Çağırdım, özünə xoş gəlmir adın,Çağırdım, geriyə dönüb baxmadın.Sibir sularından içib gəlmişəm,Araz körpüsündən keçib gəlmişəm.Yuxuda verilən bir buta üçün,Haqdan göndərilən bir səda üçün,Gəlmişəm, adını soruşam sənin,Uzaq soyadını soruşam sənin.O Qazax dediyim,Qırğız dediyimO Özbək dədiğim, Oğuz dediyim,O Teymur dediyim,Yavuz dediyim...De görüm, de görüm sən Türk deyilsən?

Millət yerişindən, boyundan bəlli,Bulaq axışından, suyundan bəlli.Min ildi Baburun atı yoldadı,Çingiz xan,Teymurləng, Batı yoldadı.Üzünü tutmusan Batıya doğruKəndirə, örkənə, çatıya doğru.Keçdiyin yolları nə tez unutdun?Açılan qoları nə tez unutdun?Bax, qoyub gəldiyin o dünən mənəm,Başına göylərdən od enən mənəm.Zamandan-zamana min illər boyuOrhun sularına qarışıb axanƏlini gözünün üstünə qoyubTanrı dağlarından tarixə baxanQarabağ,Qaradağ, Kərkük deyilsən?Sən Türk deyilsən?

Gür sular qumsalda itib batarmı?Monqol çöllərindən nə deyir Mətə?Varisi olmağa gücün çatarmıDərisi soyulan bir həqiqətə?Hələ sünni daşın,şiə daşın var,Hələ bir ürəyin iki başın var.Hələ aşağılar yuxarı baxır,Hələ yuxarıdan Göy Tanrı baxır.Düşmüsən tarixə ətəyində daş.Bir gün, a qardaş,İşdi ətəyindən o daşı töksənSən Türksən,Türksən.

Harda Göyçə göllər,Bəy göllər harda?Gözləri yol çəkən Göy göllər harda?Hanı Amu-Dərya, Sır-Dərya hanı,Batan Aral kimi bir dərya hanı?Çindən,İzmirəcən Arazlar,KürlərArxanca göz dikib qan-yaş tökürlər.Şahidəm,Xəzərin suları qalxır,Yuxudan Türklüyün baharı qalxır.Barmağım əlimdə yumruğa dönür,Qəlbim başım üstə göy tuğa dönür.Altay dağlarında qurdu ulaşan,Gördüyü yuxunun dalınca qoşan,Batı yollarında atı dolaşan,Aldana-aldana aldanış olan,Gəl tanış olaq,Gəl,gəl,gəl de görüm,sən Türk deyilsən?

Dünyanın bir ayrı qəsdi yoxdusa,Türkün Türkdən qeyri dostu yoxdusaBaşını qatdısa yaşamaq dərdi,Yadından çıxdısa Qarabağ dərdi.Torpağın həsrəti bir gün dərdisə,Bütün dərdlərimiz Türkün dərdisə

Başdımı, daşdımı börkün içində,Şeytan dolaşdımı irqin içində?Biri sən, yaxanı kənara çəkməBu qədər, bu qədər Türkün içindəDe görüm sən Türksən, sən Türk deyilsən?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets