Ölüm- yuxu görməkdi
…Ömür uzanıb gedər;İlk uşaqlıq köynəyin kəfən olana qədər.Dərinə getmə!Səni dərin gedəsən!Dərinə getməkdi,Dünyanın gedilməyən yerinəgetməkdi, ölüm..Astarı üzə çevirməkdi.Çıxdığın yerə girməkdi,Yuxu görməkdi ölüm, yoxu görməkdi..Vətən vətən, qürbət qürbətdi…Biri o birindən bir azca sönük,biri o birindən bir azca parlaq..Ciyərin qürbətin ruhuyla dolu,gözündə buludlar bir himə bənddi.Bir bənddi ölüm.Nə deyə bilərsənBir bənddə..Ürəyin vətəndəBədənin qürbətdə...Qürbətin qərib yeri,bir edamlıq ip yeri...Qədərdi bu, qədərdi,bir göz yaşı qədərdiölüm..
..Torpağa su çökən kimi canına çökür ,Əl-ayağına dolaşır,Belini bükürZəhləni tökürXəbər verdiyi də yox,gələndə birdən gəlir.Gəncliyinin öldüyüYuxunun gəldiyi yerdən gəlirölüm…
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-ismayil-olum-yuxu-gormekdi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Cəsədi möhnətdə nara qalandım,Yandırıb döndərər küllərə məni.
آرزومندی و درد هجر یار از حد گذشتدر غمش صبر دل امیدوار از حد گذشت
Nə xoşdur bir zaman bir dilbərin eşqində zar olmaqNə xoşdur bir zaman bir dilbərin eşqində zar olmaq,Ümidi-vəsl ilə hicrində müddət biqərar olmaq.
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım