Eyfel qülləsi
Eyfel qülləsimi zirvəsi vaxtınBir vaxt ki, bir əsir ondan uzaqsan.Ona aşağıdan yuxarı baxdın,
Bir də yuxarıdan aşağı baxsan.
İnsan zəkasına bəlkə də sondu,Zirvəsi nur alar gün batımından.Bəlkə də ikinci bir Vavilonduİnsanın Allaha canatımından.
Beləmi olurmuş ruh yüksəlməsiEh, bu da ağlıma gələn bir hisdi...Parisdə gizlidi varis kəlməsiParis, varisdi..
Ona fransızın gözüylə baxsanDalanı, döngəsi dönər misala...Eyfel qülləsinə çıxma ki, çıxsanParis ayağının altında qalar..
Bir gəzən istəyir gəzə min kərə,Ömrün qürubunda bu nə görüşdü.Mən elə istərdim gəncliyim görə,Fürsət, qocalığın əlinə dişdü...
Çağlayan çağlarım çatdımı sona,Ruhumu yenidən heç nə oyatmaz.Fikrimi yolundan eyləməz SenaHəvəsim Eyfelin başına çatmaz.
İstəsəm, dilim də gəlməz pisləyəmTəbir caizmidi? Təbir caizdi...Ömrün yönü qışa...Mən ParisdəyəmYolda xəzəllərin rəngi payızdı...
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-ismayil-eyfel-qullesi
Use ← → keys to move, R for a random poem