Sonuncu ümid də közərdi, söndü,İtdi möcüzəsi, bitdi ofsunu.Sonuncu adam da xəyala döndüSöndürüb sonuncu papirosunu.

Bu gecə his çəkir, həyəcan çəkirSonuncu odundan sonuncu ocaq.Nə imiş qəlbimdən keçən ilk fikirSonuncu fikir də həmin olacaq.

Hardasa uzaqda bir it hürürdü,Sonuncu sinədə sonuncu ürək.Hardasa dərd yığıb, qəm süpürürdüSonuncu şəhərdə sonuncu külək.

Sonuncu duamı qulaq astığım,Birinci kim olub, sonuncu mənəm.Sonuncu şeirdi bəlkə yazdığım,Bəlkə fikirlərin son ucu mənəm

Bu necə tənhalıq Allah,amandı,Göydən “adam adam iyisi gəlir.”Yoxsa bu duyulan Sahib zamandı,Yoxsa yer üzünün yiyəsi gəlir?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets