Troya atına bənzəyir ilham
Uzanır yuvada quş lələkləri,Yol çəkər göylərin yeddi qatına.Bağda cərgələnər toxum ləkləri,Yaz yeni başlayır öz həyatına.
...Ağacda çiçəkdi, çiçəkdə arı,Məmədə dodaqdı-təzə bar çəkir.Gün döyür, əriyir dağların qarı.Damlalar yamaca cığırlar çəkir.
Allahdan bir qara sevdadır bahar,Ağaclar Tanrıya uzanan əldi.Nəyi pıçıldayır göydə durnalar:Sevin, sevilənə dünya gözlədi..
Çəməndə böcəklər verib səs-səsəKöçən nəsillərin əvəzi gəlir.Quru kötüklər də düşüb həvəsə-Daşın da göyərmək həvəsi gəlir.
Göyərib qalxmışdım ata-anamdan-Arzular canıma hücuma keçdi.Gəncliyim şam idi, bədənim şamdan,Nə varsa əriyib içimə keçdi.
Qulağım göylərin sirli səsindəTanrının əlinin üstündə əl yox.Sevilsəm...yaşımın bu vədəsindəSevənə çirkindən daha gözəl yox.
Dilərəm göylərdən hər səhər, axşam,Söyləsin dilinin ucunda nə var.Troya atına bənzəyir ilham,Gəlməsə, bilməzsən içində nə var..
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-ismayil-troya-atina-benzeyir-ilham
Use ← → keys to move, R for a random poem
More by this author
Bu səs mənim səsimmi, ya taleyin səsimi,Ruhun gizli sirri var hər insanın səsində.
GoyqurşağıGöy-gövsü-qüzeh,Altdan keçəsən.
İşdi qayıda bilsənİşdi qayıda bilsənBu yazın o üzündə
Buludlar dolmağı başara bildi..Buludlar dolmağı başara bildi,Yağış, qar olmağı başara bildi.
Poems by other poets · Divine love
Bir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Fəraqun odu yandırdı bəlapərvərd canimniFəraqun odu yandırdı bəlapərvərd canimni,Gözüm seylabi yıxdırdı pozulğan xanümanimni.
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
AğlamaAğlama, sən ağlasan Pünhan da ağlar, ağlama,Bir zaman görsən əgər köksümdə dağlar, ağlama.