Azərbaycan torpağındaBir səs gəzir,Bir qız səsi,Dağ çayları həmdəmidir,Ağ bulaqlar rəfiqəsi.Bir azAraz nidalıdır,Bir az Göygöl ədalıdır.Bir azca da Kür havalı.O, nəğmələr çeşnisindəYaşıl yelən, qızıl sapdı.Üzeyirin sərraf gözüOnu duydu, onu tapdı.Öz ilahi nəfəsiyləSeyyid ona uğur dedi,alqışladı.Vahid ona söz dəftəri,Sinələri alışdıranköz dəftəribağışladı.«Qatarın»da dərdimiziuyudarıq qatar-qatar,«Segah»ında dağ qovuşar,duman yatar.«Şikəstə»si nənələrin nakam eşqi,batan dərdi.Zəngüləsi Həcərlərdən töhfələrdi.Gülüşündə bir mavi nur,Yerişində bir az təmkin,bir az qürur.Baxışında taleyindəngizli giley,Öz dərdini dodaqaltı gumuldayanbir qəmli ney.Bizim sənət dağımızınDönər qarı, dağ çiçəyiSara xanım.Bizim sənət bağımızınQara gözlü, ağ çiçəyiSara xanım.

Oktyabr, 1968

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets