Allah
Hərçənd ki, bu məqaləmin adını mən başdan “Allah” – deyə yazıram, ancaq burada mən “Allah”dan danışmaq istəmirəm, yeni hürufatdan və köhnə hürufatdan danışmaq istəyirəm.
Başdan “cənab Allahın” adını zikr eləməyimin də iki səbəbi var: bir səbəbi budur ki, ümumiyyətlə, hər bir işə iqdam edən hər əhliimanın borcudur ki, yeri-göyü yox yerdən yaradan xaliqi yada salsın.
İkinci səbəbi də budur ki, bir surətdə ki, indi ortalığa yeni bir hürufat da çıxıbdır, belədə biz türk tayfası hələlikdə iki hürufata sahib olur, biri təzə hürufat, biri də ki, köhnə hürufat.
Təzə hürufatın adı, – necə ki, məlumdur, – təzə latın hürufatıdır. Amma köhnə hürufata hələ indiyə kimi yaraşan bir ad qoyan olmayıb. Doğrudur, köhnə hürufata “ərəb hürufatı” da deyirlər; amma bir qədər fikirləşsək, görərik ki, ərəb hürufatını “Allah hürufatı” – deyə adlandırmaq daha da doğru və düzgün olar.
Filhəqiqə: bir mülahizə edək görək, dünyada heç bir qeyri hürufat ağla gələ bilərmi ki, cənab Allahın ismi-şərifi layiqincə yazıla bilsin. Biz ki, müruri-dühur adət eləmişik yazmağa “Allah”, bir insafla deyiniz görək latın hürufatı ilə nə tövr yaza bilərsən ki, Allahın ismi-şərifi belə əzəmətlə, qüdsiyyətlə və belə gözəlliklə səbt olunsun? Məsələn:
“ ” Pəh! pəh! pəh! İndi qoçaqsan əgər, qeyri bir hürufatla bunu yaz görüm.
Bəli, latın hürufatı ilə yazacaqsan “allah”. İndi bir insafla söylə görüm, bu latın yazısında elə bir qüdsiyyət varmı ki, onu oxuyanda bir salavat çöndərək?
Mən, doğrusu, köhnə bir adamam və sən deyəndə ki, ərəb hürufatı insanların mədəniyyətinə mane olur, çünki bununla mətbuat və çap işləri tərəqqi edə bilmir, mən də deyirəm: axı, mətbuat və çap işlərindən başqa dünyada qeyri bir işlər də var ki, onları da unutmaq olmaz.
Əgər sən durub birdən bizə Allah hürufatını, yəni ərəb hürufatını ləğv eləyib qoyasan kənara, onda bir xəyal elə gör, nə tövr biz müqəddəs peyğəmbər və imamlarımızın ismi-mübarəklərini nəzərə çəkə biləcəyik?
Məsələn, insafdırmı xatəmül-ənbiya həzrətlərinin adını binamaz latınların hürufatı ilə belə yazaq: Mühəmməd, habelə qeyriləri.
Onunçün də mən, qoca bir molla, hürufat məsələlərini idarə eləyən müəssisələrdən və şəxslərdən xahişim budur ki, axır hürufatın hansı birisini pozub, hansı birisini işə salmaq istəyirlər istəsinlər, ancaq bəndeyi-həqirə icazə versinlər, köhnə müqəddəs ərəb hürufatı ilə nə qədər ki, canım sağdır, ancaq beş-on kəlmə söz yazmağa ixtiyarım olsun ki, ibarət ola bunlardan:
- Allah, 2) Məhəmməd, 3) Əli, 4) Fatimə, 5) Həsən və 6) Hüseyn.
Əgər qalan imamların da adlarını yazmağa icazə verildi, – fəbəhəlmətlub əgər verilməsə, acizanə rica edirəm ki, islam dininin rüknü və zəmanənin hüccətini, on ikinci imam–imam Mehdiyəl-Sahibəzzəmanın ismi-mübarəklərini qeyri binamaz millətlərin hürufatı korlamasınlar.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 26 iyul 1928, №30
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-allah
Use ← → keys to move, R for a random poem
More by this author
Biz müsəlman tayfası bir sözü danışanda heç o sözün dalınıqabağını fikirləşmirik. Elə, məsələn, indi mən özüm də bu sözləri yaza-yaza nə dalını fikirləşirəm, nə qabağını, elə ha zora salıb yazıram və heç fikir eləmirəm ki, görək axır bu sözləri yazmaqdan nə fayda, gərək bu sözləri kim oxuyacaq və kimə lazımdır və nəyə lazımdır ki, oxusunlar? Niyə də ki, oxusunlar və nə səbəbə gözlərinin nurunu töküb oxusunlar? Nə cəhətə “İxtiyarat” kimi kitabları qoyub bu cür cəfəngiyatı oxusunlar?Deyəsən bir az uzun oldu.
Qurbağalarİran mücahidlərindən məşhur natiq Mirzə Cəfər Tiflisdə bir gün nitq söyləyəndən sonra mən ona küçədə rast gəlib dedim:– Əzizim, söylədiyin nitqinə heç sözüm yoxdur. Amma mən səndən təvəqqə edirəm ki, işdir, İrana yolun düşsə, Naxçıvana getmə, düz bir baş bileti al Cülfaya.
Bir boçka suBakıda Çornı qorod fəhlələrinəAğa fəhlələr, yenə dilinizi uzadıbsınız, “Təzə həyat”ın 91-ci nömrəsində şikayət edirsiniz ki, zavodun müdiri gündə sizə, əlli iki nəfərə bir boçka su verir. Yazırsınız ki, sudan ötrü qapı-qapı dilənirsiniz və bundan da savayı çox artıq-əskik sözlər yazırsınız…
Göz yaşlarıAğdamdan bizə belə xəbər verirlər:Qiyaslı kəndinin sakini Molla Qənbər səkkiz yaşında bir qıza aşiq olur, kəndin mollası Molla Sadıq kəbin kəsir və Molla Qənbər qızı zor ilə aparır evinə.
Poems by other poets · Satire
Yubiley istəyirəm, yubiley istəyirəm,Çox az şey istəyirəm, çox az şey istəyirəm,
Zurnaçılar işə başladıZurnasın molla Qəni köklədi saz etdi yenə,Çaldığı nəğməsini dur diraz etdi yenə.
QurumsaqGörsən tanımazsan Yarımsaqqalı,Çıxıb əndazədən dövlətü-malı,
Özün öl!Vermə ölmək xəbərin xalqa yalandan, özün öl!Ölməyib sağdır o sən sevməyən insan, özün öl!