Lirik nəğmə
Mixəkmidir, hilmidir,Şirin balmı, dilmidir?Lalədən al yanaqmı,Yoxsa qızıl gülmüdür?
Baxça gözəl, bar gözəl;Heyva gözəl, nar gözəlHələ xeyli bəxtiyarGünlərimiz var, gözəl!
Mixəkmidir, xalmıdır?Yaşılmıdır, almıdır?Çəməndə narın gəzənYarmıdır, maralmıdır?
Qoy söyləyim ürəkdən!Yar, gözəlsən çiçəkdən.
Mən səni qısqanıramƏsən mehdən, küləkdən.
Ümidmi, gümanmıdır?İqrarmı, peymanmıdır?Çəməndə ətir saçanGülmüdür, cananmıdır?
Yar, şəkərdir sözlərin,Gül bitirir izlərin.Səhərlərə nur verirSənin ala gözlərin.
Dağlar başı qar deyil,Göy bağçalar xar deyil.Düzləri gülzar edənYarımdır, bahar deyil.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-lirik-negme
Use ← → keys to move, R for a random poem
More by this author
Bilir yaşıl çəmən, çiskinli dərəMən çoxdan aşiqəm gözəlliklərə.
NubarMən bir quşam, ötən şirin dilim var,Hicran nədir? Yanımda sevgilim var,
Bir gündə, bir saatdaOğlan qıza söylədi: “Tanışıq biz, üç ay var.Bu xam torpaqlarda da yaşayırıq bəxtiyar.
Mənim ağ göyərçinimGöyərçinim sevimli,Göyərçinim dümağdır.
Poems by other poets · Love
Zəəfi-qəmində ol kəmərin sorma halımıBir muyi-pic və taba salıbdır xəyalımı
Bəri baxAla gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.
Deyişmə— Xurşid:Aman Çoban, mən yarımı ararəm,
Billahi, vəfasız demək ol şuxə cəfadırBillahi, vəfasız demək ol şuxə cəfadır,Yüz dəfə cəfa qılsa mənə, eyni vəfadır!