Sevginin ürək adlıGünəşli mənzili var.Eşqə düşənlər bilirSevginin öz dili var.

Baxmamışdan görürsən,Danışırsan dinmədən.Bəzən də qəm yeyirsənBir dəfə sevinmədən.

Baxışlar danışandaKilidlənir dil, dodaq,Girir şirin söhbətə,Bu dəm ürəklər ancaq.

Bir təbəssüm, bir gülüşMin bir hekayət deyir:Məlul-məlul bir duruşGiley, şikayət deyir.

Şirin barın dadı bir,Eşqin min bir dadı var.O bizi ruhlandırır,Uçurur, qanadı var.

Nədir sevgi, məhəbbət,Eşqə düşənlər bilir.Bəxtiyardır o kəs ki,Həm sevir, həm sevilir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love