Ürəyimin odunu verib ilk məhəbbətə,İnan ki, mən səninçin dözərəm hər möhnətə.Ömr eləyib dünyada yaşayıram səninçin,Sənin iqbalın üçün, bu doğma vətəninçin.Sevmişəm sənin gözəl, fərəhli zamanını,Ruhlanmışam nəğməni oxuyanda, göy Xəzər.Sevmişəm zövq aldığın geniş asimanını.Göy dərindir, çünki sən dərinliyi sevirsən.Məni vəcdə gətirmiş sənin dostun şəfəqlər.Mənliyimi oxşamış söyüdlü bulaq başı,Çünki sən sulardakı sərinliyi sevirsən.Sən gəzdiyin yerlərin çınqılı, çaqıl daşıSanıram ki, misilsiz bir incidir, gövhərdir...Sənin sevdiyin axşam məndən ötrü səhərdir.Nə günlərə qalardım bəlkə sən olmasaydın.Təsəvvür eləyirəm mən bunu aşkar, aydın,Sən bu cahan içində mənim öz cahanımsan,Arzum, şirin istəyim, ümidim, gümanımsan...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love