpaq!O da ki, qəbrinə qismət oldu!Eşidirsənmi, Anadolu?Qəbrinə qismət oldu...

Fevral, 1971

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets